Hansı BÜRCÜ sevmək daha çətindir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 9302
Səs ver:
(səs: 4)
Kimdənsə xoşunuz gələndə seçimizin nə qədər uğurlu olacağını bilmək istəyirsinizsə, mütləq onun bürcü ilə maraqlanın. Çünki insanın aid olduğu zodiak işarəsi haqqınızda sizə düşündüyünüzdən də çox məlumat verə və bəlkə də sizi böyük bir bəladan xilas edə bilər...

Qadinla.com Rusiya mətbuatına istinadən xəbər verir ki, astroloqlar sevgi münasibətlərində ən çətin xarakterə malik olan bürclərin reytinqini hazırlayıb.

1. Qız
Qız zodiak nişanları arasında ən müstəqilidir. O, idarəetmə mövqeyi ilə analitik münasibətlərə daha uyğundur. Qız bürcləri avtomatik olaraq insanları müəyyən məsafədə saxlayır, ta ki, onlara etibar edənə qədər. Bu bürcün nümayəndələri sevmək üçün asan şəxsiyyət deyil. Kimisə sevmək üçün Qızlar öz müdafiəsini zəiflətməli və qəlbini açmalıdır. Lakin bu xüsusiyyətlər onlara yaddır.

2. Əqrəb
Əqrəblər nə istədiyini bilməyən – kral və ya kraliçadır. Onlar gah buz kimi soyuq, gah da alov kimi isti olurlar, odur ki, Əqrəblərin nə istədiyini tapmaq çətindir. Münasibətlər Əqrəbləri inanılmaz dərəcədə taqətdən sala bilər, bu səbəbdən onlar təkliyə daha çox üstünlük verir. Emosional baxımdan yetkinləşməyənə qədər onlar real münasibətlərə hazır olmayacaq.

3. Oxatan
Oxatan - enerjili, impulsiv və azadlıqsevər zodiak nişanıdır. Bir tərəfdən bu amil onları maraqlı və darıxdırıcı olmayan partnyor edir. Amma digər tərəfdən onlar praktik olaraq ömrünün sonuna qədər bir yerdə və bir şəxslə yaşaya bilmirlər. Oxatanlar daim hərəkətdə, yeni macəralar və adrenalin axtarışlarındadır. Bu bürclər üçün bir yerdə qalmaq, hərəkətisiz olmaq dəhşətli dərəcədə çətindir. Sözsüz ki, bu amil münasibətlərə pis təsir göstərir. Oxatanlar ikinici yarısını tapdığını o zaman hiss edir ki, onların dəstəyinə və məsləhətinə ehtiyac duyur.

4. Dolça
Dolça - qapalı şəxsiyyətdir. Onlar ürəyini açmağa və başqalarını öz dünyasına buraxmağa meylli deyillər. Dolçaları sevmək həm də ona görə çətindir ki, onlar həmişə əksər insanlarla öz arasında məsafə saxlayır. Bu bürcün nümayəndələrinə özlərini rahat hiss etdirən, onlara güvən bəxş edən və həqiqətən də etibar edə bildikləri insanlar lazımdır.

5. Oğlaq
Oğlaq - işgüzar və çalışqandır. Oğlaqlar etibarlı və məsul əməkdaş olsalar da, bu həm də o deməkdir ki, onlar bütün münasibətlərinə bir biznes layihəsi kimi yanaşırlar. Heç bir tərəf müqabili mikroskop altında bütün müsbət və mənfi cəhətlərinin nəzərdən keçirildiyini duymaq istəməz. Odur ki, Oğlaqlar həm ürəyinə, həm də ağlına etibar etməyi öyrənməlidir ki, əsl sevgini tapa bilsin.

6. Əkizlər
Əkizlər qətiyyətsiz və həddindən artıq emosionaldır. Bu, onlarla ünsiyyəti müəyyən dərəcədə yorucu edə bilər, amma bu həm də onu bildirir ki, onlar bütün ürəyiylə sevir, inanır və hiss edirlər. Əkizlər həyatı yalnız sevəndə dərk edirlər. Onlar hər şeyi öz partnyorlarına verirlər. Belə sevgi və bağlılıq qorxuda bilər, amma zəifliyin bu səviyyəsi hər kəs üçün əlçatan deyil.

7. Şir
Şirlər qədər dinamik və əyləncəli zodiak nişanı yoxdur. Bu bürclər inanılmaz müstəqil və özünə əmindir. Buna görə Şirlərin partnyorları anlamalıdır ki, onlar sizə ehtiyac duymur. Lakin cazibə qüvvələri elə güclüdür ki, onlarla maraqlanmamaq mümkün deyil. Şir bürcləri gecənin parlaq və qığılcımlanan ulduzudur, odur ki, hamının onları niyə sevməsi təəccüblü deyil.

8. Qoç
Aktiv, həyəcanlandırıcı və ehtiraslı Qoç öz partnyorunu dünyasının mərkəzi edəcək. Onlar bütün diqqəti sevib-seçdiyi şəxsə ayıracaq və onun yaxşı olması üçün əlindən gələn hər şeyi edəcək. Qoçlar partnyorunu yaxşı gündə də, pis gündə də dəstələyəcək. Kim belə münasibətdən imtina edər ki?

9. Buğa
Buğalardan daha düzgün və səbatlı zodiak işarəsi yoxdur. Buğaların məhəbbəti əbədidir. O, sevdiyi şəxsə qarşı fədakar və sədaqətlidir. Buğalar heç vaxt heç nəyi gizlətmir, ömür-gün yoldaşına həmişə son dərəcə dürüstdür. Bu bürcdə olan sədaqət və inama çox nadir hallarda rast gəlinir. Odur ki, belə adam tapsanız, onu əldən verməyin.

10. Tərəzi
Tərəzilər istəyir ki, hər kəs xoşbəxt və razı olsun. Əlbəttə ki, bu, hamıya, xüsusilə sevdikləri insana aiddir. Tərəzilər partnyorunun xoşbəxt olduğuna əmin olana qədər əlindən gələni əsirgəməyəcəklər. Onları sevmək asandır, çünki onlar sizə saxta olmayan hisslər və etibar bəxş edir.

11. Balıq
Bütün bürclər arasında ən böyük ürəyə malik Balıqdır. Onlar hər emosiyanı dərindən hiss edirlər, onlar üçün nə azruladığını və nə sevdiyini qarşı tərəfə söyləmək çətin deyil. Balıqlar yalan danışa bilmir, bütün kartlarını açıq oynayır. Onlar sevdiyi insana görə bütün əzablara qatlaşır. Oddan, sudan və bataqlıqdan keçərək sevdiyinin yanına qayıdırlar. Və belə sevgi həyatda bir dəfə olur...

12. Xərçəng
Xərçənglər – həddən artıq qayğıkeş və həssas təbiətlidir. Onlar səbirli olmağı və bağışlamağı bacarırlar. Bu bürclər dara düşəndə günün istənilən vaxtı bel bağlaya biləcəyiniz insanlardır. Məhəbbətin ən gözəl örnəyini Xərçənglər mükəmməl şəkildə əks etdirir.

(səs: 4)
Şərhlər: 9
Baxılıb: 9302
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
♡ES♡
9. Buğa
Buğalardan daha düzgün və səbatlı zodiak işarəsi yoxdur. Buğaların məhəbbəti əbədidir. O, sevdiyi şəxsə qarşı fədakar və sədaqətlidir. Buğalar heç vaxt heç nəyi gizlətmir, ömür-gün yoldaşına həmişə son dərəcə dürüstdür. Bu bürcdə olan sədaqət və inama çox nadir hallarda rast gəlinir. Odur ki, belə adam tapsanız, onu əldən verməyin.
2 noyabr 2017 23:59
9
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Offline
sevgi qatarı
Xərçənglər – həddən artıq qayğıkeş və həssas təbiətlidir. Onlar səbirli olmağı və bağışlamağı bacarırlar. Bu bürclər dara düşəndə günün istənilən vaxtı bel bağlaya biləcəyiniz insanlardır. Məhəbbətin ən gözəl örnəyini Xərçənglər mükəmməl şəkildə əks etdirir.
2 noyabr 2017 17:49
8
Sevgi Qatarı
Offline
Fialka
6. Əkizlər
Əkizlər qətiyyətsiz və həddindən artıq emosionaldır. Bu, onlarla ünsiyyəti müəyyən dərəcədə yorucu edə bilər, amma bu həm də onu bildirir ki, onlar bütün ürəyiylə sevir, inanır və hiss edirlər. Əkizlər həyatı yalnız sevəndə dərk edirlər. Onlar hər şeyi öz partnyorlarına verirlər. Belə sevgi və bağlılıq qorxuda bilər, amma zəifliyin bu səviyyəsi hər kəs üçün əlçatan deyil.

Sonda doğru qeyd olunub ki, hər kəs üçün əl çatan deyil yəni bu çox çox çətindir əgər baş verirsə nə xoş o insanın halına yox əgər həqiqət deyilsə və elə görünürsə vay o insanın sinir sisteminə , ömrünə və s. Bu ən çox qarşı cinsin əkizlər bürcü üçün daha münasibdir.
2 noyabr 2017 17:44
7
Offline
deniz yildizi:)
Terezi
aaa Necede doqru

Terezi
aaa Necede doqru

Terezi
aaa Necede doqru
2 noyabr 2017 17:01
6
Online
Aykam2001
Tərəzi
Tərəzilər istəyir ki, hər kəs xoşbəxt və razı olsun. Əlbəttə ki, bu, hamıya, xüsusilə sevdikləri insana aiddir. Tərəzilər partnyorunun xoşbəxt olduğuna əmin olana qədər əlindən gələni əsirgəməyəcəklər. Onları sevmək asandır, çünki onlar sizə saxta olmayan hisslər və etibar bəxş edir.
2 noyabr 2017 17:00
5
“Danse comme si personne ne te regardait. Aime comme si tu n’avais jamais été blessé(e). Chante comme si personne n’écoutait. Vis comme si c’était le paradis sur terre.”
Offline
GünƏşimƏ_AiD_
BUGAYAM)) heri men))) bugalara eshq olsun 122
2 noyabr 2017 16:29
4
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
YalniZ-ArZu
10. Tərəzi
Tərəzilər istəyir ki, hər kəs xoşbəxt və razı olsun.Ahaa oyleyizdir hmmm fedakarligimiz anlayib qanan da olanda lap xowbext oluruxurek Əlbəttə ki, bu, hamıya, xüsusilə sevdikləri insana aiddir. Tərəzilər partnyorunun xoşbəxt olduğuna əmin olana qədər əlindən gələni əsirgəməyəcəklər.hh Onları sevmək asandır, çünki onlar sizə saxta olmayan hisslər və etibar bəxş edir.Terezi olaraq sevgim de nifretim de saxta olmaz menim,kim neye layiqdir onu da gorur menden.

Xebercun ozume tesekkurler kivirihi
2 noyabr 2017 16:17
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Online
BARBI
Meni sevmek cetindir.Cetin yola geden insanam
2 noyabr 2017 16:17
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Barbaris
Qız zodiak nişanları arasında ən müstəqilidir. O, idarəetmə mövqeyi ilə analitik münasibətlərə daha uyğundur Anlamadim nedise 23 ama duzdu bookiz Qız bürcləri avtomatik olaraq insanları müəyyən məsafədə saxlayır, ta ki, onlara etibar edənə qədər Cox dogrudu mesafelerim var menimBu bürcün nümayəndələri sevmək üçün asan şəxsiyyət deyil cetin xasiyyetli insanamKimisə sevmək üçün Qızlar öz müdafiəsini zəiflətməli və qəlbini açmalıdır Her kese acmam qelbimi Lakin bu xüsusiyyətlər onlara yaddır biyabir olduq gizlen

birinci olmaqima wawirmadim yeni burcumun birinci olamqina duzdu her kelmesi. Xasiyyetimi menimle daha yaxin olan biler eline defter rucka ver yazib yazib qutara bilmesin :D belede her kesle mehribanam o kadarda zalim diyiliz hh

Twkler birdenem kral
2 noyabr 2017 15:23
1
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri