CV doldurma qaydası

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 2 731
Səs ver:
(səs: 1)
CV (curriculum vitae) – işə düzəlmək üçün lazım olan bir vasitədir. Özünə hörmət edən heç bir şirkət bu formanı doldurmamış heç kəsi işə qəbul etmir. Düzgün doldurulan cv yeni işə qəbul olmaqda sizə çox kömək edə bilər. Bəs, cv – nı düzgün necə doldurmaq lazımdır vəhansı qaydalara əməl olunmalıdır? Aşağıdakı qaydala əməl etsəz, istənilən şirkət sizi öz sıralarında görməyə şad olacaq:Cv-nı doldurarkən özünüzü reklam etməyə çalışın.Cv-də şəxsi bioqrafiyanızı deyil, professional bioqrafik məlumatlarınızı daxil edin. Yəni ancaqişlə əlaqli məlumatlar cv-də əksini tapsın.Xarici şirkətə işlə bağlı müraciət etmək istəyirsinizsə, cv-ni ingilis və rus dillərində tərtib edin. Ümumiyyətlə, cv-nın nüsxəsini 3 dildə: Azərbaycan, Rus İngilis dildə həmişə hazır formada saxlayın.Çalışın cv-ı 2 səhifə olsun. Alınmırsa maksimum 3 səhifəyə sığışdırın. Məlumat çox olduqda digər səhifələri oxumurlar.Adınızı, Soyadınızı, yaşınızı, yaşadığınız ünvanı, əlaqə vasitələrinivə elektron poçt ünvanınızı düzgün daxil edin. Əks halda sizinlə əlaqə saxlamaq mümkün olmayacaq.CV-da şəkilin olması vacıbdir. Şəkildə elə görsənməlisiniz ki, ona baxanın ürəyi açılsın. Şəkili peşəkar fotoqrafa çəkdirin (mütləq).Təhsil bölməsinə qətiyyən oxuduğunuz orta məktəbi daxil etməyin. Yalnız bitirdiyiniz və ya hal-hazırda təhsilinizi davam etdirdiyiniz Universitet və ya Peşə məktəbinin adını daxil edin. Çünki, işəgötürən üçün sizin ixtisasınıza uyğunbitirdiyiniz təhsil ocağı daha vacıbdir.Kurslar bölməsində ixtisasınıza uyğun aldığınız sertifikatlar və diplomların olması sizə çox kömək edə bilər. Əgər təsadüfən Beynəlxalq dərəcəli sertifikatlarınız varsa, o sizin işə qəbul olma şansınızı 2 dəfə artıra bilər.Kompüter bilikləri müasir dövr üçün bilinməsi vacib olan məsələdir. Demək olar ki, 97% müəssisədə işçilər kompüterlə işləyirlər. Bu amili mütləq nəzərə alın. Kompyüterlə işləməyi minimum səviyyədə bacarmalısınız. Bu bölməyə işləməyi bacardığınız proqramları daxil edin. Başqa bildiyiniz proqramlar varsa, onları da daxil edin. Hər halda əlavə proqramların ziyanı olmaz. Amma qətiyən musiqi qulaq asmaq üçün proqramların adını daxil etməyin (sizə qeyri-ciddi adam kimi baxarlar).Bildiyiniz dillər böməsində öz doğma dilinizdən savayı minimum 1 və ya 2 dilbilməlisiniz. Azərbaycanda işə düzəlirsinizsə, Rus və İngilis dillərini bilmək vacibdir. Öz təcrübəmdən bilirəm ki, dili bilməyən insan nəinki işə qəbul olmaqda çətinlik çəkir, hətta qəbul olunduqdan sonra belə karyerasında irəliyə gedə bilmir.İş təcrübəsi bölməsində işlədiyiniz firma v təşkilatların adlarını və hansıvəzifədə işlədiyinizi daxil edin. Əgər bir və daha çox firmada işləyibsinizsə, onları ardıcıllıqla sadalayın. Bir iş yerində 1 il və daha çox işləyibsinizsə, bu sizin üçün üstünlük ola bilər. Qeyd etmək lazımdır ki, işə götürənin əsas fikir verdiyi məhz bu bölmədir.İş təcrübəsi olmayanlar isə təhsil, kurs, kompüter bilikləri və dillər bölməsini məhsuliyyətlə doldursun. Bu tip cv doldurarkən bu bölmələr həlledici rol oynayır.Hobbi və ya sevimli məşğuliyyətlər bölməsində ixtisasınıza uyğun məşğuliyyət növlərini daxil edin.Ümumiyyətlə cv-nı dolğun tərtib edin, çalışın ki səhvlər olmasın və səliqəli görünsün. Sizə aşağıda hazır cv formalarını yükləmək üçün linklər təqdimedirəm. Buyurun istifadə edin. Sizə uğurlar!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 731
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri