Hacc ziyarətinə hazırlaşanların diqqət etməsi gərəkənlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 007
Səs ver:
(səs: 1)
Yaxınlaşan Qurban Bayramı ilə hacı namizədləri müqəddəs torpaqlara getməyə hazırlaşır. Ancaq müqəddəs torpaqlara gedəcək olan hacı namizədlərinin diqqət etməsi lazım olan bəzi sağlamlıq vəziyyətləri vardır. Sizlər üçün müqəddəs torpaqlara gedən hacı namizədlərinin diqqət etməyinizi lazım olanları araşdırdıq. Qadinla.com hacı namizədlərinin diqqət etməsi lazım olanları nəzərinizə çatdırır.

Dünyanın dörd bir yanından hacı namizədləri Allahın əmr etdiyi həcc ibadətini yerinə yetirməyə hazırlaşır. Ancaq mütəxəssislər, hacı namizədlərinin alışıq olmadıqları iqlim və şərait üçün bədənlərini hazırlamaları lazım olduğunu bildirir.

BƏS HACI NAMİZƏDLƏRİNİN NƏ KİMİ TƏDBİR GÖRMƏLƏRİ LAZIMDIR?

Epidemiya və yoluxucu xəstəliklərə tutmamaq üçün hacı namizədlərinin maska istifadə etmələri daha faydalı olar. Fərdi təmizliyə iki qat əhəmiyyət vermək lazımdır.

Şəxsi təmizliyin yanaşı, peyvəndləri tam etdirmək da əhəmiyyətlidir. Xüsusən son illərdə artan MERS Cov virusu kütləvi sahələrdə sürətlə yayılır. Yoluxucu olan bu virusdan qorunmaq üçün kütləvi sahələrdən sonra əlləri, dezinfeksiya nisbəti yüksək sabunlarla yumaq şərtdir.

Həcc ibadətinin keçirildiyi bölgə yəni Məkkə-Mədinə həddindən artıq isti iqlimə malikdir. Buradakı insanlar sərinləmək üçün kondisioner istifadə edir. Ancaq kondisionerli sahələrdə yetişən legionla virusları, tənəffüs yolu ilə insana bulaşa bilər. Bu üzdən kütləvi sahələrdəki kondisionerdə sərinləmək yerinə kölgə yerlərə üstünlük verilməlidir.

Həmçinin həddən artıq istilik orqanizmin maye itkisinə səbəb olur. Xüsusilə, bədən, bölgənin iqliminə alışana qədər bəzi sağlamlıq problemləri yaşayır. İshal, qəbizlik, baş dönməsi və qusma bu problemlərin başında gəlir. Mütəxəssislər, bu halların baş verməməsi üçün hacı namizədlərinin tez-tez su istehlak etmələri lazım olduğunu vurğulayır.

Meyvə və tərəvəzlər, sirkə ilə dezinfeksiya edilib istehlak edilməlidir. Eyni zamanda açıq qidalar əvəzinə paketli qidalar istehlak etmək daha faydalı olacaq.

Hər gün duş almaqda əhəmiyyətlidir. Həmçinin hacı namizədləri yanında; Ortepedik ayaqqabı, pambıqlı alt paltarı, pambıqlı geniş paltarlar, şlyapa və eynək almaları lazımdır.

Çox artıq ayaq üstə durmaqdan və ya yeriməkdən qaynaqlanan babasil probleminin yaranması riskinə qarşı hacı namizədləri yanlarında saxladıqları məlhəm və ya fitil şəklindəki kortizon istifadə edə bilər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri