Yaxşı bir lider olmanın qızıl qaydaları

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 936
Səs ver:
(səs: 1)
Gələcəyiniz üçün hazırlayın: Karier səfəriniz əsnasında, bir çox liderlik qabiliyyəti öyrənəcəksiniz, aşağıdakı tövsiyələr də karierinə sürətli bir başlanğıc etmənizi təmin edəcək.

İstəkli olduğunuzu göstərin: Fərdi enerji yoluxucu bir şeydir. Edilən iş nə olursa olsun, o işə qarşı istəkli olduğunuzu göstərin. Digər insanlar bunu gördüyündə onlar da işlərində istəkli olmağa başlayacaqlar.

Optimizm yaradın: İşyerində mənfilik, dağıdıcı təsirlər/təsir edər yarada bilər. Məsələn müdiriniz, bir proyektdəki səhvi deyil, sizdən gələcək həll təklifini eşitmək istər.

Yeniliklərə açıq olun: Yeniliklərə etiraz etsəniz, iş həyatınızda müvəffəqiyyətli ola bilməzsiniz. Məsələn yeni bir proyektə könüllü olun və dəyişmə üçün digər iş yoldaşlarınıza qabaqcıl olun.

Komanda işinə uyğun olun: İndiki vaxtda şirkətlər az qaynaqla çox iş etmək məcburiyyətində qaldıqları üçün komanda işlərinə çox əhəmiyyət verməyə başladılar. Tək başınıza işləməkdə israr edib, başqalarını nəzarət etsəniz, karier səfərinizdə çətinlik çəkərsiniz.

Bir Liderin Vəzifələri Nələrdir

- Bir proyektdə liderlik etməniz lazım olduğunda, özünüzə yeni xüsusiyyətlər əlavə etməlisiniz.

- Mümkün olduğunca işləmənizə səlahiyyətlər verin. Proyektlərinizi, doğru kəslərə verdiyinizdən əmin olun.

- Özünüzü işinizə həsr etmək, liderlik vəzifənizin ən əhəmiyyətli qisimidir. 8 saat işləmək, bir işə özünüzü həsr etdiyinizi göstərməz. İşinizə və özünüzü inkişaf etdirməyə bir gün içərisində minimum 12 saat ayırın.

- Sizin xüsusiyyətlərinizi tamamlayan işləyənləri işə götürün. Sizə bənzəyən işçilər götürdüyünüzdə, müvəffəqiyyətlərinizi məhdudlaşdırmış olarsınız. Bacarıqlarınızdan fərqli bacarıqlara sahib olan işçiləri işə götürsəniz, hədəfinizə daha asan çatarsınız.

- Bu işi edən yoldaşlarınızdan təklif alın. Bir proyektdə ilk dəfə liderlik etdikdə, hər şeyi bilə bilməzsən. Bu işdə ən müvəffəqiyyətli olan yoldaşlarınıza, bu işdə necə müvəffəqiyyətli olduqlarını soruşun.

- İşləyənləriniz yanında olun. Onlara nə qədər güvəndiyinizi göstərin.
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 936
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri