Hansı peşələr bizi depressiyaya salır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 100
Səs ver:
(səs: 0)

Hansı peşələr bizi depressiyaya salır?

Hər nə qədər hər işin özünə xas çətinliyi və stressi olsa da, bəzi peşələrin digərlərindən daha çox məsuliyyət tələb etdiyi və o peşəni icra edənləri depressiyaya daha meylli hala gətirdiyi bir reallıqdır. Ən çox hansı peəşələrin depressiyaya səbəb olduğunu bilmək istəyirsinizsə, aşağıdakıları diqqətlə oxuyun.
Tibb işçiləri
Həkimlər, tibb bacıları və sağlamlıq sahəsində işləyən digər mütəxəsislər, insanların sağlamlıqları üçün çalışarkən, özlərini unudur. Uzun və nizamsız iş saatları, növbələr, hər gün xəstəlik, zədə, ölümlə qarşılaşma və xəstələrini gözləyən ailələrlə ünsiyyət... Bu kimi vəziyyətlər tibb işçilərini dünyanın çətin bir yer olduğu düşüncəsinə sövq edə  və depressiyaya yaxınlaşdıra bilər.
Dayələr
ABŞ-da bu sahədə işləyən kəslərin təxminən 11/100 depressiyada olduğu müəyyən edilib. Yemək yedirmək, duş qəbul etdirmək kimi işləri yerinə yetirən: xəstə, uşaq ya da bu işləri özü edə bilməyəcək insanların baxımını boynuna götürənlər daha çox depressiya düşür. Davamlı xəstə insanları görmək, bu peşədəki kəslərdə mənfi duyğuları aşkar çıxarır.
Jurnalistlər
Aktual xəbərlər arxasınca qaçmağı tələb edən müxbirlik, dünyanın ən stressli peşələrindən biridir. Jurnalistika, nizamsız şəkildə işləməyi, yəni, hər an ölkədə hanısa hadisə baş verə bilər və hər zaman iş başında olmalıdır. Ölüm, xəstəlik, qəza, şiddət, yoxsulluq kimi həyatda olan hər növ çətinliklərlə qarşılaşmağı tələb edir. Mənəvi cəhətdən insana ən çox əzab verən peşələrdəndir.
İctimai işçilər
İstismara məruz qalmış, ailələriylə çətinlik yaşayan uşaqlar və.s çətinliklər çox stressli bir vəziyyətdir. Çarəsiz, köməyə ehtiyacı olan insanlarla işləmək ruhi cəhətdən çətinlik çəkməsinə səbəb olur. Onların əzablarını görmək stressli hala salır.
Sənətçilər, əyləncə sektorunda işləyənlər
Bu peşələr ümumiyyətlə nizamsız gəlir əldə etmək mənasını verir. Yəni sabit maaş yoxdur. İş saatları da nizamsızdır. Yaradıcı insanlarda ruhi pozğunluq səviyyəsinin yüksək olduğu təsbit edilib. ABŞ-da bu sahədə işləyənlərin yüzdə 9-nun depressiyaya meyilli olduqları hesab edilir.
Müəllimlər
Təhsil, yığılmış tapşırıqlara nəzarət etmək, imtahan kağızlarını oxumaq bu kimi işləri görən müəllimlik peşəsi, bir çox uşaqla və onların ailələriylə həmsöhbət olmaq tələb etdiyindən stressli işdir. Ailədə ana, yanında müəllimlər; uşaqlar, ailələri və məktəb rəhbərliyinə qarşı digər məsuliyyətlərini də yerinə yetirmək məcburiyyətində olduqlarından çətinliklərlə qarşılaşır və bu da ruhi vəziyyətləri üzərində mənfi təsir buraxır.
Maliyyə işçiləri
Özünə aid olmayan pulu, həm də minlərlə, milyonlarla ya da daha çoxunu idarə etmək, böyük məsuliyyət tələb edir. Hesabın düzgün olmaması, ya da başqaları üçün idarə olunan sərmayənin itkisi kimi riskli vəziyyətlər bu sahədə işləyənlər üçün stressə səbəb olur və depressiyaya salır.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 100
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri