Birinci məsələ: Ramazan ayı elə bir nemətdir ki, buna görə şükr etmək vacibdir.
Bacı!
Həqiqətən ramazan ayı Allah təalanın öz mömin qullarına bəxş etdiyi ən
böyük nemətlərindən biridir. Bu, rəhmətlərin endiyi, günah və pis
əməllərin bağışlandığı, əcr (savabların) Allah yanında dərəcələrin iki
qat artdığı, Allah Təalanın qullarını cəhənnəm odundan azad etdiyi bir
aydır. Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və
salamı olsun) demişdir: " Ramazan ayı girdiyi zaman cənnətin qapıları
açılar , cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənərlər."
(Buxari və Müslim rəvayət etmişlər)
Həmçinin Peyğəmbərimiz (ona,
ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: "
kim Ramazan ayının orucunu imanla və savabını Allahdan umaraq tutarsa
bütün keçmiş qünahları bağışlanar, və kim Ramazan ayını imanla və
savabını Allahdan umaraq keçirərsə (namaz və sairə əməllər nəzərdə
tutulur) bütün keçmiş qünahları bağışlanar." (Buxari və Müslim rəvayət
etmişlər)
Allah təala qüdsi hədisdə belə buyurur: " Adəm övladının
hər bir əməli onun üçündür yalnız orucu mənim üçündür, mükafatını da mən
verəcəyəm." (Buxari və Müslim rəvayət etmişlər)
Həmçinin
Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı
olsun) demişdir: " Həqiqətən Allahın ramazan ayının hər bir (günündə)
gündüz və gecəsində cəhənnəm odundan azad etdiyi kimsələr vardır, və
həqiqətən hər bir müsəlmanın duası vardır ki, o duanı etdiyi zaman onu
Allah təala qəbul edər."(imam Əhməd səhih isnadla rəvayət etmişdir), və
bu ayda qədr gecəsi vardır.
Allah Təala buyurur: "Qədr gəcəsi min aydan daha xeyirlidir " (Qədr : 3).
Ey
müsəlman bacım, bunlar səxavətli olan bu ayın bəzi fəzilətləridir. Bu
da Allah Təalanın sənə bəxş etdiyi neymətin əzəmətliyini bəyan edir ki,
səni başqalarının içindən seçdi, oruc üçün,qiyam (namaz) üçün hazırladı.
Neçə insan keçən il Ramazanda bizimlə oruc tutmuşlar, indi isə onlar
qat-qat topraq altında öz qəbirlərində daşlaşmışlar. Müsəlman bacım bu
nemətə görə Allaha şükr et onu günah və pis işlərlə qəbul etmə ki, yox
olar silinər. Şair yaxşı deyib:
Olsan neymət içində qoru onu sən,
yox edər neməti günahlar həqiqətən.
Əhatə et onu qulların rəbbinə itaətiylə,
çünki tez qulların rəbbi qəzəblənəndir.