İş yerində daha çalışqan olun

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 775
Səs ver:
(səs: 0)
İşləyə bilirsinizsə işləyin amma istirahət etməyə ehtiyacınız varsa rahat olun. Özünüzü çox məcbur etməyin. Hər vaxt kafi vaxt olacaq. Yalnız zamanı təsirli olaraq necə istifadə edə biləcəyinizi öyrənin.

1. Əhəmiyyətli vəzifələrə fokuslanın
İşdə məhsuldar olmanın ən əhəmiyyətli yollarından biri, səhər erkən saatlarda əhəmiyyətsiz işləri bitirib o gün bitirməniz lazım olan əhəmiyyətli işlərlə əlaqədar bir siyahı etməkdir. Bu siyahıdakı işləri də əhəmiyyət və təcililər sırasına qoyub sabahısı günə qala biləcək işləri də siyahının sonuna yerləşdirin.

2. Diqqətinizi dağıdacaq şeylərdən uzaq durun
İşinizi etmənizə maneə törədəcək və ya diqqətinizi dağıdacaq bir şeylər hər vaxt olacaq. Telefonlar, e-poçtlar, hərdən kompüteriniz kimi diqqət dağıdanların qabağına keçmək qeyri-mümkün. Lakin sizə düşən, Facebook və Twitter kimi diqqət yayındıranları iş əsnasında istifadə etməmək. Bunlara ara verdiyinizdə sizə qalan zamanı da yaxşı qiymətləndirmiş olarsınız.

3. Texnologiyanı istifadə edin

İşinizi daha sürətli etmək üçün günümüz texnologiyasından faydalanmağı unutmayın. Doğru proqram və ya təchizat ilə dərhal hər işi edə bilərsiniz. Məsələn: e-poçt proqramınızı əhəmiyyətli e-poçtları ayırıb digərlərini başqa bir fayla göndərməsi üçün nizamlaya bilərsiniz. Və ya yığıncaqlarınızı avtomatik olaraq planlayıb fakturalarınızı internet üzərindən ödəyə bilərsiniz.

4. Vəzifələrinizi təsirli bir şəkildə idarə edin
İşə öyrəşmək üçün günə həmişə asan işlərlə başlayın. Xüsusilə daha çox beyin gücü tələb edən işlərinizi avtomatikləşmiş olan işlərinizdən ayırın. Bitirilməsi qeyri-mümkün kimi görünən işləri kiçik hissələrə ayırın. Əgər işlərinizdən birinin 80%başqa biri tərəfindən edilə bilsə və əgər mövqeniz buna əl verirsə başqa birini bu işlə vəzifələndirin. Köməyi üçün təşəkkür etməyi unutmayın.

5. Özünüzü çox məcbur etməyin
Bəzi günlər heç işləyə bilmədiyiniz və bəzi günlər də 12 saat işləyə bildiyiniz zamanların olması təbiidir. İşləyə bilirsinizsə işləyin amma stirahət etməyə ehtiyacınız varsa rahat olun. Özünüzü çox məcbur etməyin. Hər vaxt kafi vaxt olacaq. Yalnız zamanı təsirli olaraq necə istifadə edə biləcəyinizi öyrənin.

Nəticə olaraq, məhsuldar olmaq vəzifələrinizi mümkün olan ən qısa zamanda bitirib eyni zamanda da professional məqsədlərinizə çata bilməkdir. Yaxşı bir məhsuldarlıq eyni zamanda ən yaxşı nəticəni ala bilmək icin özünüzü və professional vərdişlərinizi koordinasiya edə bilməkdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri