İş masanızda vacib olan əşyalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 756
Səs ver:
(səs: 1)
Balaca daxıl (pulqabı).
Hansıki, içinə hər gün qəpik ataraq işə başlayın və onun sizə uğur  gətirəcəyinə, uğurlu, ruzulu iş günü yaşayacağınıza inanın. Ay sonunda maaşınızı aldıqda isə o qəpikləri imkansız, ehtiyacı olanlara (dilənçilərə) verin. Beləliklə ruhən və mənən rahatlayacaqsınız.
 
Fotoşəkil.
İş masanıza sevgilinizin, doğmalarınızın vəya sizə ruh yuksəkliyi gətirən fotoşəkil qoyun. Yorulanda və ya işləməyə həvəsiniz olmayanda o şəkilə baxıb rahatlayacaqsınız.
 
Suvinir.
Xoş günlərinizdə sizə hədiyyə edilmiş və ya işə başlarkən özünüz tərəfindən alınmış suvenir həm kənardan gözəl görsənəcək həm də sizə mənəvi zövq verəcək.
 
Kitablar.
İşinizlə, ixtisasınızla bağlı kitabları masanızdan əksik etməyin. Çünki, bəzən işinizdə çətinlik yarana bilər amma, həmin kitablardan faydalanaraq həmin çətinliyi tezliklə aradam qaldıra bilərsiniz.
 
Musiqi diskləri.
Sevdiyiniz hansısa müğənninin və ya musiqiçinin diskini masanızdan əksik etməyin. Çünki yorulanda və ya işdən stresə düşəndə o musiqiləri dinləyib dincələ bilərsiniz.
 
Stakanaltı dəsmal.
Sırf stəkanınız üçün dekorativ zövq oxşayan dizaynlı stəkanaltını masanızdan əksik etməyin. Bu sizin təmizkar və zövqlü bir insan olduğunuzu göstərər.
 
Güllər.
Masanızda güllərin olması əhval ruhiyyənizi həmişə şux saxlayacaq. Xanımlar gülləri masalarına böyük məmuniyyətlə qoysalar da, bəzən isə kişilər masalarına gül, çiçək qoymağa çəkinirlər. Əziz kişilər gül, çiçək təravətdir. Siz bunu iş otağınıza qoymaqla iş gununuzə təravət gətirmiş olacaqsınız
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri