İş stressindən azad olmağın 5 yolu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 733
Səs ver:
(səs: 0)
Günümüzün böyük bir hissəsini iş yerində keçiririk. Bəzən yolunda getməyən işlər canımızı sıxır və stressə düşürük. Halbuki, iş yerində stress, həm sağlamlıq, həm iş məhsuldarlığına mənfi təsir göstərir.

Əvvəla, axşam evə gedərkən işlərinizi evinizin qapısından içəri buraxmayın. Ev həyatınız və iş həyatınız bir-birindən fərqli yerlərdir, bir-birinə qarışdırmayın.

Sakitləşdirici musiqilər dinləyin
Olduğunuz iş şəraiti olduqca gurultulu və izdihamlı oldu, siz də o an çox yorulmusunuzsa Musiqi işə yaraya bilər. Bioloji baxımdan baxıldığında, məlahətli səslər beynin mükafatlandırma bölümündə dopamin hormonlarının mənimsənilməsini asanlaşdırır. Minnesota, Rochesterdeki Mayo Clinic həkimi Doktor Amid Sooda görə, bu, şirin bir şey yemək və ya xoş bir qoxu almaqla eyni təsir edir. İnsanlarda diqqətin asan dağıldığını bildirən Sood, "Diqqəti dağılan bir beynin kədərli bir şey olduğunu bilirik. Çünki belə anlarda həyatdakı nöqsanlara diqqət yetirərik" deyir. 15 ilə 30 dəqiqə arası musiqi dinləmək stress və narahatlığınızı azaltmağa kömək edəcək.

Ətirli şamların gücündən faydalanın!
Süfrənizdə qoxulu şamlar alın. Qoxular, beyninizin fərqli bölgələrini hərəkətə keçirir və stress və narahatlığınızı üzərinizdən atmağınıza yardımçı olur.

Günorta istirahətində yürüşə çıxın!
Günorta istirahətini fürsət bilin və qısa bir gəzintiyə çıxın. Yemək üçün uzaq bir restoran seçin və piyada gedib gəlin. Açıq hava və hərəkət həm stress və narahatlığınızı alır, həm də fərqli düşünmənizi təmin edir.

Kiçik sevinclərin fərqinə varın!
Bir sıra kiçik maneələr ortaya çıxanda adətən bunlar sizin üçün pis günlərdir. O gün hər şey normal halından daha pisə gedir kimi görünürsə, bir addım geri gedin və nələr olduğuna baxın. Kiçik maneələrin gününüzü məhv etməsinə icazə verməyin. Əgər hallara real bir şəkildə baxsanız, potensial bir pis günü başlamadan dayandıra bilərsiniz.

İşiniz olduğu üçün şükr edib xoşbəxt olun!
Bu gün bütün həyatınızın yalnız bir günüdür. Bu səbəblə həyatınızda yaşadığınız mənfiliklərə deyil, müsbət hadisələrə diqqət yetirin. İşdə də problemləri həll etməyin o qədər sıxıcı hesab etməyin, əksinə vaxtınızı işinizin müsbət istiqamətlərinə ayırın. Həyatda qarnınızı doyuracaq yeməyiniz, yaşabiləcəyiniz bir eviniz və edəcək bir işiniz varsa şanslı insansız. Hələ bir də sizinlə maraqlanan, sizi narahat olan insanlar varsa kefinizə dəyməyin. Bu səbəblə iş yerinizdə kiçik problemləri dərd etməyin və pozitiv olun.

Evinizdə olmağın kefini çıxarın!
Evə gedəndə vannanı isti suyla doldurun. Bir fincan qəhvə və ya bitki çayınızı alın. Yüngül bir musiqi açın.Şamları yandırın. Suya əlavə edəcəyiniz ətirli yağlar, stress və narahatlığınızı atmağınızda təsirli olacaqdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri