Hüquq norması

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 633
Səs ver:
(səs: 0)
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır.

Hüquq normalarının əlamətləri
Hüquq normalarının aşağıdakı əlamətləri var:
insanların davranışını tənzimləyir.
ümumi xarakter daşıyır.
dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir.
rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir.
sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər.

Hüquq normalarının quruluşu
Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur:
Hipotez (əgər...) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilisə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi. Təqsirlizlik prezumsiyası və.s
Dispozisiya (yəni...) — konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. Məsələn, ərizə ilə dövlət orqanına müraciət edilməsinin qaydası.

Dispozisiyanın aşağıdakı növləri var:
səlahiyyətverici — konkret hərəkətin edilməsi, edilməməsi səlahiyyəti verilir.
qadağanedici — konkret hərəkətin edilməsi, edilməməsi qadağan edilir.
vəzifə müəyyənedici — konkret hərəkətin edilməsi, edilməməsi vəzifə kimi subyektin üzərinə qoyulur.
Sanskiya (o halda...) — Hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur.
Həmişə bütün hüquq normalarda hər üç element olmur. Məsələn, Konstitusiyanın normalarda yalnız hipoteza və dispozisiya olur.

Hüquq normalarının növləri
Hüquqi qüvvəsinə görə — konstitusiya normaları, qanun normaları və.s
Hüququn sahələrinə görə — mülki hüquq normaları, cinayət hüquq normaları, əmək hüquq normaları və.s
İcra edilməsi tələbinə görə
İmperativ — konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir.
Dispozitiv — subyektlərə digər davranış imkanlarıda verir. Məsələn mülki hüquqda qanuna zidd olmayan müddəların müqaviləyə daxil edilməsi.
Davranışın xarakterinə görə — Səlahiyyət verici, qadağan edici, vəzifə müəyyənedici;
Tədbiq edildiyi subyetlərin dairəsinə görə — ümumi və ya müəyyən ərazi, müəyyən kateqoriya şəxslər üçün tətbiqi nəzərdə tutulmuş normalar.
Qüvvədə olma müddətinə görə — müddətsiz və müvvəqəti normalar
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 633
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri