Bürclər- Hisslərinizi gizlətməyin, diqqətli olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 579
Səs ver:
(səs: 1)
Qoç vacib qərarları təkbaşına həll etmək istəyiniz sizi yaxınlarınızla mübahisəyə sürükləyə bilər. Yaradıcı potensialınız çox yüksəkdir. Sizin çoxlu maraqlı ideyalarınız olacaq, hansı ki, yaxın dostlarınız ürəkdən dəstəkləyəcəklər.

Buğa siz hər bir incə şeyə diqqət yetirirsiz və elə bir şeydən ötəri həyəcan keçirirsiz ki, başqaları bu problemləri heç görmürlər. Dostlarınız havayı yerə sizə həyata daha gözəl baxmağı məsləhət görürlər. Sizdə pozitiv dalğalardan əsər-əlamət yoxdur.

Əkizlər qəlbinizdəki tarazlığı tapmaq, sizə hər bir şeydə kömək edəcək. Dünyanı daha gözəl və maraqlı görəcəksiz. Divarları rəngləyin, güllər əkin, bir sözlə hər şeyi qaydasına salın. Bu hərəkətiniz hər kəsin xoşuna gələcək, əsasən də özünüzün.

Xərçəng insanlar öz nəzər-nöqtəsini saxlayaraq başqalarına qarşı nəzakətli olurlar və qarşıdakı insana rəhmləri gəlir. İşin ən çətin yolu bir fikrə gəlməkdir. Çoxlu mübahisələr və isti diskussiyalar olacaq. Amma onlar ciddi bir konfliktlə nəticələnmiyəcək. Bir fikrə gəlsəniz, hər kəs bundan razı qalar. Məhz buna görə bəzi suallar hələ də cavabsız olaraq qalacaq.

Şir
sevən şəxlər cüzi bir şeydən ötəri mübahisə edəcəklər, amma barışanda çox ehtirasla və entuziazmla barışacaqlar. Bu gün yaxın insanlara xüsusi hədiyyə vermək üçün əlverişli bir gündür.

Qız çox çətin bir gündür. Qarşınızda duran sualların çoxsuna cavab tapa bilməyəcəksiniz. Hərdən özünüzə inamınızı itirirsiniz. İşlərin sizin xeyrinizə başa çatacağına heç bir ümidiniz yoxdur. Bəzi asılı olduğunuz insanlar var ki, onlarla yola getmək biraz çətin olacaq.

Tərəzi
evdə yaxınlarınız sizi başa düşməyəcəklər. Siz onlara nə istədiyinizi və nə üçün mübarizə apardığınızı yenidən başa salmalı olursunuz. Sevdiyiniz insanla aranızda ciddi problemlər olacaq.

Əqrəb bu gün Əqrəblər üçün uğursuz bir gün olacaq. Siz baş verən hadisələrdən hiddətlənirsiz, problemlərə çözüm yolu axtrarırsınız, amma bu yolları tapa bilmirsiz. Həyatınızdakı nəyisə dəyişmək problemlərə gətirib çıxarır. Uğursuzluqlar sizi cənginə alıb.

Oxatan
bu gün uğur qazanmaq istəyirsizsə, az risk edin və tələsməyin. Bu gün uğur qazana bilməyən Oxatanlar ancaq tənbllər ola bilər. Vaxt itirməkdən qorxmayın. Siz nəyə can atırsız, o, sizdən qaçmayacaq. Dəqiq fənnləri öyrənmək üçün çox əlverişli bir gündür.

Oğlaq Görüşləri, əsasən, günün ikinci yarısına salın, çünki günün məhz bu hissəsində siz çox dəqiq və inandırıcı biri olacaqsız. Yaxınlarınızla fikir ayrılığı ola bilər. Ancaq yumor hissi və təbiətən mülayimliyiniz bu problemləri aradan qaldırmağa kömək edəcək. Siz onlarla dil tapacaqsız.

Dolça
neytral bir gündür. Hər bir işə ağılla başlamağa can atsanız, siz bu işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Məqsədinizə çatmaq üçün hər hansısa bir metodu yoxlaya bilərsiz. Yeni metodlar əvvəlkilərdən daha maraqlı olacaq.

Balıqlar ünsiyyət sarıdan çox çətin bir vaxtdır. Əgər sizə elə gəlirsə ki, kimsə sizi iki cümlədən başa düşür, yanılırsız. O, sizin sözlərinizi pis mənada başa düşür. Gününü ikinci yarısnda güclü baş ağrıları olacaq.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri