Zəif Ərdən Qanunda Bezir.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 935
Səs ver:
(səs: 3)

Fransız kişi arvadının güdazına getdi.

Fransanın Nitsa şəhərinin məhkəməsinin qərarına görə, 51 yaşlı Jan-Lui arvadına 8552 avro məbləğində təzminat ödəməlidir. Səbəb ərin yataqda "ər vəzifəsi"ni yerinə yetirmək istəməməsidir.

Milli.Az xəbər portalı "Le Monde"a istinadən bildirir ki, Fransa Mülki Məcəlləsinin 215-ci maddəsinə görə, ərlə arvad bir yerdə yaşamağı qarşılıqlı şəkildə vəd edirlər və bu, intimual münasibətləri nikahın bir hissəsi qismində ehtiva edir.

Nitsa şəhər məhkəməsinin hakiminin qərarına görə, nikahın dağılmasında başlıca səbəbkar Jan-Luidir.

Lakin sabiq arvad sakitləşmək niyyətində deyil. Qadın 21 illik nikah ərzində ərinin yataqda bir dəfə də "normal kişi" olmadığı üçün 10 min avro əlavə təzminat istəyib.

Jan-Lui zəifliyinin səbəbinin xəstəlik və yorğunluq olduğunu desə də hakim onu dinləmək istəməyib. Eks an Provans şəhərindəki apellyasiya məhkəməsi də qadının tərəfini tutub.


(səs: 3)
Şərhlər: 1
Baxılıb: 2 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri