Bu diyar əvvəllər boş bir səhra idi. İmamın (ə) qəbrinin bərəkətinə həmin diyar abadlaşdı…

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 561
Səs ver:
(səs: 1)
Kərbəla, Seyyidüş-şühədanın (ə) dəfn olunduğu diyardır. Kərbəla türbəti şəfa verən və bərəkətlidir. Onun fəziləti barəsindən çoxlu hadəslər nəql edilmişdir.

O zaman ki, İmam Əli (ə) Siffeyn döyüşündən qayıdır, Kərbəla diyarından keçən zaman gözləri yaşla dolur və buyurur ki, bu torpaq şəhidləri öz ağuşuna alacaqdır.

Aşura hadisəsi tarixə şəhadətin ən pik nöqtəsi kimi qeydə alınmışdır.

Hər kim şəhadət arzusunda olur, İmam Hüseyni (ə) özünə örnək qərar verir.

Hədislərimiz nəql edir ki, İmam Hüseyn (ə) şəhadətindən əvvəl öz qəbrinin ətrafında olan torpaqları satın alır. Onlara hədiyyələr verərək, buyurur ki, insanlara onun qəbrinə tərəf yol göstərsinlər. Hər kim İmamın (ə) ziyarətinə gələrsə, üç gün qonaq saxlasınlar və onlara xidmət etsinlər.

Halbuki, bu diyar əvvəllər boş bir səhra idi. İmamın (ə) qəbrinin bərəkətinə həmin diyar abadlaşdı və möminlər ora axın etməyə başladılar. İmamın (ə) hərəmi inşa edildikdən sonra isə məşhur olub, adı və şan-şöhrəti bütün dünyaya yayıldı.

Kərbəla o diyardır ki, Allah yanında müqəddəsdir və Allaha daha yaxındır.

Bəziləri onu “Allahın hərəmi “adlandırırlar.

Tarixin nəql etdiyinə görə, bu diyar qədimdə bir çox mədəniyyətlərin mərkəzi olmuşdur. Ona görə də müxtəlif adlara malik olmuşdur, o cümlədən: Kör-babol, Neynəva, Ğazəriyə, Nəvavis, Heyr, Təf, Şəfiyə, Əqr, Nəhri Əlqəmə, Əmura, Mariyəh... (Həvzəh)

Kərbəla o diyardır ki, köklü nəsillər orada sakin olmuşdular. Elmi hövzəyə malik olmuşdular. Şərafətli alimlər orada yaşamışdılar.

Həzrət Abbasın (ə) hərəmi də bu şəhərdədir.

Bu gün Kərbəla nəinki müsəlmanlar, İmam Hüseyni (ə) sevən başqa dininin davamçıları tərəfindən də ziyarət olunur və əziz tutulur.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri