İş tapa bilməyənlərin etməsi lazım olanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 966
Səs ver:
(səs: 5)
İş axtarışı müddətində "Ya iş tapa bilməsəm?", "Niyə kimsə qəbul etmir məni?" qorxuları baş göstərə bilər. Bu qorxularla necə baş edə biləcəyinizi bilməlisiniz.
İş axtarış müddəti uzandıqca ümidsizlik də yaranmağa başlayar. Bütün bu müddətlərdən keçirmiş olmanız təbiidir. Əhəmiyyətli olan qorxularınızın fərqində olmanız və öhdəsindən gələ bilmək üçün öz gücünüzü təkrar fərq etməyə çalışaraq, hərəkət istiqamətinizi lazım olsa dəyişdirməyə ya da gücləndirməyə baxmanız.
Araşdırmalar ümumiyyətlə iş axtaranların tutulduqları bir neçə problemdən bəhs edir. Sizdə də eyni vəziyyət varsa, bu problemlərin həllərini ciddi qəbul edin və tətbiq edin.

1- Pis təcrübələrə ilişib qalmaq: Bu bir gerçək ki  iş görüşmə texnikalarında mütəxəssis, ünsiyyət psixologiyasından anlayan idarəçi sayı çox azdır. Bənzər şəkildə işə alışı tək tərəfli zənn etmə səbəbindən "mən səndən daha əhəmiyyətliyəm çünki işə qəbul edənəm" zehniyyətində olan şirkətlərin sayı da bir xeylidir.
Vəziyyət belə olunca, pis təcrübə yaşayan namizədlərin sayı da bir xeyli yüksək olur. İş görüşməsi təcrübələri bir çox namizədi analiz edir. Yəni, görüşmədə olanlar, işə götürənlərin həvəskarca davranışları və namizədlərə rəftarlarına diqqət yetirirlər. Bu təcrübələrin kənarına keçə bilmirlər və bu təcrübələri yaxşı qiymətləndirə bilmədikləri üçün digər iş görüşmələri də mənfi təsirlənir.

Nə etməliniz?
Doğru zamanda eqoist davranmağı seçməlisiniz. Məqsədiniz istədiyiniz və sevəcəyiniz bir iş tapmaqdırsa, qarşınızdakı həvəskar və sizi özünüz haqqında pis hiss etdirən idarəçilərin davranışlarını çox əhəmiyyət verməməyi öyrənin. Bu cür təcrübələrə rast gəldiyinizdə, qarşınızdakı adamın məlumat və təcrübəsinin hələ qeyri-kafi olduğunu düşünməniz qarşınızdakı adama və təşkilata qarşı hirslilik hiss etməniz və özünüzü pis hiss etmənizin qabağına keçər. Həm də bu görüşmələrdə sizə yönəldilən sualları və suallara verdiyiniz cavabları təkrardan nəzərdən keçirməyi sınamalısınız. Çünki nə növ vəziyyətlərdə necə davrandığınız və necə cavablar verməyi seçdiyiniz mövzusunda sizə müdhiş məlumatlar təqdim edər. Evə gəldiyinizdə, bu cür vəziyyətlərə alternativ və daha təsirli cavablar nələr ola bilər, bunları düşünmək və praktikanı etmək lazımdır.

2- Qabığa çəkilmək: İş axtarm müddəti uzandıqca, iş axtaranlar içə dönməyə başlayır. Yəni, birlik arasına girməkdən, iş ətraflarında olmaqdan, məlumat və bacarıqlarını bir təşkilat xaricində istifadə edə biləcəkləri mühitləri axtarmaqdan imtina edirlər. Bu da psixoloji olaraq namizədin özünə inancını azaltmağa başlayır.

Nə etməlisiniz?
İş axtarışı müddətin tərəfindən yalnız iş müraciətləri edərək ya da tanışlara iş axtardığınızı deyib gözləmək xaricində hərəkət etməyə baxın. Məsələn, maliyyə sahəsində işləyirsinizsə, bu sahədəki məlumatınızla kimlərə fayda təmin edə biləcəyinizi düşünün. Mütəxəssisliyinizi göstərə biləcəyiniz mühitləri axtarın. Bu fəaliyyətin iş axtarışınızla bir əlaqəsi olmayacaq. Mütəxəssisliyinizi göstərməniz sizə özünüzlə əlaqədar fərqlilik yaradacaq və bacarıqlarınıza daha qüvvətli inanmanızı təmin edəcək.
Yaxşı, bu fəaliyyətin birbaşa iş tapmaqla əlaqəsi yoxdursa niyə bu səyi xərcləməniz faydalıdır? Çünki, iş görüşmələrinizdə güclü olduğunuzu hiss etmənizi və görüşmələri daha dik dayanaraq istiqamətləndirmənizi təmin edəcək. Məlumat və təcrübələrinizi istifadə etmək, onları inkişaf etdirəcək mühitlərdə olmaq öz fəaliyyətinizi qüvvətləndirəcək.
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 10 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri