Dinimizin heyvanlara verdiyi haqları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 195
Səs ver:
(səs: 2)
Həyat haqqı: Hər bir canlı kimi heyvanların da yaşamaq haqqı vardır. Hər varlıq yaradılış məqsədinə uyğun istifadə edilməlidir. Bir canlı insan həyatının davam etməsi üçün yaradılmışsa, o vəzifəni yerinə yetirməlidir. İnsan ondan (ətindən, südündən, yunundan və s.) istifadə edəndə həyatına son qoyma haqqına sahibdir. "(Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın möhtərəm etdiyi cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” Ayədə "cana qıymayın” ifadəsi daha çox insan həyatı kimi təfsir edilsə də, "Ənam” surəsində keçdiyinə görə, heyvanlara da aid etmək olar. Peyğəmbərimiz də bir hədisində belə buyurur: "Kim bir quşu boş yerə öldürərsə, o quşun səsi ərşin ətrafını bürüyər və qiyamət günü məhşərə gəlib belə deyər: "Ey Rəbbim! Filankəs məni faydalanmaq üçün deyil,  lüzumsuz  yerə öldürdü!”

Bir başqa hədisdə isə bunu görürük: "Canı olan heç bir canlını nişangah etməyin”.[10] Cabir ibn Abdullah bu hədisi rəvayət edir: "Allah Rəsulu (s.a.s.) heyvanlardan hansı olur-olsun, "sabran” öldürməyi qadağan etdi”.  "Sabran” öldürmək heyvanı bir yerə bağlayıb nişangaha çevirməkdir. Buna görə də canlı heyvanları atış təlimlərində nişan kimi istifadə etmək olmaz. Bu, heyvana əziyyət verməklə yanaşı, eyni zamanda ətinin yararsız hala düşməsinə də səbəb olur. Çünki bəzi hədislər bu cür heyvaların ətinin yeyilməsini qadağan etmişdir.

Canlı heyvanı bağlayıb nişangah kimi istifadə etmək  bir çox fəsadları ilə yanaşı, mərhəmət hissini də zəiflədir. Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz Həzrət Məhəmməd onu qadağan etməyə bilməzdi.

Həzrət Üsamə ordunu döyüşə apararkən xəlifə Həzrət Əbu Bəkir əsgərlərə bu nəsihəti vermişdi: "Mən sizə bu on şeyi tövsiyə edirəm: Günahsız qadınları, kiçik uşaqları, yaşlıları öldürməyin, meyvə verən ağacları kəsməyin, evləri dağıtmayın, qoyun, keçi və dəvələri başqa məqsədlə deyil, ancaq yemək üçün kəsin, xurma ağaclarını kəsib yandırmayın və ələ keçirdiyiniz malları mənimsəməyin”.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 195
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri