Xanım Xədicə Peyğəmbərimizlə evlənəndə neçə yaşında idi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 6 041
Səs ver:
(səs: 0)
Peyğəmbərlə evlənməmişdən öncə həzrət Xədicə ailəli olubmu?

Həzrət Məhəmmədlə ailə həyatı qurmamışdan öncə xanım Xədicənin ailəli olub-olmaması arasında fikir ayrılığı olmuşdur. Əhli sünnənin bir çox tarix mənbələri həzrət Xədicənin öncələr bir neçə dəfə ailə həyatı qurduğunu, hətta onun ərlərinin və övladlarının adlarını da qeyd etmişlər.

Bütün bunlarla yanaşı bəzi məşhur alimlər vardır ki, onlar həzrət Xədicənin Peyğəmbərdən öncə heç kəslə ailə həyatı qurmadığı qənaətindədirlər. İbn Şəhraşub Seyid Mürtəzanın “Şafi”dəki, Şeyx Tusinin “ət-Təlxis”dəki sözünə istinad edərək qeyd etmişdir ki, həzrət Xədicə Peyğəmbərlə ailə həyatı quran günə qədər heç vaxt ərdə olmamışdı.

Həmçinin yuxarıdakı araşdırmalar belə bir həqiqət ortaya çıxarıb ki, həzrət Xədicəyə aid edilən iki övlad, əslində onun öz övladları olmamışdır. Əksinə, bacısı uşaqları olmuşlar.

Bu araşdırmalara əsasən, həzrət Xədicə bacısı Halənin əri öldükdən sonra ona sahib çıxmış və iki balasını da öhdəsinə götürmüşdü. Sonra bacısı dünyasını dəyişdi. Bacısı uşaqları Xədicə xanımın himayəsinə idi. Ərəb “rəbiə”ni (yəni həyat yoldaşının uşaqlarını) övlad kimi qəbul etdiyinə görə, o uşaqlar da Peyğəmbərin övladları hesab edilmişlər. Mənbə: “Əs-Səhih min sirətin-Nəbiyyil-Ə`zəm”, c.2, s.125)

****

Xanım Xədicə Peyğəmbərlə evlənərkən neçə yaşı vardı?

Peyğəmbərlə evlənən zaman xanımın neçə yaşı olması barədə 25 yaşdan 46 yaşa qədər müxtəlif nəzərlər söylənilmişdir. Buna görə də xanımın həmin vaxt neçə yaşı olmasına dair dəqiq bir şey tapmaq olduqca çətindir.

Lakin bunu nəzərə almaq lazımdır ki, həzrət Xədicənin Peyğəmbərlə müştərək ailə həyatı 25 il olmuşdur. Yəni 15 il besətdən öncə və 10 il də besətdən sonra. Bəzi tarixi mənbələr həzrət Xədicənin dünyasını dəyişərkən 65 yaşı olduğunu qeyd etmişlər. Beyhəqinin tərcihinə görə isə 50 olmuşdur. Güclü ehtimala görə Xədicə xanımın yaşı Peyğəmbərlə evlənərkən ya 40, ya da 25 olmuşdur.

Əgər həzrət Xədicə vəfat edərkən 50 yaşı olmuşdursa, evlənərkən 25 yaşı olmalı idi. Bu fikri bəzi təhqiqatçılar üstün nəzər hesab etmişlər. Ancaq bu fikir mənbələrdə geniş yayılmadığına görə onu qəbul etmək bir az çətindir. Amma bu fikrə diqqət etmək lazımdır ki, Peyğəmbərin oğlu Qasim besətdən sonra doğulmuşdur. Bu o deməkdir ki, Qasim doğulanda Xədicənin ən azı 55 yaşı olmalı idi, ya da bundan sonra olmuşdur ki, ikinci halda bir ehtimal halını alır və onu qəbul etmək olduqca çətindir.

Elə isə 25 yaşı olması məsələsi daha ağılabatandır.

Hazırladı: Fərid Abdullah
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 6 041
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri