Qadınların əleyhinə yazılmış qanunlar

Müəllif: emis
Şərhlər: 14
Baxılıb: 1119
Paylaş:
Səs ver:
(səs: 4)
Qadın hüquqlarını müdafiə qrupu "Equality Now” müxtəlif ölkələrdə qadınların əleyhinə yazılmış qanunları toplayıb.

Məsələn, Hindistanda ər arvadını zorlaya bilər. Ölkə qanunvericiliyində belə bir maddə var: "Kişinin yaşı 15-dən aşağı olmayan arvadına qarşı zorla seksual əlaqəyə girməsi və ya zorakı seksual xarakterli hərəkətləri zorlama sayılmır”. Bununla da, Hindistan evlilikdə zorlamanı qanuniləşdirmiş olur.

Belə bir qanun Sinqapurda da qüvvədədir. Sadəcə, orada 13 yaşdan yuxarı olan evli qadına əri tərəfindən zor tətbiq edilməsi zorlanma hesab olunmur. Bahamda isə bu yaş 14-dür.

Malta və Livanda isə qadın qaçırıla bilər. Məsələn, Maltada qadın oğurlanaraq qaçırılırsa və kişi onunla evlənirsə, bu, məqbul hesab edilir. Bu zaman kişiyə qarşı cinayət işi açılmır. Amma gərək qadını qaçıran kişi onunla məhkəmə prosesindən əvvəl evlənmiş olsun. Livanda da buna oxşar qanun layihəsi var. Əgər qadın zorlanar və ya qaçırılarsa, məsuliyyətdən onunla evlənməklə qaçmaq mümkündür. Bu cinayətin baş verməsindən 5 il sonra cütlük ayrılarsa, bu zaman ittiham qaldırıla bilər.

Buna oxşar qanunlar Kosta-Rika, Efiopiya, Qvatemala, Peru və Uruqvayda da qüvvədədir.

Nigeriyada "arvadını islah etmək məqsədi ilə ərin onu döyməsi” zorakılığı qanuniləşdirilib.

Çində isə qadınlar mədən və digər fiziki ağır işlərdə işləyə bilməzlər. Madaqaskarda qadınların gecə vaxtı sənayedə işləməsi qadağandır. Rusiyanın özündə isə qadınlar ağır, təhlükəli və qeyri-sağlam peşədə çalışa bilməzlər. Buraya qatar sürücülüyü, dülgərlik, yanğınsöndürmə, yelkən gəmiçiliyi və başqa sahələr aiddir.

Səudiyyə Ərəbistanı qanunlarına əsasən, qadınlar avtomobil sürə bilməzlər.

Konqo Demokratik Respublikasında "arvad əri ilə yaşamağa məcburdur və ər harada məskən salarsa, arvad onu müşayiət etməlidir”. Bundan əlavə, qadın vətəndaş məhkəməsinə gedə və kişi öhdəliklərini boynuna götürə bilməz. Bu isə o deməkdir ki, arvad öz biznesini qura və digər işləri sərbəst görə bilməz.

1992-ci ildə Yəməndə qəbul olunmuş qanuna görə, arvad ərinə itaət etməlidir. Qadın hətta ərinin icazəsi olmadan evi tərk edə bilməz.

Sudan qanunlarında isə ərin aşağıdakı hüquqları müəyyən edilir:

1. Qadın onun qayğısına qalmalı və itaət etməlidir

2. Qadın ərini və mülkünü qorumalıdır.

Suriyada isə xəyanət edən qadın qətlə yetirilə bilər. 2009-cu ilədək arvadını, bacısını, qızını və anasını xəyanət zamanı yaxalayan kişi onları qətlə yetirib, cəzadan da yayına bilərdi. 2009-cu ildən sonra qanunlar dəyişib – qadın ailə üzvlərini namus üstündə qətlə yetirən kişiyə 5-7 il həbs kəsilir.

Ravvin qanunlarına görə, İsraildə qadın ərindən boşana bilməz. Bu, yalnız kişinin istəyi ola bilər.

Malidə isə boşanan qadının ikinci dəfə ailə qurmasına qarşı sərt təlimat qoyulub. Boşanan qadın yenidən ərə getmək üçün 3 ay gözləməlidir. Dul qadın isə əri öldükdən 4 ay 10 gündən sonra yenidən ərə gedə bilər. Əgər dul qalan qadın hamilədirsə, o, uşaq doğulana qədər ailə həyatı qura bilməz.

İranda qadın yalnız iki kişinin şahidliyi altında ifadə verə bilər.

loading...
(səs: 4)
Şərhlər: 14
Baxılıb: 1119
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Tomris Müslümova
eeey hami qadina zeyif mexluq deyir hec ince mexluq deyen yoxdu
17 mart 2015 13:52
14

Sən sadəcə mənimsən...!
Offline
Catwoman666
Bele baxiram ki her yerde axmaq aglasigmaz qayda qanunlar var(eger bunlara qayda qanun demek olarsa) amma Azerbaycanimizda bele weyler men gormemisem. Ona gore de qurban olum olkemize....qadin haqqlari her zaman qorunmalidir. Azadliq ne exlaqsiz ne de terbiyesiklikdir, qizlar da insan kimi yawamaq isteyir. Bu her bir vetendawin saf huququ qadinlar ne dustaqdir be duwmendir ne quldur..... Qaraqanin repinde deyilir bu sozler. Cpx heqiqete uygundur......(
16 mart 2015 23:54
13
Viking
Offline
ayka
Sitat: tek umidim sen
Qadina qarsi haqsisliga,zorakiliga son!.. mad

ozgecan-lar icin ........................

Sitat: Rapunsel
cox haqsiz qanunlardi
16 mart 2015 23:31
12
İntiqam qoxur ruhum
Offline
sima
ganuna baxeeeee
16 mart 2015 22:41
11
23.09 25.09 melek melek melek
Offline
GünƏşimƏ_AiD_
Səudiyyə Ərəbistanı qanunlarına əsasən, qadınlar avtomobil sürə bilməzlər
o keyf elesin oqlanlar. dx ne yaxsiye .puah. dash_mini bu desetdiyee..uy uy ne yaxsi Azerbaycanda yasiyiramee.
16 mart 2015 21:40
10
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
vipbetul
dehsetlidi esl qadin huquqlarinin tapdandiqi yerlerdi
16 mart 2015 19:22
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
roksi1995
yox daha neler
16 mart 2015 17:17
8
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Offline
tek umidim sen
Qadina qarsi haqsisliga,zorakiliga son!.. mad
16 mart 2015 14:17
7
Ne mutlu TÜRK'üm diyene!...
Offline
guler19
Bəzi yerlərdə kişinin qadınında qarşı nəzakətli davranışı zəiflik, qadına tabeçilik olaraq dəyərləndirildiyi üçün yaxşı davranışlar həmişə qadınlardan gözlənmiş; sərtlik, kobudluq və özbaşına buyuruq olma kişilərin təbii haqqı kimi sayılmışdır. Halbuki İslamiyyət kişilərin qadınlarına qarşı anlayışlı, nəvazişli olmalarını, kobud və sərt davranışdan qaçmağını istəmişdir! Dinimizde RƏBBİM qadınlarımıza boyuk deyer verir. Belə qanunlar dinimizden hec vaxt ustun ola bilməz Bu qaydalara eməl edən olkeleride gorruk olkə demək olarsa olara.
16 mart 2015 13:08
6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
Miss_Oxatan
Dunyada belkede Hindistan qeder qadinlari alcaldan ikinci olke yoxdu.Ezelden orda qadinlara xor baxiblar.duzdu muselman olkelerinde de bu movcuddur hetta indi de,en pisi de odur ki,Islam dini bele buyurub deyerek yalana ve wekke el ataraq oz iyrenc emellerini heyata kecirirler.Bizde de var indi de ele aileler ele bil qebile rejimidir.heqiqetende sanki ibtidai icma quruluwunda yawiyirlar,inkiwaf etmirler,qizlarini mekteb yawindan oxutmadan ere verirler.Bunlarin hamisi "patriarx" rejimin neticesidir.Esline qalsa biz qadinlardadi gunah,ele deyirik qadin kiwi huququ dovlet qanunlari cercivesinde eynidir ancaq kiwini ilahilewdirende ozumuzuk.Men bunu deyende ilk defe gulurler sonra fikirlewende duz deyirsen deyirler.men ne menada deyirem kiwini ilahilewdiririk.Hamimiz omrumuzde ozumuz demesekde ailede mutleq bu sozu ewitmiwik.kimse kimese haqsizliq edende deyir Eybi yox men dozurem ama O KIWI gorur.Estexfurullah,Allaha cinsiyyet olcurler.Demek kiwiler o qeder ustun hesab edilmye layiqdir ki Allaha muracietde de Kiwi deyirik?Hamimizi yaradan,cinsiyyete ayiran Allahdir,bu hokme Allah sahibdir,biz qullar kimikki Allaha Oz yaratdigi cinsiyyet ile muraciet edek.Huquqlarimizin eyni oldugunu cahana subut etmek ucun birinci bu sou tergitmeliyik.
16 mart 2015 10:13
5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
BARBI
Demek olarki qadinlara zorakiliq heddinen artiq coxalib qadini doyub bunnan zowq alan onu zorlayan kisilerden basqa ne qanun gozleye bilersen kisilere nece serf edir ele qanun cixarirlar
16 mart 2015 09:41
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Göründüyü kimi qadın hüquqları bir çox ölkələrdə pozulur və qadınlar şiddətə məruz qalır. Hindistan və Sinqapurdakı adətlər cəfəngiyyatdan başqa bir şey deyil, necə 13 - 14 yaşlı qız uşağına zorakılıq etmək olar və buna hələ ölkə də icazə verir , bunlar sadəcə düşüncə tərzi olmayan cahil adamlardı...Hələ Nigeriya ərin arvadı döyməsi qanuniləşdirilib sadəcə qadınlara qarşı vəhşiləşmə gedir həmin ölkələrdə...
16 mart 2015 09:24
3
Offline
efsane..
bezileri hec qebul edilmezdi utanmazcasina bunu qanunide edirler
16 mart 2015 07:42
2
Offline
aziz a
1ci qanunu hetta hindliler oz seriallarindada eks etdirmisdiler, yadinizdadirsa Amacinin ikinci oglu var,(adi yadimda deyil)o oz yoldasina bele bir hereket etmisdi( duzdu o serialda qanun deye bir sey yox idi.)
Asagidakilar hamisi Mali qanunlarinda qeyd olunanlar bizim dinimizdede buyrulub..
Bezileri dogurdanda yersiz qanunlardi....qadin zorakiligina bir bas serait yaradir....
16 mart 2015 06:02
1
Rebbim kömek olsun cümlemize Amin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv