Gündəlik Bürclər - 23.09.2019 (23 Sentyabr 2019 Günlük Bürclər)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3200
Baxılıb: 81233552
Səs ver:
(səs: 3290)
23 Sentyabr 2019-cu il. Günün qoroskopu. İnsanlarla ünsiyyət zamanı onlarda xoş təəssürat yaradırsınız

Qoç - Günün birinci yarısı aldığınız xoşagəlməz xəbər sizi çaşdıracaq və səhv qərar qəbul etməyinizə səbəb olacaq. Ağlınızı başınıza yığın, soyuqqanlı olun, yoxsa bu şəraitdən çıxmaq çətin olacaq.

Cari məsələlərin həlli üçün münasib gündür. Darıxmağa vaxtınız yoxdur, çünki problemlər müntəzəm olaraq peyda olacaq. Qeyri-standart situasiyalarda isə inandığınız bir şəxsin məsləhətlərindən istifadə edin. Bir çox Qoçlar üçün belə şəxs ya sevgililəri, ya da yaxın qohumları ola bilər.

Buğa - Günün emosional fonu gərgindir, siz əsəbi və narahatsınız. Ətrafınızdakılarla ümumi dil tapmaq çətindir, ailə üzvləri və yaxınlarınızla fikir ayrılığı yaranır. İnsanlar sizə nə qədər çox maraq göstərirlərsə, bir o qədər çox əsəbləşirsiniz. Sərbəstlik və azadlıq istəyi çoxalır və bu hisslər bir çox Buğaları düşünülməmiş addımlar atmağa vadar edir. Köhnə əlaqələrin qırılması ehtimalı var, özünüzə ən yaxın bildiyiniz biriylə də qarşılıqlı anlaşma itə bilər.

Sövdələşmələr, irihəcmli müqavilələrin bağlanması üçün uyğun gündür. Əntiq mallar, zərgərlik əşyaları ala bilərsiniz.

Əkizlər - Bu gün sürpriz qonaqlıqlar günüdür. Olsun ki, heç gözləmədiyiniz adamlar sizə qonaq gəlsinlər, yaxud da siz kimisə yoluxmağa qərar verəsiniz. Rahat, qeyri-formal şəraitdə istənilən problemi, istirahət planlarından tutmuş biznes-layihələrədək bir çox məsələni müzakirə edə bilərsiniz. İdeyalarınız nə qədər cəsarətlidirsə, başqalarının təqdirini qazanmaq şansları da bir o qədər çoxdur.

Başqa insanları da diqqətdən kənarda saxlamaq istəmirsiniz. Bir çox Əkizlərdə başqalarına yardım etmək həvəsi güclənəcək. İctimai və siyasi fəaliyyətə maraq da artacaq.

Xərçəng - İstənilən iş bu gün faydalı olacaq. İntellektual potensialınız yüksəkdir. Bu, ən mürəkkəb məsələləri həll etməkdə sizə kömək edəcək. Siz şəksiz lidersiniz, bunu bu gün görüşəcəyiniz bütün şəxslər sezərək qiymətləndirəcəklər. Özünüzə həmfikir ordusu toplayaraq hansısa yaradıcı layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz.

Şəxsi həyatında dəyişiklik etmək istəyən Xərçənglərin bu gün xoşuna gələcək. Arzuların həyata keçməsi üçün xüsusi bir şey etmək lazım deyil - uğur özü qarşınıza gəlir. Bir çox Xərçənglər bu gün düşünülməmiş, amma yerində və düzgün qərar verəcəklər.

Şir - Qeyri-adi, heyrətamiz hadisələr baş verəcək. Həyat tamamilə başqa bir axarla davam edir və bundan qorxmaq lazım deyil. Öz intuisiyanıza güvənin, məhz o, sizə dəyişikliklərə necə uyğunlaşmağı diktə edəcək. Bir dəqiqə də olsun, özünüzə inamınızı itirməyin. O, nəinki sizə uğur gətirəcək, həmçinin qarşı cinsin nümayəndəsinin diqqətini də cəlb edəcək.

Şirlərin əksəriyyəti bu gün yeni eşqə düşəcək. Ehtiraslı və başgicəlləndirən roman yaddaqalan olacaq. Təsadüfi deyil: Şirlər macəra ovuna çıxıblar, ovları da öz ayaqları ilə hüzurlarına gəlir.

Qız - Maliyyə problemləri mümkünür. Düzdür, çox pul itirməyəcəksiniz, amma onlar lazım olan anda əlinizdə olmayacaq. Ola bilər ki, uğursuz alış-veriş edəsiniz.

Həyatınızda gözlənilməz dəyişikliklər baş verir, hadisələrin adi axarı dəyişir, yoxlanılmış üsullar artıq kara gəlmir. Təcili nəsə yeni bir çıxış yolu tapmalısınız, amma siz çaşqınlıq içərisindəsiniz və yaxşı ideyalar bu gün ağlınıza gəlmir. Sizin bütün həyatınızdan xəbəri olan bir şəxslə məsləhətləşməyiniz vacibdir.

Tərəzi - İntellektual işlər, mürəkkəb məsələlərin həlli üçün münasib gündür. Komandada iş çox məhsuldar olacaq, tərəfdaşlarınızın köməyindən istifadə edərək istənilən problemi vaxtında həll edə biləcəksiniz. Keçmiş dostunuzla əlaqələrinizi bərpa edə, yaxud rəğbət bəslədiyiniz biriylə ümumi dil tapa bilərsiniz.

Elektrik alətlər və mürəkkəb mexanizmlərə yaxın durmayın: zədə almaq riskiniz çox yüksəkdir. Səfərə gedə bilərsiniz, amma öncədən onu yaxşıca planlaşdırın. Yalnız uğura arxayın olmayın.

Əqrəb - Təşkilati işləri yoluna qoyun. Təntənəli və əyləncəli tədbirlərin planını hazırlaya bilərsiniz: asudə vaxtı keçirmək üçün orijinal üsullar tapacaqsınız. Eyni zamanda maliyyə vəziyyətiniz də qənaətbəxşdir, müsbət emosiyalar üçün pul sərf etməyə dəyər.

Bəzi məsələləri isə bu gün müzakirə etmək heç lazım deyil: şəxsi əmlaka dair problemləri, əmlak bölgüsünü, vergilərin və ya alimentin ödənilməsini gündəminizdən çıxarın.

Oxatan - Ciddi emosional problemlər yaşayacaqsınız. Özünüzlə bacara bilmirsiniz, yaxın adamlarınız, xüsusən də qadınlar odun üzərinə yağ tökməklə şəraiti daha da gərginləşdirirlər. Onların qeydləri sizə çox acı, yersiz və ədəbsiz görünür. Ümumiyyətlə, heç sizin öz sözlərinizi də nəzakətli adlandırmaq çətindir.

Ev işləri çox vaxt alır. Üstəlik, nə qədər çox adam sizə kömək edirsə, o işi sona çatdırmaq bir o qədər çətin olur. Odur ki, tək işləməyə üstünlük verin, bu, daha səmərəli olacaq. Enerjiniz çoxdur, yorulmaqdan qorxmayın.

Oğlaq - Bu gün yaman mərhəmətlisiniz, kiməsə kömək etmək, xeyriyyəçilik aksiyalarına qatılmaq, sosial problemləri həll etmək həvəsindəsiniz. İctimai və siyasi fəaliyyətə marağınız artır, bu gün bu istiqamətdə öz gücünüzü sınaya bilərsiniz.

Qadınlarla sıx təmaslardan çəkinin. Onların qədərindən artıq emosionallığı sizə gərək deyil.

Kişilərlə ünsiyyət daha xoş və daha məhsuldar olacaq. Mürəkkəb məişət texnikası, kompüter, mobil avadanlıqlar almaq istəyirdinizsə, bu gün belə alış-veriş üçün münasib gündür.

Dolça - Bu gün intuisiyanız sizi darda qoymayacaq. Bəzi Dolçalar isə özlərində ekstrasens qabiliyyətləri aşkar edəcək və buna heyrətlənəcəklər. Unutmayın: bu gün baş verən bütün hadisələrə xüsusi diqqət yetirmək lazımdır. İstənilən xırdalıq hadisələrin sonrakı gedişatına güclü təsir edə bilər.

İnsanlarla ünsiyyət zamanı onlarda xoş təəssürat yaradırsınız. Ziyafətlərdə, kütləvi tədbirlərdə iştirak edə bilərsiniz, bunlar əla keçəcək. Hədiyyə və pul gözləyin.

Balıqlar - Faydalı müzakirələr günüdür. Sizə deyilən hər kəlməni yadda saxlamağa çalışın: bu gün sizə vecsiz, adi görünən məlumat, əslində, çox vacibdir. Şou-biznes və yaradıcılıqla məşğul olan Balıqlar üçün gün xüsusilə uğurludur.

Bu gün alış-verişə çıxın. Al-əlvan, qeyri-adi əşyalara diqqət yetirin, onların hər biri sizin üçün talismana çevrilə bilər. Maliyyə vəziyyətiniz sabitdir.

(səs: 3290)
Şərhlər: 3200
Baxılıb: 81233552
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Gul111
InsaAllah yaxsi olar
23 iyun 2019 22:47
3060
Offline
vipbetul
InsaAllah yaxsi olar
23 iyun 2019 15:56
3059
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Yaxsi olar insallah
23 iyun 2019 10:25
3058
......
Offline
Gul111
Rebbim ozu komek olub sevindirsin
22 iyun 2019 10:26
3057
Offline
diablo
Tərəzi - başladığınız işləri bitirmək üçün kənardan yardımlar gözləməyin. İşdə rəhbərliyin tapşırıqlarının öhdəsindən gəlməyə çalışın. Müstəqil fəaliyyət üçün münasib zamandır. Rəqibləri üstələyərək məqsədə doğru sürətlə irəliləyin.
Günün ikinci yarısında planlarda dəyişikliklər, qrafikdə yenilənmələr ola bilər. Dövlət qurumlarına yollansanız, gözləntiləriniz doğrulmayacaq. Gərəkli məmur yerində olmayacaq.
Axşam saatlarında normal istirahət edin.
22 iyun 2019 10:19
3056
......
Offline
vipbetul
Rebbim ozu komek olub sevindirsin Amin İnsaAllah
22 iyun 2019 10:00
3055
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
GünAy
Qoç bürcüyəm. Yaxşı olar inşallah. Tşk.
21 iyun 2019 18:42
3054
Səni çox sevirəm həyatımın mənası heart
Offline
vipbetul
İnsaAllah Rebbim ozu komek olub sevindirer Amin İnsaAllah
21 iyun 2019 10:06
3053
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Tərəzi - Hadisələrin gedişatı və olayların məcrası indi sizə aydın olsa da, yaşananlar bir anlıq olsa da, narahatlıq yarada bilər. Çünki bütün bunları istəmirdiniz, ehtimal etmirdiniz. Başqalarının inadkarlığı və ambisiyaları ilə əbəs yerə mübarizə aparmayın.
Güzəştə gedin, qüvvənizi sərf etməyin. Emosiyalarla dolu olan günü başa vurun. Qüvvəni və aydın düşünmə qabiliyyətini bərpa etməyin ən yaxşı yolu bir müddət tənha qalmaqdır.
Mövqeləri müdafiə etmək və eyni zamanda sakit həyat tərzinə davam etmək çətindir. Fəqət, hazırda sakitlik daha önəmlidir. Yaxşı təamlar, təmiz hava, yetərincə yatmaq və ətrafdakıların seçiminə dözüm günü problemsiz başa vurmağa imkan verərdi.

Əqrəb - Hadisələrin gərginləşəcəyi, əsəblərin tarıma çəkiləcəyi, işlərdə və hisslərdə qeyri-stabilliyin olacağı gündür. Münasibətlərdə əminlik hiss etmədiyiniz insanla çox açıq və səmimi danışmayın. Günün işləri kimi, hisslərlə əhvalın dəyişməsi də gözlənilməz ola bilər.
Hər şey ani hisslərə əsaslana bilər. Sizə nədənsə xəbər verən işarələrə və nişanlara fikir verin. Emosiyalar burulğanında batmamaq üçün bəlkə də ironik olmalısınız - kim bilir...
Açıq havada gəzinti, əylənmək, istirahət etmək faydalıdır. Hədiyyə dükanlarına baş çəkin, ya da böyük ticarət mərkəzinə yollanın.
21 iyun 2019 09:42
3052
......
Offline
vipbetul
Rebbim ozu rehm edib komek olub sevindirsin Amin İnsaAllah
20 iyun 2019 13:03
3051
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Tərəzi - yaşananları dəqiq qiymətləndirin. Kobud səhvlərin fəsadları çox ağır ola bilər. İllüziyaların əsiri olmayın. Reallığı yanlış dəyərləndirsəniz, işlərinizdə axsamalar və ləngimələr olacaq.
Günün ikinci yarısında təriflərə aldanaraq fəaliyyət tempini aşağı salmayın uğurlar başınızı gicəlləndirməsin. Məqsədləri təftiş edin, daha yüksək səviyyəyə can atın.
20 iyun 2019 06:36
3050
......
Offline
❤Mələyim❤
♋İnşAllah yaxşı olar
20 iyun 2019 05:57
3049
Offline
vipbetul
İnsaAllah Rebbim ozu rehm edib komek olub sevindirer Amin İnsaAllah
19 iyun 2019 12:56
3048
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Tərəzi - rəqiblərinizi üstələmək üçün gərəkli bütün metodlardan və vasitələrdən istifadə edin. Bədxahların məkrini, intriqalarını faş edin. Əks təqdirdə irəliləmək əvəzinə geriləyəcəksiniz. Populyar və məşhur olmaq istəyirsinizsə, yalnız bacarığınıza, zəhmətinizə güvənin.
Günün ikinci yarısında ürəkaçan şəraitdir. Çoxdan reallaşdırmağa çalışdığınız işə başlamaq üçün münasib zamandır.
Ailənizin azyaşlı üzvlərinə xüsusi diqqət ayırın. Onların sevinci sizi də şadlandıracaq. Axşam saatları romantik görüşlər üçün o qədər də əlverişli deyil. Açıq-saçıq geyimli insandan uzaq durun.

Əqrəb - adət etdiyiniz metodlara, vərdiş etdiyiniz sxemlərə çox güvənməyin. Vəziyyət spontan, ani həllər tələb edir. Çevik olun.
Nagahani olayın öhdəsindən gəlmək üçün dostlardan və ya tanışlardan birinin yardımlarına bel bağlaya bilərsiniz.
Günün ikinci yarısında nikbin olun. Ani çətinliklər sizi ruhdan salmasın.
Təcrübənizdən və bilgilərinizdən yararlanmaq üçün əla şanslar yaranıb.
Axşam saatlarında arzulara qapılmayın. Bədxərclik etməyin.
19 iyun 2019 09:56
3047
......
Offline
diablo
Tərəzi - məqsədlərinizi reallaşdırmaq üçün var qüvvənizlə çalışın. Qarşınıza qoyduğunuz hədəfi nə qədər tez "vursanız", bir o qədər yaxşıdır. İmkan olan kimi fəal işləyin. Yorulsanız, dincəlin. İfrat yorğunluqda fəsadlar yoxdur.
Günün ikinci yarısında intellektual fəaliyyət gözlənilən bəhrəni verəcək. Bununla belə, fiziki işləri unutmayın. Yaxınlarınızla ünsiyyətdə yumşaq, güzəştlərə meylli olun.
Sakit, səbrli davranın.

Əqrəb - təhlükəsizlik qaydalarına riayət edin. Ehtiyatlı, təmkinli olun. Soyuqqanlı insan təsiri bağışlamağınız gərəkdir. Yaxşı tanımadığınız insanlarla münasibətlərdə emosiyalara uymayın. Hirslənməyin. İlkin təəssüratlara aldanmayın.
Günün ikinci yarısında istismar olunan fərdə çevrilməyin. Qeyri-adi, çətin, qarışıq situasiyadan çıxış yolu tapmaq üçün çevik olun. Fəndgirlik də istisna deyil.
Sevdiyiniz insanla təmaslarda anlaşılmaz məqamlara aydınlıq gətirmək, bəzi hərəkətlərdəki sualları aradan qaldırmaq üçün üzbəüz söhbətə ehtiyac duyulur.
Burcler sebirli olmagimi teleb edir iyice burclere inanan oldumee08
18 iyun 2019 09:52
3046
......
Offline
vipbetul
İnsaAllah Rebbim ozu rehm edib komek olub sevindirer Amin İnsaAllah
18 iyun 2019 09:46
3045
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
Rebbim ozu komek olub sevindirsi AMin İnsaAllah
17 iyun 2019 11:41
3044
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Gul111
Yaxsi olar insallah allah özü kömək olsun
17 iyun 2019 11:34
3043
Offline
diablo
Yaxsi olar insallah allah özü kömək olsun
17 iyun 2019 07:46
3042
......
Offline
diablo
Artıq dəydim xətrinə
15 iyun 2019 00:07
3041
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri