İşdə Seks-Məhəbbət Macərası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 9 297
Səs ver:
(səs: 2)

 

İş kollektivinizdə kişilər çoxdur? Və ya vəzifə borcunuzu yerinə yetirmək səbəbilə əks cinsin  nümayəndələrilə tez-tez görüşürsünüz? Diqqətli olun!!! Menecerlərin, iş portnyorlarının da qanında testosteron var.

Müdiriniz, işçiniz və ya portnyorunuz sizə qeyri profisional maraq göstərdiyindən şübhələnirsiniz və bundan əmin deyilsiz? Onda bu məqalədə yazılanları oxuyun və əminəm ki oxuduqdan sonra özünüz bunun həqiqət olub olmamasına əmin olacaqsınız. Kolleqalarınızdan şübhələnməyinizdə sizi haqlı çıxardan səbəbləri Qadınlar.Biz saytı olaraq sizlərə təqdim edirk:

  • İş görüşlərini ya səhər erkənə, ya da işdən sonraya, hələ heç kim işə gəlməmişdən, ya da hamı gedəndən sonraya təyin edirsə və sizinlə təklikdə rahatca görüşməyə can atırsa;

  • Sizin sevdiyiniz şəxsin olub-olmadığı, nə qədər vaxtı bir yerdə olduğunuz haqda maraqlanırsa;

  • Heç bir səbəb olmadan iş haqqında ofisdən kənar şəraitə (məsələn, restoranda, kafedə və.s kimi məkanlarda) danışmağa dəvət edirsə;

  • Tez-tez təsadüfən sizə toxunursa və ya sizi gözləri ilə soyundurursa;

  • Sizinlə işgüzar deyil, şəxsi xarakterdə problemləri müzakirə edirsə;

  • Xüsusi gərək olmadan iş görüşünü uzadırsa və hətta söhbəti evə gedərkən yolda, onun maşınında müzakirə etməyi təklif edirsə;

  • Onun yanında sizin pul ödəməyinizə icazə vermirsə;

  • Səbəbsiz olaraq sizə hədiyyə (bahalı olmaya da bilər) verirsə;

  • Sizinlə seksual mövzuda zarafatlar edirsə;

  • Sizin işdə yüksəlməyinizə yolun onun yatağından keçdiyinə işarə edirsə;

Əgər siz bunun həqiqi məhəbbət olduğunu düşünürsünüzsə və xoşbəxt iş romanı yaşamaq istəyirsinizsə onda….
Susun. Əgər siz sevgilinizə ( yəni iş yoldaşınıza) hər yarımsaatdan zəng etsəniz, sizin romanınızı gizli saxlamaq qeyri-münkün olacaq.

Çalışın öz vəzifə borcunuzu dəqiq yerinə yetirin. Əgər müdiriniz sizi hamının yanında danlasa, sevgiliniz seçim qarşısında qalacaq ki, sussun yoxsa tərəfinizi saxlasın. Bundan əlavə axı siz istəyirsiniz ki, o sizə hörmət etsin.


Dostluq edin. Çünki, iş romanında romantik cəzbetmədən çox , dostluq hissləri dominantlıq etməlidir. İlk növbədə ən yaxşı dost olmağa çalışın, nəinki sevgili. Bunu etmənizə əsas səbəb odur ki, əgər birdən eşq macəranız bitsə, iş yerinizi dəyişməyə ehtiyac qalmasın.

Yox əgər sizə maraq göstərən kolleqanızı sevmirsinizsə və onun sizinlə əyləndiyini düşünürsünüzsə onda ehtiyyatlı olun. Çünki ölkəmizdə və dünyada seksual təcavüzə məruz qalan qadınların sayı heç də az deyil. Lakin onlar ictimai qınaq qorxusundan bu barədə lazımi orqanlara müraciət etmirlər.

Azərbaycanda seksual zorakılıq haqqında araşdırma apardım və bir çox məlumatlar əldə etdim. Cinayət Məcəlləsinin 150-ci "Seksual xarakterli zorakılıq hərəkətləri” maddəsinə görə, zorakını 3 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası və 151-ci "Seksual xarakterli hərəkərlərə məcbur etmə” maddəsinə əsasən, 3 il azadlıqdan məhrumetmə cəzası gözləyir.


Təcavüzə məruz qalındığı halda müvafiq orqanlara müraciət etmək lazımdır. Müraciətdən sonra bu halın xarakterini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunur. İşin əsası müəyyənləşir və əgər təcavüz olunubsa bunu sübut etmək çətin deyil. Məhkəmədə siz özünüzü təcavüzün izlərini təqdim etməklə müdafiə edə bilərsiniz. Cırılmış paltar, qançır izləri, audioyazı dolayısı sübutdur.

Azərbaycanda seksual xarakterdə açılan cinayət işləri çox azdır. Bütün ölkə üzrə ildə 10 maksimum 15. Xatırladım ki, zorakını da məhkum etmək müşkül məsələdir. Ona görə də vəkillər və psixoloqlarməsləhət görürlər ki, müdir tərəfindən nəsə hiss edən kimi müqavimət göstərsinlər. Şübhəli təklifləri rədd edin, ədəbsiz işarətlərin qarşısını alın.


Sizə qarşı olan haqsızlığa SUSMAYIN. Unutmayın SÖZ İQNORDAN DAHA GÜCLÜ SİLAHDIR.

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 9 297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri