İş yerində xoşbəxt olmağa çalışın

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 500
Səs ver:
(səs: 0)
İş yoldaşlarınıza kömək edin
Cavablandırmanız lazım olan bir çox e-poçt, axtarışınız lazım olan bir çox insan və bir an əvvəl bitirməniz lazım olan işlər varkən iş yoldaşınız sizdən kömək istəsə nə edərsiniz? Bəlkə doğru olanın "xeyr" demək olduğunu düşünür ola bilərsiniz ancaq iş yoldaşınıza 5 dəqiqə köməkçi olmaq özünüzü çox daha yaxşı hiss etmənizi təmin edəcək. Ayrıca başqasına kömək etmək üçün ayırdığınız 5 dəqiqə, öz işinizdən uzaqlaşıb başınızı dağıtmanızı təmin edəcəyindən sizə də yaxşı gələcək. İşlərin arasında sıxışıb özünüzü boğulmuş hiss etdiyinizdə, bəzilərinə kömək etmənin etdiyiniz işi daha mənalı edəcəyindən əmin ola bilərsiniz, təbii öz işlərinizi axsatmamaq şərti ilə.

Ödəniş hesablaması etməyin
Saat başı aldığınız ödənişi hesablamaq kimi şeylər motivasiyanızın və xoşbəxtliyinizin önündəki ən böyük maneələrdən biri. Bu hesablamalar sonunda əməyinizin boşa getdiyini ya da layiq olduğunuzu ala bilmədiyinizi düşünməniz, həm işinizi etmənizə maneə törədəcək həm də sizi bədbəxt edəcək. Eyni şəkildə daha çox pul qazanma istəyi üçün daha çox işiniz də ictimailəşmə istəyinizi yox edəcəyindən bədbəxt olmanıza səbəb olar. Ən yaxşısı pulu düşünmədən işinizə adabta olun.

Geyim ya da yemək seçimi ilə məşğul olmayın
Xüsusilə gün içində olduqca çox seçim etməniz və əhəmiyyətli qərarlar verməniz lazım olan bir işiniz varsa, paltar ya da yemək seçimi kimi mövzularla özünüzü yormamanız ən yaxşısı olacaq. Üzərinizdə onsuz da kifayət qədər təzyiq varkən bir də bu sadə seçkilər üçün baş yormaq məcburiyyətində olmanız yalnız daha çox stressə səbəb olar. Buna görə nə geyəcəyinizə axşamdan qərar verməniz ya da davamlı eyni yerdən yeməniz həyatınızı çox da asan bir hala gətirəcək.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri