İş görüşünə necə geyinilməlidir?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 092
Səs ver:
(səs: 0)
Təhsiliniz, qabiliyyətləriniz və təcrübələriniz necə olursa olsun, iş görüşməsinə gedərkən doğru paltarı seçmək işi almanızı təmin edəcək ən əhəmiyyətli faktorlardan biridir…
İş görüşməsində paltarlarınızla çox klassik bir görünüş yaratmamalı, ancaq çox idman bir paltarla da ciddi omayan biri kimi görünməməlisiniz. Bunun yanında iş görüşməsinə gedərkən seçəcəyiniz paltarların rənglərinə də diqqət etməlisiniz. Paltarınızın rəngi qarşı tərəfin sizin haqqınızdakı düşüncələrini təsir edən bir detaldır.
İş görüşməsinə gedərkən paltar seçimində bunlara mütləq diqqət etməlisiniz:
Paltar seçimində  iş görüşməsinə gedəcəyiniz işin sektoru və iş şəkli əhəmiyyətlidir. Məsələn, maliyyə sektorusudursa və sektorunuzla əlaqədar bir iş görüşməsinə gedirsinizsə, rəsmi bir tərz seçim etməyiniz lazımdır. Yaradıcılıq tələb edən bir iş üçün görüşümə edəcəksinizsə daha idman tərzli seçim edə bilərsiniz. Ancaq geyiminiz qətiliklə ciddilikdən kənara çıxmamaq şərti ilə.
İş görüşmələrində bağlı ayaqqabılar seçməlisiniz. Ucu açıq ayaqqabı və başmaqlar ya da corabsız geyilmiş ayaqqabılar haqqınızda mənfi təəssürat oyandıra bilər.
Makiyaj edərkən həddindən artığa qaçmaq da mənfi qəbul yaradan ünsürlərdən biridir.  Makiyajınızı yüngül ancaq sizi baxımlı göstərəcək şəkildə etməlisiniz.
Kişilər kostyumlarının təmiz və ütülü görünməsinə mütləq diqqət etirməlidir. Baxımsız bir sıra paltar, idman bir paltardan daha mənfi təəssürat yarada bilər.
İş görüşməsinə gedərkən geyiniləcək paltarların dekoltəsi də həddindən artığa qaçmamalıdır. Dərin bir sinə dekoltəsi ya da çox qısa bir ətək həm qarşı tərəfdə qəbul dağınıqlığı yarada bilər həm də ciddiliksiz görünməsinə səbəb ola bilər. Kalqotkayla geyinilsə belə ya da klassik bir parçadan olsa da şort geyinməyi qətiliklə düşünməyin.
Yüngül bir ətir qoxusu gözəldir, ancaq bütün otağı bürüyəcək dərəcədə  bir ətir istifadə etmək zövqsüz görünmənizə səbəb ola bilər.
Paltarınızın rəngi də qarşı tərəfin qəbulunda dəyişikliklər yarada bilər. Boz və mavinin tonları ilə qara və ağ uyğunlaşması zadəgan bir görünüş yarada bilər. Qara şalvar ya da ətəyin üzərinə ağ köynək və üzərinə tünd qırmızı pencək də gözəl bir kombinasiya ola bilər.
Ağ, təmiz və diqqətli bir görünüş yaratdığı üçün iş görüşməsində ən çox seçilməsi lazım olan rəngdir. Bunların yanında boz və mavinin tonları da yenə seçim edə biləcəyiniz rənglər arasındadır.
Unutmayın, ikinci görüşməyə çağırıldığınızda qətiliklə ilk görüşmədə geyindiklərinizdən fərqli paltarlar seçin.

 Bol şanslar!

/Mənbə: Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri