Ekvayrinq nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 82
Səs ver:
(səs: 0)
Ekvayrinq – bank, ticarət və xidmət obyekti ilə arasındakı əməkdaşlıq nəticəsində satışların həcmini artırmaq və müştəriyə birgə xidmət növüdür. Xidmət ekvayer-banklar, prosessinq mərkəzləri və elektron ödəmə sistemləri tərəfindən göstərilir.

Bank internet-ekvayrinq xidmətinin elektron ödəmə sistemi üzərində üstünlüyü hesablamaların etibarlı olmasındadır. Ödənişlərin xüsusi protokola əsasən həyata keçirilməsinə baxmayaraq, İnternetdə həyata keçirilən hər hansı ödəmə əməliyyatları yüksək dərəcədə fırıldaqçılıq hərəkətləri ilə bağlıdır və bu səbəbdən məlum xidmət bu gün çox inkişaf etməyib və çox da populyar deyil.

Plastik kartlarla nağdsız ödənişlərin sürətlə genişlənməsi ticarət və xidmət müəssisələri üçün satış həcmlərinin artımı, iş yükünün və risklərin isə azalması baxımından yeni imkanlar yaradır.

Bu xidmət sahibkara müştəridən mal və ya xidmət müqabilində nağdsız və müasir hesablaşma vasitəsi kimi plastik kartları almaq imkanı verir.

Öz növbəsində bank:

Ticarət-servis məntəqəsi üçün lazımlı avadanlığın (POS – terminalların) quraşdırılmasını təmin edir.
Kassirləri və müvafiq işçiləri pulsuz təlimləndirir.
POS-terminalların texniki-xidmətini təmin edir.
Müəssisələr üçün üstünlüklər:

Satış həcminin artması – ödəniş kartlarından istifadə edən müştərilər çox vaxt impulsiv satınalmalar edir və nəğd pul ilə ödəniş etdiklərindən orta hesabla daha çox xərcləyir;
Yeni xidmət səviyyəsi və müştərilərə yüksək keyfiyyətli xidmət;
Kassada nəğd pulun azalması sayəsində inkassasiya edilən pulların həcminin və maliyyə riskinin azalması;
Satınalmalar üçün pulun avtomatik olaraq qeyd etdiyiniz müəssisə hesabına yatırılması sayəsində gəlirlərin rahat idarə edilməsi və uçotu;
Şirkətin rəqabət gücünün artması və müştərilər üçün daha geniş hesablaşma imkanlarının təmin edilməsi;
POS-terminalların hazırlanması, quraşdırılması və texniki-xidməti, eləcə də müvafiq işçilərin pulsuz təlimləndirilməsi.
Onu da qeyd edək ki, hazırda plastik bank kartları nağd pul vəsaitləri ilə ciddi rəqabətə girməyə çalışsa da ölkədə hələ də bu istiqamətdəki vəziyyət tam formalaşmayıb. İlk növbədə nəzərə alın ki, üzərinizdə böyük miqdarda nağd pul gəzdirmək təhlükəlidir, burada həm itki həm də oğurluq təhlükəsi vardır. Iki haldan heç birində pullarınızın geri qayıdacağına zəmanət yoxdur. Plastik kart oğurlanarsa və itərsə kartı blok etmək mümkündür.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 82
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
❤Mələyim❤
Mənimki olsa nagd puldu122kart mənlik deyil
20 sentyabr 2019 00:00
2
Offline
BARBI
Plastik kartlar rahatliqdi.Hazirda cox insan istifade edir
19 sentyabr 2019 22:45
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri