Aşura Günü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 6 353
Səs ver:
(səs: 1)

 

 

1366 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn Kərbəla yaxınlığında öz tərəfdarları ilə birgə şəhid edilib, Yezid ibn Müaviyənin ordusu tərəfindən qətlə yetirilib.
Həmin hadisədən min ildən artıq vaxt keçməsinə baxmayaraq, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedib, Allaha xətir nəzir verir və ehsan paylayır. Bu gün də İmam Hüseyn və onun tərəfdarları olan 71 müsəlman Azərbaycanın bütün məscidlərində anılıb, bununla bağlı mərasimlər keçirilib. Kərbəla şəhidlərinin düşdüyü vəziyyəti xatırladan kiçik səhnəciklər - Şəbihlər qurulub. Qeyd edək ki, 1366 il əvvəl İmam Əlinin oğlu İmam Hüseyn və onun 71 tərəfdarı Kərbala düzündə Yezid ibn Müaviyənin ordusu ilə döyüşə çıxıb. Nəticədə İmam Hüseyn və tərəfdarları şəhid olub. O vaxtdan indiyədək həmin gün, Məhərrəm ayının 10-u Aşura mərasimi qeyd olunur və 40 gün yas saxlanır.


Kərbəla hadisəsi tarixi cinayət olmaqla yanaşı, həm də bir rəmzdir. Peyğəmbərin (s.ə.s) yolunu davam etdirən və haqq-ədaləti özündə əks etdirən İmam Hüseynin (ə) və fasiq əməvi səltənətini özündə əks etdirən Yezid rəmzi.
Hicrətin 1431-ci ili, Məhərrəm ayı. Düz 1370 il bundan qabaq indiki İraq ərazisində yerləşən və Kərbəla adlanan məntəqədə Hüseyn ibn Əli (ə) azsaylı tərəfdarları ilə birlikdə qətlə yetirilir, qadın, uşaq və xəstələr əsir götürülür. Bu günümüzədək tarixdə on beş mindən artıq böyük və kiçik müharibə və inqilablar baş verib. Lakin Kərbəla faciəsi bir neçə baxımdan onların hamısından fərqlidir. Elə bu səbəbdən də qəlblərə həkk olunub.

1. Qətlə yetirilən Hüseyn ibn Əli Həzrət Muhəmmədin (s.ə.s) sevimli nəvəsi idi.

2. Hüseyn ibn Əli həm də haqqında çoxsaylı ayələr nazil olan Əhli-beytin nümyandələrindən, eyni zamanda Məsum imamlardan biri idi.

3.Hüseyn ibn Əli (ə) heç bir cinayət və ya günah iş görməmiş, sadəcə fitnə-fəsad üzərində idarə olunan hakimiyyətə qarşı müxalif mövqe tutmuşdu.

3.Hüseyn ibn Əli (ə) və onun səhabələri o vaxta qədər və ondan sonra müşahidə olunmayan vəhşiliklə qətlə yetirilmişdi.

4.Kərbəla faciəsində ilk dəfə olaraq qadınların namusuna təcavüz olunur və İslam tarixində ilk dəfə olaraq qadınlar əsir götürülmüşdü.

Məhz bu səbəblər üzündən Kərbəla faciəsi nə unudulur, nə də unutdurulur.

İslam tarixində elə bir hadisə yoxdur ki, Kərbəla faciəsi kimi anılıb hər il kütləvi şəkildə qeyd olunsun. Kərbəla hadisəsi qəlblərdə yaşamaqla yanaşı, müsəlmanların adət-ənənəsində də təzahür edir. Məhərrəm ayında halvalar bişirilir, ehsanlar paylanılır və xeyirxahlıq mərasimləri təşkil olunur. Kərbəla faciəsindən sonra sonra Əhli-beytin şəninə layiq olmayan rəvayətlər uydurulsa da, İmam Hüseynin qiyamı hakimiyyət uğrunda mübarizə kimi qələmə verilsə də, bir nəticə vermədi.


KƏRBƏLADA NƏLƏR OLDU?

Müaviyyə ibn Əbu Süfyan ölüm ayağında olarkən oğlu Yezidə vəsiyyət edərək deyir: “Dünyanın dörd bir tərəfində insanlarla beyət etsən də, bu dörd nəfərlə işin olmasın:1) Əbu Bəkrin oğlu Əbdürrəhman. 2) İmam Əlinin (ə) oğlu İmam Hüseyn. 3) Zübeyrin oğlu Abdulla. 4) Ömərin oğlu Abdulla”.
Amma Yezid atasının vəsiyyətinə məhəl qoymadan Mədinə valisi Vəlid ibn Ütbəyə məktub göndərərək onlardan beyət alınmasını əmr edir.
Əbu Bəkrin oğlu Əbdürrəhman Kərbəla ərəfəsində dünyasını dəyişir. Ömərin oğlu Abdulla beyəti qəbul edərək qoyulan şərtlərə təslim olur. Zübeyrin oğlu ilə İmam Əlinin (ə) oğlu İmam Həsən (ə) isə Mədinədən Məkkəyə qayıdaraq oranı özlərinə sığınacaq qərar verir. Zübeyrin oğlu Məkkəyə qayıtsa da, Yezidə qarşı çıxmaqdan imtina edir. Lakin İmam Hüseyn (ə) islamiyyətin mərkəzi olan Məkkə və Mədinə şəhərlərində yaranan fitnə-fəsadlara göz yuma bilməyib azsaylı tərəfdarları ilə birlikdə Yezidin pozğun həyat tərzini ifşa etmək üçün Məkkədə Həcc ziyarətindən səmərəli istifadə etmək qərarına gəlir. Məkkədə olduğu və Kufə camaatının dəvətini alaraq yol tədarükü gördüyü günlərdə yaxın adamları ona bu işdən əl çəkməyi tövsiyə edirlər. Hətta qardaşı Muhəmməd Hənəfiyyə belə onun yanına gələrək deyir: "İndi ki, gedirsən, heç olmasa, uşaqlar və qadınları özünlə aparma”. İmam Hüseyn (ə) ona tarixi bəyanatını verir və bununla əvvəlcədən şəhid olacağı məlum olur. İmam Hüseyn (ə) buyurur: "Şəhidlərlə şahidlər bir arada olmalıdırlar!".
Həqiqətən də əgər faciənin canlı şahidləri İmam Səccad (ə) və Həzrəti Zeynəb (ə) Kərbəlada olmasaydılar, orada baş verənlər olduğu kimi bizə gəlib-çatmaz, çatsa belə, sair tarixi hadisələr kimi təhrifə məruz qalardı.
Kufəlilər "Rəbbim!, məni bu zalım qövmün əlindən qurtar!" ayəsini şüar qərar verərək Məkkəyə sığınan İmam Hüseynin (ə) yanına gələrək Yezidin valisinin arxasında namaz qılmadıqlarını, İmam Hüseynin özünü gözlədiklərini, gələcəyi təqdirdə ona beyət edəcəklərini bildirirlər. İmam Hüseyn (ə) əmisi oğlu Müslimi onların yanına göndərir. Kufə əhalisindən 12000 nəfər onunla beyət edir. Yezid Kufə valisinə Müslimi evində saxlayan Hani ibn Ürvəni həbs etməyi əmr edir. Müslim kufəliləri qiyama çağırdıqda 12000 nəfərdən 4000-i ona arxa olur. Ertəsi gün isə heç kim onunla mübarizəyə qoşulmur. Təkbaşına döyüşən Müslim yaxalanaraq edam olunur.
Kufəlilərin xəyanətindən xəbərsiz olan İmam Hüseyn (ə) artıq yola çıxmışdı. Qadın və uşaqlarla birlikdə onunla yalnız yetmiş iki nəfər var idi. Yezid azsaylı dəstənin üzərinə 40000 nəfərllik silahlı qoşun göndərir. Əsgər toplamayan, ümumiyyətlə, müharibə etmək niyyəti olmayan İmam Hüseyn (ə) onu mühasirəyə alan qoşuna müraciət edərək deyir: "Qoyun adamlarımla birlikdə geri dönüm, ya da sərhədlərin birində ölkəni tərk edim. Buna da razı deyilsinizsə, qoyun Yezidlə özüm görüşüm".
Beləcə, Məhərrəm ayının 10-cü günü İmam Hüseyn (ə) azsaylı silahdaşları ilə birlikdə faciəli şəkildə şəhid edilir. Şəhidlərin paltarları bədənlərindən çıxarılıb atların ayaqları altında dəlik-deşik edilir. Başları bədənlərindən ayrılaraq əzizlərinin gözləri önündə nizələrə keçirilir, şəhərbəşəhər dolandırılaraq Şam şəhərinə, Yezidin sarayına gətirilir. Peyğəmbər (s.ə.s) övladları ağlasığmaz faciə ilə qarşılaşırlar, amma bu onların əzmini əsla sındırmır. Düşmən qarşısında öz qürur və mətanətliyini qoruyub-saxlaya bilirlər. Həzrəti Zeynəbin (ə) və İmam Səccadın yol boyu, xüsusilə də İbn Ziyadın sarayında etdikləri alovlu çıxışlar bunun ən bariz nümunəsidir.
Yezid əlindəki qamçı ilə İmam Hüseynin (ə) kəsilmiş başını oynadan zaman oradakı səhabələrdən biri, Əbu Bəbrzə əl-Əsləmi şeirlə ona xitab edərək deyir: "Çək qamçını, ey Yezid! Sənin qiyamətdə şəfaətçin İbn Ziyad, onun şəfaətçisi isə babası Muhəmməd (s.ə.s) olacaq".

Tarixçilər yazırlar: Yezid İmam Hüseynin kəsilmiş başını qarşısında gördükdə sevinc hissi ilə deyir: "Axır ki, Bədrin qisasını aldım!"

İmam Hüseyn (ə) üçün ilk əzadarlıq hicrətin 61-ci ili, Məhərrəm ayının on birinci günü Kərbəla faciəsində iştirak edən Əhli-beyt nümayəndələri tərəfindən təşkil olunur. Yezid Əhli-beyt nümayəndələrinə üç gün müddətində əzadarlıq mərasimi keçirmələrinə icazə verir.
Yezid günahını yumaq üçün əsgərlərinin Əhli-beytdən qənimət olaraq aldıqları əşyaları artıqlaması ilə onlara qaytarır. İmam Hüseynin (ə) qızı Səkinə onun bu rəftarı haqqında deyir: "And olsun Allaha, kafirlər arasında Yeziddən səxavətlisini görmədim".
Yezidin oğlu Müaviyyə ibn Yezidin atası barədə dediklərinə nəzər salaq: "Babam Müaviyyə qəbirdə günahlarının və etdiyi cinayətlərin əsiridir. Atama gəlincə… Bizim üçün ən ağır şey onun yatdığı yerin indi murdarlandığını bilməyimizdir. Onun getdiyi yer necə də pisdir! Çünki o, Allah peyğəmbərinin (s.ə.s) övladlarını qətlə yetirdi, Allahın haramını halal, halalını haram etdi, bütün bunlar bəs deyilmiş kimi, Kəbəni viran qoydu". Bütün bunlarda düşüncə sahibləri üçün bir ibrət vardır…

 

 

Redakte etdi: PRETTY GİRL

 


(səs: 1)
Şərhlər: 0
Baxılıb: 6 353
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri