İş təkliflərindən necə imtina etməli?

Müəllif: diablo
Şərhlər: 3
Baxılıb: 378
Səs ver:
(səs: 0)
Vakansiya sizə uyğun gəlmir, işəgötürənin təklifindən imtina etməyi qərara almısınız, ancaq körpüləri yandırmaq istəmirsiniz. Bu xəbəri necə düzgün şəkildə bildirmək lazım olduğunu bilmək istəyirsinizsə, bu yazını sona qədər oxumağı tövsiyə edirik.

Kiməsə rədd cavabı vermək asan iş deyil, odur ki, bunu tez bir zamanda etməlisiniz və cavabı gecikdirməməlisiniz. Beləliklə, həm siz daha az stress keçirdəcəksiniz, həm də rekruter sizdən cavab gözləmək əvəzinə yeni namizəd axtarmağa başlayacaq. Hər ikinizin vaxtına qənaət etmiş olacaqsınız. İnanın, tez və aydın bir cavab meneceri məmnun edəcək.

Rədd cavabı verməyin ən geniş yayılmış üsulu elektron poçtla məktub göndərməkdir. Peşəkar olun, qısaca və mahiyyətə uyğun yazın, nəzakət qaydalarını da unutmayın: təklif üçün səmimi təşəkkürünüzü bildirin, namizəd axtarışında müvəffəqiyyət arzulayın.

İşəgötürənlə münasibəti korlamamaq və gələcəkdə bu şirkətdə ürəyinizcə olan bir vakansiyaya iddia edə bilmək üçün bu qaydalara əməl edin:

Rekruteri aldatmayın
Dünya balacadır, çox güman ki, HR-menecer həmkarları ilə əlaqə saxlayır. İmtinanın səbəbləri barədə yalan danışsanız, nə vaxtsa ortaya çıxacaq. Boş yerə nüfuzunuza xələl gətirməyin. Dürüst və açıq bir insan kimi yadda qalın, bu, bəhanələr uydurmaqdan daha yüksək qiymətləndirilir

Lazımsız detallara girməyin
İşəgötürənin imtina etməyinizin bütün səbəblərini bilməyi lazım deyil, yalnız ən əsas səbəbi qeyd edin. Qərarınızın qəti olduğunu HR-mütəxəssisə bildirin. Beləliklə, özünüzün və menecerin zamanını israf etməzsiniz.

Təşəkkürünüzü bildirin
İş təklifinə görə təşəkkür etməyi unutmayın. Adi təşəkkür belə şirkətə hörmət etdiyinizi göstərir. İlk baxışdan xırdalıq kimi görünsə belə bu addım sizi digər namizədlərdən fərqləndirəcək və imtina məktubu yazmış olsanız da sizin barənizdə xoş təəssürat yaradacaq. İşəgötürən şirkətə olan yaxşı münasibətinizi xatırlayacaq və gələcəkdə onunla yenidən qarşılaşsanız, sizə qarşı daha yaxşı mövqedə olacaq.

Bəzən zəng etmək daha yaxşıdır
Əvvəllər işəgötürənlə yalnız telefonla əlaqə yaratmısınızsa, onda poçt vasitəsilə rədd cavabı vermək çox yersiz alınacaq. İstənilən vəziyyətdə peşəkarlığını qorumaq lazımdır. Zəng edərək HR-menecerə işdən imtina barədə bildirsəniz, o, bunu daha yaxşı qəbul edəcək. Üstəlik, səsiniz minnətdarlığınızı və ya təəssüf hissinizi daha gözəl ifadə etməyə kömək edəcək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 378
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
_Tək_ İL_
Ömrümdə bircə dəfə iş təklifi aldım və Şükür Allaha işimdən məmnunam. Rədd etmək üçün bir çox səbəb olur. Gözəl xəbərdir təşəkkür can.
15 aprel 2020 23:26
3
Dəli ^_^
BARBI
Eh bele seyler ola biler.Is size uygun deyilse redd etmek en yaxsisidir
15 aprel 2020 15:18
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Bawima gelib bir defe.her ne qeder nezaketli wekilde imtina etmek cehdleri etsemde axirda bir azciq hundur ses tonuyla daniwmaga mecbur etmiwdiler sagolmuwlar)))
15 aprel 2020 14:35
1
#flatearth

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri