Ailə həyatı və kariyera

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 1335
Səs ver:
(səs: 0)
Bu dəfə mövzunu gündəmə Facebook şirkətinin əməliyyatlar üzrə direktoru, 43 yaşlı işgüzar qadın Şeril Sendberq gətirib. Xanım Sendberq "Qadın, iş və liderlik istəyi" ("Lean In: Women, Work and the Will to Lead”) adlı yeni kitabında qadınların ailə və karyera arasında seçimləri və bu seçimləri edərkən qarşılaşdıqları problemləri izah edir.

Amerikada bir neçə ay bundan əvvəl Prinston universitetinin professoru Enn Mari Sloterin "Qadınlar nə üçün hər şeyə malik ola bilmir” adlı məqaləsi cəmiyyətdə böyük əks-səda doğurmuşdu. Dövlət Departamentində yüksək vəzifə tutan xanım Sloter ailəsi və övladlarına kifayət qədər vaxt ayıra bilmək üçün karyerasından imtina edərək Prinston universitetində akademik fəaliyyətə qayıtmışdı. Məqaləsində xanım Sloterin gətirdiyi əsas müddəalardan biri o idi ki, övladı olub işləyən qadın-analar yüksək vəzifələr tutub, karyera qura bilirsə, bunlar ya qeyri-adi qadınlardır, ya böyük maliyyəyə malikdir, ya da öz bizneslərinin sahibidir. Professor Sloter qadınların karyeralarının ən mühüm bir dövründə ailə və uşaqların xeyrinə qərar verməli olduğunu yazıb və iş və ailə arasında balans yaratmağın əslində çox vaxt mümkün olmadığını izah edib.

Müəllif geniş müzakirələr doğurmuş məqaləsində Amerika cəmiyyətində karyera və iş mədəniyyətinə dair mövcud mövqeyə görə qadının bu dilemmanı həll edə bilməkdə çətinlik çəkdiyini göstərib. Qadının bu dilemmanı həll edə bilməsində cəmiyyətdəki stereotiplər Facebook şirkətinin əməliyyatlar üzrə direktoru Şeril Sandersin yeni kitabında təhlil edilir. Xanım Sanders qadınların nəyə görə yüksələn xətlə karyera qura bilməməsinin səbəblərini araşdıraraq, öz təcrübəsindən misallar gətirir.

Şeril Sandberq "Forbes" jurnalının ən zəngin qadınlar siyahısında onuncu yeri tutur, ailəlidir, iki övlad anasıdır və gözəl karyera qura bilib. Lakin buna baxmayaraq, o, qadınların geniş imkanlara malik olduğu ABŞ-da belə onların hakimiyyət strukturlarında yüksək vəzifələrdə çox az təmsil olunması məsələsi ətrafında ciddi polemika aparır. Şeril Sanders kitabında statistikalar gətirir. 2012-ci ildə ABŞ Senatına ilk dəfə olaraq 20 qadın seçilib. Senatın 100 üzvündən 20-nin qadın olması, ya da qadınların 18 faiz təmsil olunması mühüm bir inkişaf kimi qarşılansa da, qadınlar bunun kifayət olmadığını deyir. Dünyaya baxdıqda da vəziyyət eynidir. Dünyada 192 dövlət başçısından yalnız 17-i qadındır. "Forbes" jurnalının 500 nüfuzlu iş adamı arasında cəmi 21 qadın var. İcraçı direktorların isə yalnız 14 faizi qadındır. Bütün bunlar qadınların universitet məzunlarının 57, magistraturanı bitirmiş tələbələrin isə 63 fazini təşkil etdiyi bir fonda baş verir.

Sandberq qadınların ailə və iş arasında balans yaratmasına yer versə də, kitabın əsas hissəsini qadınların ümumi stereotiplərdən yaxa qurması üçün ata biləcəyi addımlardan bəhs edir. Onun gəldiyi əsas nəticə ondan ibarətdir ki, dünya hələ də güclü kişilər tərəfindən idarə edilir və bu, cəmiyyətdə təkcə kişilərin özləri deyil, elə qadınların da böyük hissəsi tərəfindən normal qəbul edilir. Şeril Sanders tamamilə haqlı olaraq qız və oğlanlara artıq uşaqlıq illərində münasibətin fərqli olduğunu, cəmiyyətdə qadınların özlərinə yol açmasında daha çox problemlərlə qarşılaşdığını deyir.

Sanders qadınlara problemləri açıq müzakirə etməyi tövsiyə edir və karyera quran qadınların cəmiyyətdə güclü mövqe tutmasının bütün qadınlar üçün əhəmiyyətini vurğulayır. Bununla yanaşı, o, ailədə vəzifə bölgüsü məsələsini ortaya qoyur və maliyyə məsuliyyəti və uşaqların tərbiyəsinə hər iki valideynin bərabər vaxt ayırmasını təklif edir. Bununla müəllif ailədə qadının evdarlıqla bağlı bütün yükü öz üzərinə götürməsi və maliyyə məsuliyyətinin kişi tərəfindən daşındığına görə özünü günahkar hiss etməsinə son qoyula biləcəyini düşünür.

Şeril Sandersin kitabında irəli sürdüyü fikirlər bir daha cəmiyyətdə qadının ailə və iş arasında balans yarada bilməsi və yüksək rəhbər vəzifələr tutmaq üçün irəli gedə bilməsi məsələləri ətrafında müzakirələrin canlanmasına səbəb olub. Facebook şirkətinin prezidenti Mark Zukerberq Sandersin problemə baxışlarını kifayət qədər real adlandırıb. Bu real baxışlardan real addımlar və real nəticələrə qədər qarşıda uzun və mürəkkəb yolda hələ çox qadın ailə və karyera arasında balans tapmalı olacaq.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1335
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Barbaris
Sitat: sona
Her wey maraqlidi ama hecne aileni evez ede bilmez. Wexsen men yukselmekde olan kareyerami secmedim sevdiyimi secdim ve bir qramda pewman olmamiwam. Yoldawima ve balama canim qurban
24 aprel 2017 18:50
5
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
YalniZ-ArZu
Zemane evde iwlemek qabiliyyeti olan her kesin iwlemesini teleb edir.Aile budcesine komek meqsediyle qadinin iwlemesi hec de pis deyil.Lap yaxwidi hetta.Bacardiqca ikisin bir arada yurude bilirse niye de iwlemesin?Men wexsen her ikisini secerem,iwle de ailemi gozelce idare etmeyi bacararam.Inwallah nail olaram buna,gelecek planlarimdan biridir iwlemek.
16 aprel 2017 23:46
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Antikvar
Həqiqətən qadınlarımızı anlaya bilmirəm mən nəyə görə kareyanı seçmərsiz? Kareya bu qədərmi dəyərsizdi biz qadınlar üçün? Kareya dediyin əlində olacağın sənəddi, yüksəlişindi və yüksəlişinlə birgə gələcəklə qurmaq istədiyin arzularındı. Niyə yoldaşım icazə vermirdə demirsiz kareya mənə maraqlı deyiı deyirsiz? Heç inanmıram kareya heç kimə maraqlı olmasın, hər qadın üçün kareya maraqlıdı, hər qadın işləyib pul qazanmaq istəyir, ayaqları üstündə özü durmaq istəyir, qəlbində olan arzularını reallaşdırmağın nəyi pisdi? Mən özüm belə yazdıqlarımın hər birini həyata keçirmək istəyirəm amma edə bilmirəm nəyə görə? Çünki indi insanların(kişilərin gözü qadınların ayaqlarından tutib dırnağına qədər izləyib sonra filakəsin arvadı orda burda işləyir deməsinə görə) evdə icazə yoxdu. Sənədlərimi yığıb burda medisiniski texnukuma verəcəkdim amma edə bilmədim nəyə görə? Hansısa millətin arvadı oxuduğu medisiniski texnukumda başqa gənc oğlanla qaçdı özüdə iki uşaq anasıydı. Elə texnukuma kimdi qoyan vallah özüm belə kişi olsam arvadımı qoymaram. Əvvəllər deyildimi evdə arvadda kişidə işləyirmiş, o zamanlar şorgözıük yoxuydu, millətin arvadına göz qoymaq yoxuydu, millətin arvadıyla yatağa girmək yoxuydu, qeyrət varıydı o zamanlar kişilərdə arvadlarda, indiki zamanda nə qadınlarımızda abır həya qalıb, nədə kişilərimizdə qeyrət... Şəxsən mən Vətənimdə olanda sərbəst gəzə bilmirəm adamın ağzına ağzına girirlər, gözləriylə yeməyə qalıblar, buda azmış kimi övladını yanında görə görə göz atırlar, belə şərəfsizliklər varkən hansı kişi arvadını çölə buraxar? Bu səbəbdəndi Azərbaycanda qadınlar kareyanı ikinci plana atırlar. Amma mənə desələr hansını seçərdin hər ikisini deyərdim, kareyada mənim üçün çox önəmlidi.Hər ikisinidə bacaracağıma çox əminəm. Xarici ölkələrdə isə qadınlar kareyanı yoldaşlarına görə ikinci plana atmır bacarmadıqları üçün bu addımı irəli sürürlər.
16 aprel 2017 20:36
3
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Offline
Totu
Aile ve kareyera her ikisi insan ucun onemlidir
16 aprel 2017 18:47
2
Offline
❤Ə❤CANAN❤G❤
Men ailem ve karyeram arasinda qalsam.ailemi secerem karyera mene maraqli deil nedense
28 mart 2017 20:58
1
canan qizim sirin seker qizim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri