Nişanlımın yoldaşına aşiq oldum - Qadın oxucumuzdan məktub

Müəllif: NoName
Şərhlər: 24
Baxılıb: 11777
Paylaş:
Səs ver:
(səs: 1)
30 yaşım yenicə tamam olan qadın idim. Adımın gizli qalmasını Qadınlar.biz rəhbərliyindən xahiş etdiyimdən, sağolsunlar xahişimi yerə salmayıb adımı gizli saxladılar.
Tərslikdənmidir, qismətdənmidir bilmirəm... Bugünədək gözəl bir münasibətim olmayıb, olanlar isə 3 ayı keçmirdi ki, sonlanırdı. Əslində evlənmək kimi bir xəyalım yoxuydu, amma üzərimdə ailə təzyiqi çox idi evlənim deyə. Mən sevib ailə quracam ümidi bir evlilik istəyərkən ailəm və ətrafımdakılar "30 yaşdan sonra nə sevgi"? deyə məni sıxışdırırdılar. Xüsusilə anamın bu hala çox üzüldüyünü bilirdim, ancaq yenə də çox məhəl qoymurdum. Bir gün anamın öz otağında ağlayaraq mənim evlənməyim və yaxşı ər tapıb gözəl ailə qurmağım üçün dua etdiyini eşidəndə özümü çox pis hiss etməyə başladım və ətrafımdakı bütün kişilərə "evlənək kişi" gözü ilə yoxlamağa başladım. O an anladım ki, ətrafımda həqiqətən evlənəcəyim bir kişi yox idi. Özüm baxımlı qadınam, "Kişinin qaşı belə olsun, boyu belə olsun" deyə göstəricilərim də yox idi amma yenə də evlənəcəyim birini tapa bilmədim. Bir gün anamın tanıdıqları vasitəsi ilə bir adamla tanış oldum. Aşiq olmamışam ona düzdü, amma pis biri kimi də gəlmədi mənə. Hətta yaxşı biri kimi bildim onu. Üzərimdə o qədər çox təzyiq hiss edirdim ki, heç bir dərinliyə girmədən, xəyalımı mühakimə etmədən, nə istədiyimə əmin olmadan tanış olmağımızdan 3 ay sonra üzük taxdıq yəni nişanlandıq. Təxminən bir 6 ay qədər sonra da toyumuz olacaqdı. Toy hazırlıqları apararkən nişanlımın yaxın dostu (adına şərti olaraq Tofiq deyəcəyəm) ilə tanış olduq. Onu ilk gördüyüm anda ürəyim çox həyəcanlandı, inanılmaz bir hiss bürüdü içimi. Ancaq çox böyük bir məsuliyyət var idi üzərimdə. Nişanlı olmağım. Nişanlımın da mənə çox aşiq olduğunu düşünmürdüm, amma evlilik planları edərkən onu yarı yolda qoymaq ürəyimcə deyildi. Nişanlım, mən və Tofiqin də aralarında olduğu dost mühitindəki görüşlərimiz toya 4 ay qalmış daha da artmağa başladı. O görüşlərdən birində Tofiqin də mənə marağı olduğunu hiss etdim. O, mənim nə sevdiyimi, nəyə allergiyam olduğunu, nələrdən xoşlandığımı o qədər yaxşı izləyib və yadında saxlamışdı ki, onun da məndən xoşlandığını anlamamaq artıq mümkünsüz idi. Mən nişanlımdan ayrılmağa qərar vermişdim artıq. Ancaq bunu ona necə söyləyəcəyimi bilmirdim. Öncə yaxın dostlarımla bu sirrimi bölüşdüm. Onların dəstəyi ilə məsələni anama danışdım. Çox çətin olsa da nişanı atdım. Nişanı atdıqdan sonra Tofiqə onunla görüşmək istədiyimi və ona deyiləsi sözlərimin olduğunu dedim. İlk öncə çəkindi, ancaq sonra razılaşdı. 35 yaşıma gələndə artıq xəyalımdakı sevgi üzərində qurulmuş ailəsi olan bir qadın idim. İndi sevdiyim yoldaşımdan hamiləyəm, Tofiqdən uşağım olacaq. Bu etirafı və məlumatımı sizlərlə ona görə bölüşürəm ki, ailə ailə təzyiqi ilə özünü evlənmək məcburiyyətində hiss edən qadınlar aldanmasınlar. Hisslərinizdən, istəyinizdən əmin olmadan ciddi bir addım atmayın. Həqiqətən o addım insanı çox incidir. Hər kəsə sevgi üzərində qurulmuş xoşbəxt ailə qurmağı arzu edirəm...

Hörmətlə, Qadınlar.biz-in xanım istifadəçilərindən biri...

loading...
(səs: 1)
Şərhlər: 24
Baxılıb: 11777
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
melek_ayka
yaxsi sonluq tsk yazanlara
11 avqust 2016 00:17
24
Offline
MODABAZ
Bes goresen nıwanlısı bılmedı?? Maraqlıdı xowbext ol
10 avqust 2016 15:05
23
Heyata daim gulmek lazimdii
Offline
♥ KaMa ♥
Sitat: Mrs.Kemale
oxumadim hec tskrler 01
10 avqust 2016 09:04
22
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Offline
vipbetul
bes goresen tofiqle kecmis nishanlisi yenede dostdurmu
9 avqust 2016 23:56
21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
SENSİZ
Allah xowbext etsin Kim olduqu menede maraqlidi.
9 avqust 2016 23:45
20
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Baharim ol
Mence her dost bunu elemez.Dostun nisanlisina yan gozle baxmaq.ama yenede heyatdi ne olacagi belli deyil
9 avqust 2016 22:01
19
Ama yenede
Offline
Mrs.Kemale
oxumadim hec tskrler 01
9 avqust 2016 21:42
18
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Offline
Nezka
Şükür sonu yaxşı qurtarıb
9 avqust 2016 21:13
17
İçimi görsən mənə aptek alarsan.
Offline
Ekizlerin mamasi
Yaxsi qutarib yene.x2yanetden milyon defe yaxsidi bele hal
9 avqust 2016 21:08
16
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Offline
aziz a
Qeliz mesele olsada yenede Sevgi baximdan normal qarsilamaq olar!!!
9 avqust 2016 21:00
15
Rebbim kömek olsun cümlemize Amin
Offline
Onun_Mələyi
Sitat: Gülüş.
Sitat: _Gülər_üzlü_
Hmm..maraqli sevgi hekayesdir...kim olduqnu bilmeyi cox isterdim))?

Mende .yenede xosbext ol.istemediyin halda aile qur sonra bosan yadaki coxlari kimi basqasina qosul get ailenin erinin basini.asagi salmaqdansa ziyanin yarisindan donmek lap yaxsidi

Tamamile ile raziyam))
9 avqust 2016 18:48
14
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
___Jasmin___
Bunu yazan q.biz istifadecesidir?
9 avqust 2016 18:33
13


Aşk elbisesi en güzel sende duruyor ama ne acı terzin ben değilim
Offline
Ay_El
sevdiyinz birile aile qurmaginiza sevindim tebrikler
9 avqust 2016 18:31
12
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Offline
qaranliq1
yaxsi olub nisanli olanda tanismisiz yeni toy olmamis ALLAh xosbext etsin
9 avqust 2016 18:28
11
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Online
YalniZ-ArZu
Happy and!)
Ne yaxwiki,niwanlinizin arxasiyca,o oglanla goruwub,daniwmamisiz.Xeyanet etmemisiz ona.Sevdiyiniz biriyle aile qurmaginiza sevindim.Ziyanin yarisinnan donmek ozude bir xeyirdi.Allah xowbext elesin sizi!
9 avqust 2016 18:09
10
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Kölge
Şukur Allaha sizde her şey yaxşi qutarib.amma 99%bele hallarda pis olur sonluq.nişani atir qiz .o biri oglan da deyir ki nolsun sevirsen meni men de seni.sen menim dostumun nişanlisi olmusan men seninle evlene bilmerem
9 avqust 2016 17:16
9
Her şeye gore şukur
Offline
Gülüş.
Sitat: _Gülər_üzlü_
Hmm..maraqli sevgi hekayesdir...kim olduqnu bilmeyi cox isterdim))?

Mende .yenede xosbext ol.istemediyin halda aile qur sonra bosan yadaki coxlari kimi basqasina qosul get ailenin erinin basini.asagi salmaqdansa ziyanin yarisindan donmek lap yaxsidi
9 avqust 2016 16:29
8
Offline
SonSuz SeVGi
Allah daim sizi xoebext elesin.. nece deyerler zererin yarisindan donmek bele kardir
9 avqust 2016 16:28
7
Offline
Fira Deniz
Allah xowbext elesin.
9 avqust 2016 16:23
6
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
Offline
Canavar sevgisi
Aaa burdakiardan biridir.
Esas odur sevgisini tapib
9 avqust 2016 16:22
5
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv