Oruc tutmağın faydası nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 563
Səs ver:
(səs: 1)
Oruc yalnız ac və susuz qalmaq deyil. Onun insan bədəninə saysız-hesabsız faydaları vardır. Orucun faydaları və hikmətləri digər bütün fərzlərdə olduğu kimi sayılmayacak qədər çoxdur.

Qadinla.com oruc tutmağın əsas faydalarını təqdim edir:

1. Oruc əxlaqı gözəlləşdirir: Çünkü bizə daim Allahı xatırladır və məsuliyyət hissini inkişaf etdirir. Oruc gözləri harama baxmaqdan, dili yalan və çirkin sözlərdən, qulaqları haram şeyləri dinləməkdən, mədəni haram yeməkdən, əlləri pis iş görməkdən, ayaqları pis yerlərə getməkdən qoruyur.

2. Oruc insanın mərhəmət və yardım hissini inkişaf etdirir: Həyatında aclıq nədir bilməyən şəxs, yoxsulların çəkdiyi aclıq və sıxıntı anlaya bilməz. Amma bu adam oruc tutarsa aclığın nə olduğunu anlayır və yoxsulların nələr çəkdiyini daha yaxşı bilirvə onlara qarşı mərhəmət duyğuları oyanır. Bunun nəticəsi olaraq da yoxsullara kömək əlini uzadır, çətinliklərini aradan qaldırmağa çalışır.

3. Oruc insana nemətlərin qiymətini öyrədir: Oruc tutmaqla bir müddət nemətlərdən uzaq qalan insanın gözündə bu nemətlərin dəyəri daha yaxşı başa düşülür. Bu anlayış insana, onları daha yaxşı qorunmasını və nemətləri ona verən Allaha daha çox şükr etməsini öyrədir.

4. Oruc tutmaq insanı sağlam edər: Bu barədə Peyğəmbərimiz belə buyurmuşdur; "Oruc tutasınız, sağlamlıq tapacaqsınız". İlin on bir ayında yorulan həzm orqanları oruc sayəsində dincəlir.

5. Oruc insana səbrli olmağı öyrədir: Oruc tutmaqla müəyyən bir zaman özünü yeməkdən, içməkdən uzaq tutan insan, həyatda qarşılaşacağı çətinliklərə qarşı səbr edib, özündə ağrı və çətinliklərə dözüm tapar.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 563
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri