İş yerində utancaqlıq və komplekslərinizdən necə xilas olmalı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 970
Səs ver:
(səs: 0)
Utancaqlıq, özünə inamı baltalar və insanlarla əlaqənin iflasa uğramasına səbəb olur. Çox yaradıcı fikirləriniz olsa belə dilə gətirə bilmədiyinizdən iş yoldaşlarınızdan geri qala bilərsiniz.

Özünə inam çox əhəmiyyətlidir.

Utancaqlıq, özünüzə güvəninizin aşağı olduğunu göstərir. Səhv etməkdən qorxduğunuz üçün irəliyə doğru addım atmırsınız. Niyə? Ətrafınızdakı insanlar səhv etmirmi? Yenə də səhv etmək, fikir bəyan etməməkdən çox vaxt daha yaxşıdır. Özünüzə güvənin və fikrinizi rahatlıqla söyləyin. Ancaq fikirlərinizi bəyan etməklə önə gedə bilərsiz.

Ətrafınızda çox insan olduğu zaman danışa bilmir və həyəcandan nə edəcəyinizi bilmirsinizsə, onda onlar yoxmuş kimi düşünün. Sanki ayna qarşısında danışırmış kimi müəyyən bir nöqtəyə fikrinizi yönəldin. Zamanla göz təması qurmağa başlayacaq və özünüzü rahat hiss edəcəksiniz.

Dəyərinizi bilin.

Utancaq insanlar ümumiyyətlə müvəffəqiyyətlərini göz ardı edər və özünü dəyərsizləşdirir. Ümumi yığıncaqda dilə gətirmək istədiyiniz fikirlərinizin çox lazımsız olduğunu düşünürsünüz? Xeyr! İşdə söyləyəcəyiniz hər bir fikir qiymətlidir. Öz dəyərinizi bilin və digərlərinin nə söyləyəcəyinə əhəmiyyət verməyin. Əks təqdirdə siz işinizdə heç bir müvəffəqiyyətlərə nail ola bilməyəcəksiniz.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri