İdeal iş nədir və nəyə görə Google əməkdaşları belə xoşbəxtdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 424
Səs ver:
(səs: 0)
Yəqin ki, hər biriniz Google şirkətinin rəngarəng ofisləri, əyləncəli iş mühiti və səmimi kollektivi haqqında az-çox məlumata sahibsiniz. Cənnətə bənzəyir, elə deyilmi?

Dünyanı yaxşılığa doğru dəyişməyə kömək etdiyini dərk etməkdən daha güclü motivator yoxdur. İnsanların əksəriyyəti sahib olduqları işi sadəcə olaraq bir mütləqlik, həyatlarına xoşbəxtlik əlavə etməyən karyera yarışı kimi qəbul edirlər. Dünyanın ən istedadlı insanları onları kiminsə ilhamlandırmasına və yüksək nailiyyətlər qazandırmasına təkan vermələrinə ehtiyac duyarlar.

Bəs Google şirkətinə istedadlı insanları necə cəlb edirlər?

Google şirkətində vaxtaşırı olaraq istedadlı əməkdaşlar cəlb etmək, onların əqli və liderlik bacarıqlarını qiymətləndirmək üçün inanılmaz addımlar atılır.

Məsələn, 2004-cü ildə şirkət nümayəndələri Cambridge-də və Kaliforniyada 101-ci şossedə reklam lövhələri yerləşdirmiş və üzərində fərqli və ambisiyalı kompüter işçilərinin onu həll etməsi ümidi ilə kriptoqram formasında tapmaca təsvir etmişdilər. Tapmacanı düzgün həll edənlər ikinci tapmacanı email vasitəsilə əldə edirdilər. Bu mərhələdən də uğurla keçən namizədlər Google şirkətində işləməsi üçün müsahibəyə dəvət edilir. Namizəd müsahibəyə gəldikdə isə ona davranış və vəziyyətdən çıxma xarakterli suallar verilir. Məsələn, “Boeing 747-nin içərisinə neçə ədəd qolf topu yerləşər?”, “Kiçik bir qəpik olsanız və sizi blenderin içərisinə qoysaq, oradan necə çıxa bilərdiniz?”.

Google şirkətində HR mütəxəssislərinin qızıl qaydası belədir: “İşə yalnızca özünüzdən yaxşı olanları götürün”. İşə müstəsna namizədləri götürmək üçün uzun müddət tələb olunur, lakin son nəticələr buna dəyər. Müsahibədə isə potensial əməkdaşın tək rəhbərləri deyil, həmçinin gələcək kolleqaları, tabe şəxslər, rekruterlər də iştirak edir. Və siz onların hamısının xoşuna gəldiyiniz halda işə qəbul edilmək şansı qazanırsınız.

Əməkdaşlar ulduzları qarşılarına məqsəd qoyub, sadəcə Aya şata bilirlərsə, bunlara görə onları həddindən artıq çox günahlandırmaq olmaz. Onlara öyrənməyə şərait yaradaraq ağrılarını azaldın. Liderdən məhsuldar ideya maşını, maliyyə dahisi, bazar sehrbazı və motivasiya verən menecer olmasını tələb etmək həddindən artıqdır. Google lideri bütün bunlarla yükləmək əvəzinə xüsusi menecer siyahısı təklif edir. Bu siyahı isə bu cəhətlərdən ibarətdir: Menecer yaxşı trener olmalıdır. Menecer öhdəlikləri təyin edir və mikromenecment ilə məşğul olmur. Menecer nəticəyə baxar. Menecer ünsiyyətdə çox bacarıqlıdır – dinləyir və bildikləri ilə bölüşür. Menecer komandaya karyera inkişafında kömək edir. Menecer uzaqgörənliyə və komanda üçün dəqiq strategiyaya sahibdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 424
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri