Yoldan azan və naxələf oğul

Şərhlər: 1
Baxılıb: 1 947
Səs ver:
(səs: 0)
Tarixdə çox görünüb ki, bəzən oğul atanın yolunun azmasına səbəb olur və bəzən də əksinə, ata oğulun yoldan azmasına səbəb olur. O cəhətlərdən biri ki, oğul atanın yolunu azmasına səbəb oldu Zübeyrin oğlu Əbdüllahın macərasıdır.
Zübeyr ibni Əvam ibni Xuvəylid Həzrəti Xədicənin qardaşı oğlu və Peyğəmbərin səlləllahu əleyhi və alihi və səlləmin bibisi oğlu idi. Zira anası Səfiyyə Əbdülmütəllibin qızı idi. Zübeyr islamın sərdarlarından, möhkəm və sabit qədəm müsəlmanlarından idi ki, öz şəmşiri ilə dəfələrlə islamın hərimini müdafiə etmişdi hətta Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onu həvarilərindən (yaxın arxadaşlardan) hesab edirdi. Lakin, o, Əli (əleyhissalam)-ın xilafəti zamanı bu qədər layiq keçmişi ilə haqq yolundan münhərif oldu və Təlhə ilə birlikdə Cəməl müharibəsini başladı. Amma müharibənin başlanğıcında Əli (əleyhissalam) ona nəsihət etdikdə bir qədər özünə gəldi və kənara çəkilərək və öz evinə qayıtdı. Amma yol boyunca ibni Curmuz adlı bir şəxs onu qafilkir edib və öldürdü və o, 67 yaşında hicri 36-cı ildə Vadiyüs-səbada qətlə yetirildi.
Zübeyrin 20 övladı var idi. (on bir oğlan və doqquz qız) onun tanınmış oğlanlarından biri Abdüllah idi. İbni Əbil Hədid yazır: Abdüllah atası Zübeyr və xalası (Aişə) ilə birlikdə Cəməl müharibəsniin başlanmasında iştirak edirdi... Abdüllah namazda, orucda və ibadətdə çox təzahür idi.
Bununla belə rəyasət tələblik onu yoldan çıxardı. Cəməl müharibəsində Əli (əleyhis-salam) ilə müharibə etməyin cəhənnəmdən başqa aqibəti yoxdur.
Aişə dedi: “O vaxtdan ki, ağlım kəsməyə başlamışdır, heç bir məkanda bu məkandakı kimi şəkk və şübhədə olmamışam. Əli (əleyhissalam) mənim yadıma bir sözü saldı ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitmişəm?!...”
Aişə dedi: Nə etmək istəyirsən?
Zübeyr dedi: İstəyirəm müharibədən geri çəkiləm.
Bu arada Zübeyrin oğlu Abdüllah üzünü atasına tutub dedi: “Sən bu iki ordunu burda yığdın indi ki, bir-birini əzmək üçün şəmşirləri itilədilər istəyirsən, onları buraxıb qaçasan?
Bəli, ey ata, sən həqiqəti demirsən, əksinə sən Əli (əleyhissalam)-ın bayrağını daşıyan igid oğullardan ki, ölümü çiyinlərində daşıyırlar qorxmusan...”
Bu tərtiblə Abdüllah atasını Əli (əleyhissalam)-la müharibəyə təhrik edirdi və onun kənara çəkilməsinə maneçilik törədirdi. Vəli Zübeyr onun sözünə qulaq vermədi və Bəsrədən xaricə çıxdı. Həmin əsasa görədir ki, İmam (əleyhissalam) öz danışıqlarının bir qismətində buyurur:
“Zübeyr həmişə biz Əhli-beytdən idi–o zamana qədər ki, naxələf oğlu Abdullah böyüdü.”
Bu tərtiblə İmam gələcək ataya xəbərdarlıq edib ixtar verdi ki, öz dinlərini qorusunlar və dinlərini öz övladları xatirinə əldən verməsinlər. Yuxarıdakı danışıqdan istifadə olunur ki, Zübeyr bu barədə səhlənkarlıq ya işi pozmaqla məşğul idi. Oğlu Abdüllah isə onu bu işə məcbur edirdi və arzu edirdi ki, atası ali məqam və rəyasətə yetişsin. Ta o, da öz atasının məqamından sui istifadə etsin. Bəli, Zübeyr nübüvvət xanədanından idi. Amma oğlu onu bu böyük iftixardan məhrum etdi.

✬✮✭
İlahi! Sənə çox şükr deyirik ki, bu gücsüzə güclü tovfiq inayət etdin ki, “Nəhcül-bəlağə” okeanının dalğalarında öz bacarığıma görə üzüb faydalanam və bu kitabı ki, 140 dastanı əhatə edir, haqq vurğunları və ədalət aşiqlərinə hədiyyə edim. Bununla da qoy Əli (əleyhissalam)-ın iş bacarığı və yolunu tanıyıb bu yolda addım atsınlar. Hər nə qədər bu böyük elmi və ədəbi dəryada çox üzürdümsə başa düşürdüm ki, heç bir qələmin bu böyük hikmətləri layiq olduğu kimi qələmə almaq iqtidarı yoxdur.

❤ Pərvərdigara! Sənə hədsiz şükr edirəm. Tovfiq inayət etdin ki, böyük təqva və ədalət məktəbi ilə sıx bağlılığımız olsun. Dünya və axirətdə bu böyük İmamın ardıcıllarından olaq. Amin Ya rəbbəl-aləmin, vəlhəmdu lillahi Rəbbil aləmin
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 947
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri