Gündəlik Bürclər - 11.12.2018 (11 Dekabr 2018 Günlük Bürclər)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3557
Baxılıb: 73747379
Paylaş:
Səs ver:
(səs: 3013)
11 Dekabr 2018-ci il. Günün qoroskopu. Şəxsi münasibətlərdə irəliləyiş ola bilər

Qoç - ünsiyyətdə səmimi, qayğıkeş olun. Münasibətlərdəki aktiv mövqeyiniz əlaqələrdə harmoniya yaradacaq. Ən rutin işlərin görülməsində yaradıcılıq imkanları yaranır. Mövqeyinizi ətrafınızdakı insanlara çatdırın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanların ideyalarından tam hali olmamış xudpəsəndlik etməyin.

Aktiv olun. Axşam saatlarına yaxın ailə üzvlərinizi sevindirin. Qayğı və anlamla davranaraq münasibətləri yaxşılaşdırın. Gəzintiyə çıxa bilərsiniz.

Buğa - günün ilk yarısında situasiya kəskin reaksiya, qərarların qəbul olunması prosesində çeviklik tələb edir. Məntiqli, soyuqqanlı olun. Yalnız belədə uğur qazana bilərsiniz. Maraqlı ideyalarını sizinlə bölüşəcək həmfikirlərlə dil tapmağa çalışın.

Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Məişət əşyaları, rabitə və ya nəqliyyat vasitəsi almaq olar.

Axşam saatlarını yaxınlarınızla keçirin. Ümumi işlər və əyləncəyə birgə yollanmaq sizi bədbinlikdən qurtara bilər. Subaysınızsa, seçim məcburiyyəti ilə qarşılaşacaqsınız.

Əkizlər - günün ilk yarısı yeni işlərə başlamaq üçün əlverişlidir. İnnovasiyalı layihənin ilkin mərhələsində fəal olun. Həmkarları və ya həmfikirləri özünüzə cəlb edin. Münaqişəli situasiyaları həll edin.

Günün ikinci yarısında iradlara və tənqidə ifrat dərəcədə sərt reaksiya verməyin. Şəxsi münasibətlərdə harmoniyaya nail olun. Dəyər verdiyiniz insanlar sözlərinizə diqqətlə qulaq asacaqlar. Axşam saatlarını dostlarla keçirin.

Xərçəng - günün ilk yarısında ən ağır işlərlə məşğul ola bilərsiniz. Özünüzə güvənin. Diqqətinizi cəmləyin, bilik və bacarıqlarınızı nümayiş etdirin. Çətin məsələlərin həllində süst davranmayın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlara sərt iradlar bildirməyin. Nöqsanlar barədə bərkdən danışmayın, sürəkli məsləhətlər verməyin. Belə davranış ən yaxın adamları sizdən soyuda bilər.

Axşam saatlarında sevdiyiniz insanla mübahisə etməyin. Təmasları daha da səmimiləşdirin.

Yaxın ətrafınızda peyda olacaq insanlardan biri yaşamınızda önəmli rol oynaya bilər.

Şir - günün ilk yarısında vəziyyət ilk baxışdan ümidsiz təsir bağışlasa da, ruhdan düşməyin. Çaşqınlığa yol verməyin, hadisələrin axarını nəzarətsiz qoymayın. Qətiyyətli və iradəli davranışın mükafatı yaxşı nəticə olacaq.

Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsindəki problemlərin orijinal həllini tapacaqsınız. Gərəkli insanlarla əlaqələri inkişaf etdirin. Kollektiv fəaliyyətlə mövqelərinizi möhkəmləndirməyə çalışın.

Şəxsi münasibətlərdə dəyişikliklər üçün yaxşı zamandır. Dəyər verdiyiniz insanla təmaslar sizi sevindirəcək.

Axşam saatlarında istədiyiniz kimi istirahət edə bilərsiniz.


Qız - günün ilk yarısında böyük layihənin ilk mərhələsində çətinliklərlə qarşılaşsanız, ruhdan düşməyin. Unutmayın ki, böyük nailiyyət kiçik uğurlardan ibarətdir. Planlaşdırmaya başlayın. Qarşınıza ambisioz məqsədlər qoymayın.

Günün ikinci yarısında irəliləyiş üçün bünövrə hazırlayın.

Yaxınlarınızla münasibətlərdə ifrat səxavətiniz və sentimentallığınızdan elə sizə qarşı istifadə oluna bilər. Qayğıkeş, amma praktik davranın. Maraqlarınızı qorumaqdan çəkinməyin.

Tərəzi - işgüzar tərəfdaşlar və həmkarlarla münasibətləri sərinləşdirməyin. Günün ilk yarısında problemlərin yeni həllini tapa bilərsiniz. Qarşılıqlı mənfəəti unutmayın. Bilik və bacarıqlarınızı nümayiş etdirin.

Günün ikinci yarısında həddən artıq zəhmət, enerji tələb edən işlərlə məşğul olmayın. Aktiv olun. Yaxınlarınızın ehtiyaclarını təmin etmək üçün əlavə vəsaitə ehtiyac var. Ailə üzvlərindən birinin üzləşdiyi ağır situasiyanı təhlil edin. Yardım istəyən insandan köməyi əsirgəməyin.

Əqrəb - mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın.

Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yedişib. Gərəksiz əlaqələrdən qurtulun.

Ötənləri xatırlayıb köks ötürməyin.

Oxatan - gərgin və aktiv fəaliyyətin yaxşı nəticə verməsi üçnü təkbaşına çalışmayın. Yaddan çıxardığınız vədləri qarşı tərəf unutmayıb.

Yolda çətinliklər yarana bilər. Uzunmüddətli səfərlərə çox qüvvə və vaxt sərf etməyin. Yaranan imkanlardan faydalanmağı unutmayın.

Günün ikinci yarısında münaqişəli vəziyyət yaratmayın. Tərəfdaşla ünsiyyətdə mənfi emosiyaların izharına yol verməyin. Fikir ayrılıqları və inciklik istisna deyil. Sərt sözlər münasibətlərin sərinləşməsinə səbəb olacaq.

Oğlaq - günün ilk yarısı əlverişli zamandır. Problemlərin öhdəsindən qeyri-ənənəvi yollarla gələ bilərsiniz. Planlarda köklü dəyişikliklər, təcili səfər və ya ezamiyyət istisna deyil. İşgüzar yazışma ilə məşğul olun, sənədləri qaydaya salın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə qətiyyətli olun. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Onlar məişət məsələləri ilə yanaşı, təhsil və peşəkar fəaliyyət sahələrində də yardımlarını əsirgəməyəcəklər.

Sevdiyiniz insan üçün qısqanclığa səbəb yaratmayın.

Dolça - çoxdan hazırladığınız planları reallaşdırmaq üçün münasib zamandır. Gərəkli insanlarla əlaqələr yaradın. Potensial tərəfdaşların niyyət və istəklərindən hali olun. Cəsarətli, amma nəzakətli davranın.

Günün ikinci yarısında yeni layihəyə, işə başlamaq olar. Ən ağır problemin həllinə başlamaqdan çəkinməyin.

Şəxsi münasibətlərdə irəliləyiş ola bilər. Həmfikirlərlə birlikdə vaxt keçirin. Enerji potensialınızın səviyyəsi yüksəkdir.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Balıqlar - yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Sizdən dəstək gözləyən insanlara kömək edin. Başqalarının qərar və hərəkətlərini aşkar şəkildə pisləməyin.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanları müzakirə mənbəyinə çevirməyin. Çətin və mürəkkəb məsələləri həll etmək gərəkdirsə, risklərə yol verməyin. Düşünülməmiş addımlar atmayın.

Dəyər verdiyiniz insanların planları və istəkləri barədə onlara düşündüklərinizi desəniz, inciyəcəklər. Axşam saatları romantik əhval üçün əlverişli deyil. Sakit şəraitdə dincəlməyə çalışın.

(səs: 3013)
Şərhlər: 3557
Baxılıb: 73747379
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Rebbim ozu biz qullarini sevindirsin insallah
24 avqust 2015 13:34
17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Melek5
Tərəzi - mənəvi və fiziki sağlamlığın vəhdətinə nail olun. Çalışdığınız şəraitin rahat, yeni planların reallaşdırılması üçün əlverişli olmasına can atın. Var qüvvənizlə işləyirsinizsə, nəticənin də məntiqi olmasına can atın. Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarınızın təfərrüatlarını həmkarlarınıza danışmayın. Şəxsi məsələlərdə tərəfdaşın qayğılarını və fikirlərini nəzərə alın. Laqeyd, soyuqqanlı, eqoist olmayın.
24 avqust 2015 10:55
16
İllərlə uzatdığı saçı 1 saniyə içində kəsə bilən bir qadına "Məni unuda bilməzsən" demə...O qadın səni tarixə basdırar Cənab!
Offline
ayka
Şir - hisslərinizə uyaraq düşünülməmiş addımlar atmayın. Günün emosional fonu sizdən rasional və praqmat davranış tələb edir. Həddən artıq aktiv olmayın. Zərurət varsa, tempi bir qədər aşağı salın. Günün ikinci yarısında şəriklər və ya tərəfdaşlarınızdan biri sizə sürpriz edə bilər. Gözlənilməz hadisələrə hazır olun. Situasiyanın ani dəyişkliklərindən faydalanın. Axşam saatlarında gəzintiyə çıxın.tesekkurler
24 avqust 2015 10:52
15
İntiqam qoxur ruhum
Offline
Miss_Angel
twk buga burcu ALLAH BILEN MESLEHETDI
24 avqust 2015 00:53
14
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
aLoNe AnGeL
Baliq bakalim nasssl olcaqqq
24 avqust 2015 00:13
13
Geri sayim basladi...
Sen qalxmaga davam etdiyin muddetce istenilen ZiRvE elcatandir!
Offline
Akkuw)
Dolca tewekkur
23 avqust 2015 21:01
12
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Offline
Catwoman666
Sitat: deli yurek
terezi twk 08 08

ay Allah men niye mesaj yaza bilmirem hh

Çünki hələ aktiv statusunda deyilsiniz.

...666...
23 avqust 2015 18:32
11
Viking
Offline
leyla_258
Burda yazılanların hamısı düz çıxdı.....
23 avqust 2015 17:52
10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
emis
Ne yaxsi serhler silinib hemise bura baxanda ureyim sixilirdi) tesekkur
23 avqust 2015 12:36
9
Offline
ayka
Şir - başqalarının bacarmadıqları işin öhdəsindən gələ bilərsiniz. Amma eyforiyaya qatılmayın, qəhrəmanlıq etmək, "dünyanı qurtaran adam" kimi görünməyə çalşımayın.

Başa vuracağınıza ümid etmədiyiniz işlərdə ciddi irəliləyiş ola bilər. Yaxın ətrafınızdakı insanlardan birinin gerçək siması sizə əyan olacaq.

Şəxsi münasibətlər müstəvisində düşərli gündür. Təmaslarınızdakı rəvanlığı və harmoniyanı pozan müşkülü bu gün çözə bilərsiniz.

İstənilən situasiyada təbii olun, yalan danışmayın.
23 avqust 2015 12:21
8
İntiqam qoxur ruhum
Offline
♡ES♡
Buga ...
23 avqust 2015 12:07
7
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Offline
Miss_Angel
Buğa - narahat olmayın, təşvişə düşməyin. Əsassız və səbəbsiz həyəcan pis olmayan günü korlaya bilər.

Mühüm məsələləri özünüz həll etsəniz, ikinci dərəcəli və xırda problemlərin həllini etibar etdiyiniz insana tapşırsanız, işdə uğur əldə edə bilərsiniz. Sənədləşdirmədə problemlər yarana bilər. Bürokratik əngəlləri və məmurların uydurma bəhanələrini qət etmək asan deyil.

Axşam saatları xoş sürpriz, maraqlı görüş vəd edir. Qəfil vizit ola bilər. Qonaqlar sizi sevindirəcək.
Kulinar eksperimentlər əhvalınızı yaxşılaşdıra bilər.
23 avqust 2015 10:50
6
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
Dj_Vampir
Bir bu qalmiwdi. Maraqlar toqquşması riski var.
23 avqust 2015 10:32
5
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
Narın Yağış
İstənilən situasiyada təbii olun, yalan danışmayın. - Yenede yalan? Of wirler ne vaxt duz daniwacaq goren?( menim tanidigim wir burcunden olan yani..
23 avqust 2015 01:37
4
Düşsən üstündən keçəcək insanlar var...

Ayaqda qal...
Offline
Lola_Maya_
Xərçəng - həddən ziyadə ətalətli və astagəl olmayın. Nə etdiyinizi, nəyə can atdığınızı, hansı planı reallaşdırdığınızı dəqiqləşdirin.

Az sonra hadisələrin axarı göstərəcək ki, tələsmək gərək deyilmiş. İşlərə məsuliyyətli və diqqətli yanaşın, tələsən insanların yol verdikləri səhvləri təkrarlamayın.

Gəlir, mənfəət istisna deyil.
Alış-verişdə simiclik etməyin. Axşam saatları romantik münasibətlər və təmaslar üçün əlverişlidir.

Bir qədər tənha qalmaqda da xeyir var.



Əqrəb - səhər saatlarında günün uğursuz olacağını düşünə bilərsiniz. Amma az sonra situasiya dəyişəcək. Vaxt keçdikcə pozitiv təmayüllərin təsir gücü artır. Günün ilk yarısından müstəqil fəaliyyət və təkbaşına iş üçün istifadə edin.

Günün ikinci yarısında isə işgüzar məsələlər, birgə layihələrdə iştirakla bağlı məsləhətləşmələr və müzakirələr olacaq.

Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Yerinə yetirə biləcəyiniz işə başlayın, qüvvənizi qənaətlə sərf edin.

Emosional olmayın, hisslərin əsarətinə düşməyin. Əks cins mənsubu ilə ciddi münasibətlərin təməlinin qoyulacağına bel bağlamayın.
23 avqust 2015 00:13
3

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri