Bu halda vətəndaşlığınızı itirə bilərsiniz - DİQQƏT!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 224
Səs ver:
(səs: 1)
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi halları ilə bağlıdır.

"Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:

1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;

3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;

3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi;

4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 224
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Nura
Maraqli melumatdir bilmirdim
4 iyul 2019 18:50
8
Offline
YalniZ-ArZu
bezileri de deriden qabiqdan cixir buna nail olmaqdan otru. veten xainlerinin hamisi vetendaşligini itirse yaxsidi ele.
29 iyun 2019 20:32
7
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
vipbetul
lazimli bilgidir
28 iyun 2019 09:33
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
❤Ə❤CANAN❤G❤
Melumat ucun tsk
27 iyun 2019 23:08
5
canan qizim sirin seker qizim.
Offline
Marsell
Men yoldaşımın işine göre istiyerem vetendaşlığım itsin çünki senete göre qalmişam yollarda körpeynen
27 iyun 2019 22:56
4
Offline
BakılıQız
O bezi kisicikler vare ozunu qadin kimi edib,instagramda 100 hoqqadan cixanlar. Onlari de silmek lazimdi vetendasliqdan
27 iyun 2019 20:11
3
hahahah Gül və güldür hahahah
Offline
BARBI
Cox sukur bele emeller etmirem.Vetandasligi itirmek insana agir zerbedi
27 iyun 2019 19:23
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
diablo
Melumatlandim maraqli oldu oxumaq tesekkurler
27 iyun 2019 18:20
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri