Ağla Şiyə Mahe Məhərrəm gəldi

Müəllif: Ay_işığı
Şərhlər: 4
Baxılıb: 4 680
Səs ver:
(səs: 0)

Ağla Şiyə Mahe Məhərrəm gəldi

Qaralar içində, sinəsi dağlı
Zeynəbin yanında olaydım kaş ki...
Üç balam yanımda, əllərim bağlı,
Zeynəbin yanında olaydım kaş ki...

Cəngə göndərəndə Əliəkbəri,
Abbası, Qasimi, Ovni, Cəfəri,
Ağadan alanda qanlı Əsğəri
Zeynəbin yanında olaydım kaş ki...

Abbası qanına qəltan olanda,
Hüseynin köynəyi əldə qalanda,
Əsğərin boğazı qanla dolanda
Zeynəbin yanında olaydım kaş ki...



Hüseyni atından salınan zaman,
Örtüsü başından alınan zaman,
Başına qırmanclar vurulan zaman
Zeynəbin yanında olaydm kaş ki...

Baxanda meydana, qanlı savaşa,
Şimrin əlindəki o qanlı başa
Qəm çölündə dönüb qara bir daşa
Zeynəbin yanında olaydım kaş ki...

O xaraba qalmış Şam şəhərində
Nazlı Ruqəyyəsi əldən gedəndə,
Hay salıb,ağlayıb ağı deyəndə
Zeynəbin yanında olaydım kaş ki...

Kərbəlada axan qanım olaydı,
Kərbəlada yanan canım olaydı,
Qiyamətdə mənə xanım olaydı
Zeynəbin yanında olaydım kaş ki...

Zeynəb Zeynəlabdiyeva



Yezid göstərib sənə dəhşətləri
Qaldırıb islami həqiqətləri
Gördğ ağam o cür müsibətləri
Dərdlərimin dəvasısan ya HÜSEYN

Yezid o gün hər yeri viran etdi
ƏBULFƏZMİ HUSEYNİMİ qan etdi
Ağam son nəfəsnəcən üsyan etdi
Sən dinimin həyasısan ya HÜSEYN



Qiyamətdə sən ulu pərvərdigar
Bizi HUSEYNNEN ayri vermə qərar
Ya HÜSEYN sənin şiələrin var
Divanələr şəfasısan ya HÜSEYN

Dinimizin nidasısan ya HÜSEYN
Ruhumuzun qidasısan ya HÜSEYN
Sən ağalar ağasısan ya HÜSEYN
Sən ƏLİNİN balasısan ya HÜSEYN



Heyrətdə qoyub aləmi rəftarı Hüseynin,
Gəlməz dəxi bu aləmə təkrarı Hüseynin.

Aşiqlərin əyləşdi könül təxtinə Mövla,
Eşqə özü zivər, dilə göftarı Hüseynin.

Sərvətdə bu dünyadə Hüseynə çatan olmaz,
Yetmiş iki qurban tək olub varı Hüseynin.

Dəydi bir əmud başına, Əkbər yaralandı,
Şad oldu bu qəmdən vəli, əğyarı Hüseynin.



Əbbas ələmdarı idi dəşti-bəladə,
Zeynəbsə əsirlikdə ələmdarı Hüseynin.

Oxlandı Əli Əsğər o Mövla qucağında,
Rəhm eyləmədi zərrə sitəmkarı Hüseynin.

Asandı mənə bunca bəla – söylədi Mövla,
Çün, seyr eləyir aşiqini Yarı Hüseynin.

Sanki gül açıb yarələri sərvəri-eşqin,
Zəhranı salıb qəmlərə gülzarı Hüseynin.



Sanki gül açıb yarələri sərvəri-eşqin,
Zəhranı salıb qəmlərə gülzarı Hüseynin.

Ya Heydəri-Kərrar, yetiş Kərbubəlayə,
Bikəsdi Xanım Zeynəbi-qəmxarı Hüseynin.

Göz yaşını seyl eylədi Səccad ağa ey dil,
Qırx il yanıb odlandı diləfkarı Hüseynin.

Allah adını səbt edə kaş, müshəfi-fəxrə,
Şahin, olasan sən də əzadarı Hüseynin.


Şahin Qurbanov







[media=https://youtu.be/jXUuoZYZTKA]
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 680
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri