Hər bir bürc bədənin müxtəlif hissələrini idarə edir. Bununla da hər bir
bürcdə idarə etdiyi hissə ilə bağlı xəstəliklərə çox rast gəlinir. Biz
bu yazımızda bürclərin hansı hissələri idarə etdiyini və hansı
xəstəliklərə daha çox meylli olduğunu tapıb yazmışıq.
Qoç bürcü
Qoç bürcü bədənin baş hissəsini idarə edir. Buna görə də Qoç bürcü
olan insanlar tez-tez baş ağrısından şikayətlənirlər. Bundan əlavə
yüksək hərarət, miqren, beyin iltihabı və təzyiq də qoç bürcü
insanlarının çox rastlaşdığı xəstəliklərdir. Əsəbiləşdikdə mədələri də
ağrıya bilər. Tərəzi bürcündən gələn əks təsirlər ilə böyrək və bel
hissəsində də narahatçılıq yaşayırlar.
Qoçlar xəstələnməyi sevmədikləri üçün cüzi bir xəstəliyin
əlamətlərini elə də diqqətə almırlar və bu xəstəliyin öz-özünə keçməsini
gözləyirlər. Xəstələndikləri zaman yatıb dincəlməzlər. Fiziki
quruluşlarının güclü olması ciddi bir xəstəliyə tutulsalar belə çox tez
sağalmalarına kömək edir.
Qoç bürcü insanları istirahət etməyə diqqət
göstərməli, çox işləməməyə və narahatçılıq keçirməməyə çalışmalıdırlar.
Bol meyvə və tərəvəz yemələri tövsiyə olunur.
Buğa bürcü
Bu bürcün bədəndə idarə etdiyi hissələr isə boyun və boğazdır. Buna
görə də ən çox rastlaşdıqları problemlər soyuq dəymə, səs telləri,
udlaq, badamcıqlar, qulaqlar və qalxanabənzər vəzi ilə əlaqəli yaranan
xəstəliklərdir.
Buğa bürcü insanları fiziki olaraq çox güclüdürlər və
tez yorulmadıqları üçün uzun müddət işləyə bilirlər. Bu bürcdə olan
insanlar digər bürcdəkilərə nisbətən xəstəliyə daha dözümlü olurlar.
Əqrəb
bürcündən gələn əks təsir ilə cinsi orqanlar, ifrazat vəziləri və
ifrazat sistemi də həssas ola bilir. Qadınlarda yumurtalıq və uşaqlıq,
kişilərdə isə prostat vəzinin xəstəliklərinə rast gəlinir.
Buğalar səbrli xəstələrdirlər və həkimin verdiyi məsləhətlərə əməl edir, dərmanlarını vaxtında və düzgün qaydada qəbul edirlər.
Həm
ağır, yağlı yeməkləri sevdiklərinə görə, həm də qalxanabənzər vəzi
artıq miqdarda tiroid hormonu ifraz etdiyinə görə çox kökəlirlər və
köklüklə bağlı xəstəliklər ilə rastlaşırlar.
Buğa bürcü insanları gənc yaşdan başlayaraq çox yeməməyə diqqət göstərməli və idmanla məşğul olmalıdırlar.
Əkizlər bürcü
Əkizlər bürcünün idarə etdiyi hissələr sinir sistemi, çiyin və
qollardır. Bu bürcdə olan insanların sinir sistemləri elə də güclü
deyil, çiyinlər, qollar və əlləri olduqca həssas olur. Bu insanlarda
körpücük sümüyü qırıqları, çiyin, qol ağrıları kimi problemlər görülə
bilir.
Əkizlər bürcü eyni zamanda ağciyəri də idarə edir və buna görə
də soyuq dəymə ilə bronxit də bu bürcün insanlarının çox rastlaşdığı
xəstəliklərdəndir.
Bundan əlavə Oxatan bürcündən gələn əks təsir ilə
ayaqlarda ağrılar, revmatizma, qaraciyər həssaslığı və allergiya kimi
narahatçılıqlar da olur.
Əkizlər bürcündə olan insanlar həm fiziki,
həm də zehni olaraq sağlamdırlar, lakin ümumiyyətlə əsəbi və narahat
insanlar olurlar. Yaxşı xəstə deyillər, həkimin öyüdlərinə qulaq
asmazlar.
Xərçəng bürcü
Xərçəng bürcü mədə və on iki barmaq bağırsağı idarə edir. Bu bürcdən
olan insanlar narahat və tez kədərlənən insanlar olduqları üçün
mədələrində həzm problemi yaşayırlar və hətta bu, gələcəkdə mədə xorası
xəstəliyi yaranmasına belə gətirib çıxarır. Bədənlərində ən yaxşı
işləyən yer süd vəziləridir və buna görə xərçəng bürcü "analar bürcü”
kimi də bilinir.
Qidalara düşkün olmaları və tənbəllikləri, xüsusilə
orta yaşlarda kökəlməklərinə səbəb olur. Mədə xəstəlikləri ilə yanaşı
bağırsaq tənbəlliyi və böyrək xəstəlikləri də bu bürcün insanlarının çox
rastlaşdığı problemlərdəndir.
Xərçəng bürcü insanları ağrıya
dözümsüz olurlar. Xəstələndikləri zaman bunu həddindən artıq şişirdir və
onlara baxan insanları bezdirirlər.
Bu bürcdə olan insanlar qidalanmalarına diqqət göstərib, idmanla məşğul olarlarsa, daha sağlam olarlar.
Şir bürcü
Şir bürcü ürək, onurğa və kürəyi idarə edir. Bu bürcün insanı
həyəcanı və adrenalini sevirlər, əgər sonrakı yaşlarında daha sakit
həyat tərzinə keçməzlərsə, ürək çatışmazlığı xəstəliyi ilə rastlaşa
bilərlər.
Şirlərin gözləri yaxşı görür və xəstəliklərə qarşı
dözümlüdürlər. Xəstələnməyi sevməzlər və xəstələndikləri zaman həddindən
artıq həyəcanlanırlar. Ancaq nikbinlikləri sayəsində xəstəlikləri uzun
çəkməz və tez sağalarlar. Bütün həyatları boyunca idmanla məşğul
olduqları üçün fiziki quruluşları sağlam olur.
Şir bürcündə olan
insanlar yaxşı xəstə deyillər. Xəstələndikləri zaman dincəlmək yerinə
işlərinin başına qayıdırlar, bu da gec sağalmaqlarına səbəb olur. Lakin
buna baxmayaraq sağlam quruluşlu olduqları üçün tez sağalıb, ayağa
qalxırlar.
Qız bürcü
Qız bürcü sinir sistemini və bağırsaqları idarə edir. Bu bürcün
insanlarında da xərçənglərdə olduğu kimi mədə xəstəliklərinə daha çox
rast gəlindiyi üçün yediklərinə diqqət yetirməli və düzgün
qidalanmalıdırlar.
Qız bürcü insanları ümumiyyətlə qidalanmalarına
diqqət göstərən bürcdürlər və bu barədə başqalarına da məsləhətlər
verirlər. Olduqları mühitin sağlamlıq cəhətdən əlverişli şəraitdə
olmasına diqqət göstərirlər. Bu bürcün insanlarının bəziləri
xəstələndikləri zaman onlara xüsusi diqqət göstərilməsini istəyirlər və
bezdirici olurlar. Ancaq bəziləri isə yaxşı xəstədirlər, həkimin
məsləhətlərinə diqqətlə qulaq asır və bunlara qaydasında əməl edirlər.
Tərəzi bürcü
Bu bürc isə bədəndə böyrəklər, bel və onurğa sistemini idarə edir.
Buna görə də beldə, əzələ və sümüklərdə ağrılar, revmatizma kimi
xəstəliklər bu bürcün insanlarda daha çox rast gəlinir. Bunun üçün də
özlərini çox yormamalı və yaxşıca dincəlməlidirlər. İri görünüşlü
olmaqlarına baxmayaraq immunitetləri zəif olur. Bunun nəticəsində də
soyuq dəymə və yoluxucu xəstəliklərə tez yoluxurlar. Qoç bürcünün əks
təsirləri isə bu insanlarda baş və gözlərdə həssaslıq və ağrılar
olmasına səbəb olur.
Tərəzilər xəstələndikləri zaman bundan hamının
xəbəri olmasını istəyirlər və qarşısındakıların ona qarşı xüsusi diqqət
və qayğı göstərməsini tələb edirlər.
Əqrəb bürcü
Əqrəb bürcünün bədəndə idarə etdiyi hissə isə reproduktiv orqanlar və
mədədir. Kişilərdə prostat, qadınlarda isə yumurtalıq və uşaqlıqla
bağlı xəstəliklərə daha çox rast gəlinir.
Əqrəb bürcü insanları
xəstəliyə qarşı mübarizə aparan bir xarakterə sahibdirlər. Xəstə
olduqları vaxtda belə güclü iradələri və enerjiləri ilə işlərini davam
etdirirlər. Xəstəliklərini qəbul etdikləri zaman bunu da bir iş kimi
qəbul edib, bir an əvvəl bunu yox etmək üçün səy göstərirlər. Tez
sağalmaq istədiklərindən müalicələrinə xüsusi diqqət yetirir və ən
təsirli dərmanları qəbul edirlər. Əqrəblər ağrıya dözümlü, yaxşı
xəstələrdirlər. Onlar sağlamlıqlarının öz əllərində olduğunu və
xəstəliyi iradələri ilə yox edə biləcəklərinə inanırlar.
Dolça bürcü
Dolça bürcü bədəndə baldırlar, dişlər, həzm sistemi, ürək, boğaz,
limfa sistemi və reproduktiv orqanları idarə edir. Beləliklə də onlarda
ən çox bu orqanlarla bağlı xəstəliklər müşahidə olunur. Amma bununla
yanaşı bu bürcdən olan insanlar o qədər də çox xəstəliklə üzləşmirlər.
Xəstələndikləri zaman xəstəliklərinin nə olduğunu və necə mübarizə
aparmağı bildikləri üçün elə də problem yaşamır və tez sağalırlar.
Dolçalar
təmiz havada gəzməyi və açıq havada edilən idman növlərini çox
sevirlər. Bəzi dolçalar çox yemək və siqaret çəkməkləri nəticəsində bəzi
xəstəliklərlə üzləşə bilirlər. Və çox yeməkləri yeməyə düşkün
olduqlarından deyil, ətrafında baş verənlərə əsəbiləşdiklərindən olur.
Zəhərlənmə,
yüksək hərarət, ayaqlarda varikoz, baldır və bilək ağrıları bu bürcün
insanlarının ən çox şikayətləndiyi xəstəliklərdir.
Balıq bürcü
Ayaqları və sinir sistemini idarə edən Balıq bürcü insanları psixi
xəstəliklərə daha çox meylli olurlar. Bu bürcdən olanlar ümumiyyətlə
gücsüz və müqavimətləri zəif insanlardırlar. İnfeksion xəstəliklərə
müqavimətləri zəif olan Balıqların limfa sistemi də zəif olur və buna
görə də bununla bağlı problemlər yaşayırlar.
Qız bürcündən gələn əks
təsir ilə bağırsaqlar və həzm sistemi ilə əlaqəli xəstəliklər də yarana
bilir. Bü bürcdən olan insanlar xəstələndikləri zaman özlərinə çox
diqqət göstərirlər və həkimin bütün tapşırıqlarına əməl edirlər.