İmamın (ə) mübarək nəfəsi dəyməklə, zindanban hidayət oldu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 162
Səs ver:
(səs: 1)
Muhəmməd ibni İsmayil Ələvi nəql edir: “Ali-Muhəmmədin (ə) qatı düşməni olan Əli ibni Narəməşin yanına Həzrət İmam Həsən Əsgərini (ə) gətirirlər. Bu zalım, əziz İmamı (ə) zindana salır. Naraməş, çox pis xasiyyətli və kobud insan idi. O, Əhli-Beyt (ə) ilə düşmənçilik edirdi.

Xəlifə ona əmr etmişdi ki, hər nə qədər bacarırsa, İmama (ə) zülm etsin. Amma bu kobud və pis xasiyyətli insan İmamın (ə) heybət və nuraniliyini görən gündən bəri, halı dəyişməyə başlayır. İmam (ə) hələ onun zindanında bir gün keçirtməmişdi ki, bu zalım Həzrətin (ə) qarşısında baş əyir və başını ehtiram əlaməti olaraq yuxarı qaldırmırdı.

İmamla (ə) bir gün eyni fəzada keçirməsi zindanbanın ruhuna və canına elə təsir etmişdi ki, rəftar və danışıqlarını tamamilə dəyişdirdi.

Onun nəzərində İmam Həsən Əsgəri (ə) dünyanın ən yaxşı və üstün insanı oldu.

İmamın (ə) mübarək nəfəsi dəyməklə, zalım bir fərd hidayət nuruna doğru yönəldi”. (Həvzəh)
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 162
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri