Neçə müəllim çöldə qalacaq?

Müəllif: KRALİCEM
Şərhlər: 13
Baxılıb: 3 782
Səs ver:
(səs: 1)
Bu il Tovuz rayonundakı orta məktəblərdə müəllim işləmək istəyən yüzlərlə şəxs işsiz qalacaq. Belə ki rayon üzrə məktəblərdə müəllim işləmək istəyənlər üçün 1 vakant yer müəyyənləşdirilib. Rayonun kəndlərində isə işsiz müəllimlərin sayı yüzdən çoxdur.

ANS PRESS-in araşdırmasına görə, Tovuzdakı vəziyyəti bütün Azərbaycana xas etmək olar. Təhsil Nazirliyindən verilən məlumata görə, bu il ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində müəllim kimi işləmək iştəyənlər üçün 2975 vakant yer var. Həmin yerlər uğrunda keçirilən imtahanlarda iştirak etmək üçün 17962 müəllim ərizə verib. Ümumi təhsil məktəblərindəki vakant yerlərdən yalnız 234-ü Bakının payına düşür və bu vakansiyalar əsasən fiziki tərbiyə, musiqi və informatika fənləri üzrədir. Paytaxda həmin ixtisaslar üzrə müəllimlər daha çox başqa sahələrdə işləmək istədiklərindən müəllimə ehtiyac yaranır.
Yəni əsasən əyalətlərdə yaşayan 15 minə yaxın müəllim bu il də işsiz qalacaq. Və göründüyü kimi, elan edilən vakant yerlərin sayının işsiz müəllimlərin sayından az olması ölkədə müəllim çatışmazlığı ilə bağlı çalınan həyəcan təbilinə uyğun gəlmir. Nə baş verir, Təhsil Nazirliyin iki açıqlaması niyə bir-birinə uyğun gəlmir?
Təhsil eksperti Məlahət Mürşüdlü vakant yerlərlə işləmək istəyən müəllim sayı arasında kəskin fərqi orta məktəblərdəki vakansiyaların sayının əvvəlcədən müəyyən edilməməsi ilə izah edir. Ekspert qeyd edir ki, Təhsil Nazirliyi məsələ isə bağlı starteji planladırma işlərini düzgün aparmır və nəticədə işsiz qalan müəllimlərin sayı durmadan artır: "Planlaşdırma zamanı məktəblərdəki şagirdlərin və bölgələrdəki müəllimlərin sayı əsas götürülməlidir. Həmin məktəblərdə tələb olunan müəllimlərinin sayının strateji təhlili düzgün aparılmalıdır. Vakant yerləri doldurmaq məqədi ilə müsabiqədən keçməyən müəllimləri işə götürmək düzgün deyil”,- deyə Məlahət Mürşüdlü ANS PRESS-ə bildirib.
Təhsil eksperti Nadir İsrafilov isə problemləri müəllimlərin işə qəbulu ilə bağlı tələb edilən şərtələrin çox ağır olması ilə izah edir: "Kənd yerində müəllim bir məktəbdən başqa bir məktəbə keçmək üçün 20 maddənin tələbinə cavab verməlidir. Müəllimlərin işə qəbulu ilə bağlı qərar sadələşdirilməlidir. Yeni qayadalara görə, dağın başında yaşayan və kompüter biliyi olmayan müəllim də internetə girərək işləmək üçün qeydiyyatdan keçməlidirlər. Ona görə də, kənd yerlərindəki məktəblərdə olan vakant yerlərin sayı hər il artır”,- deyə Nadir İsrafilov vurğulayır.
Nadir İsrafilov müəllim çatışmazlığının əsasən kənd məktəblərinə xas olduğunu deyir. Onun sözlərinə görə, müəllim işləmək üçün sənəd verənlərin əksəriyyəti rayonlarda işləmək istəmirlər. Bunun isə müxtəlif səbəbləri var: "Bölgələr işə göndərilən müəllimlərə əlavə güzəşlər tətbiq edilməlidir. İndi də güzəştlər nəzərdə tutulur. Amma nəzarət edən yoxdur. Onları müəllim işləmək üçün bölgələrə göndərilirlər. Amma rayonlara göndərilən həmin şəxslər orada dərs saatının azlığı və məvacib çatışmazlığı ilə üzləşirlər. Belə olan halda da bölgələrdə müəllim çatışmazlığı yaranır”.
Təhsil Nazirliyi də bu iradla razılaşır və indən belə rayonlara işləməyə göndərilən müəllimlər üçün əlavə güzəştlər tətbiq olunacağını vurğulayır. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 (yetmiş) manat məbləğində əlavə vəsait ödəniləcək:
"Ümumi təhsil müəssisələrində dövlət sifariş ilə işləyən və 35 yaşa qədər olan gənc mütəxəssislərə 3 il kommunal xidmətlərini ödəmək üçün ayda 40 manat məbləğində kompensasiya verilməsi, kənd rayonlarında konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulub”.

Mənbə: ANS PRESS
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 3 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri