Zinanın qadağan olması Quran:
«Zinaya yaxınlaşmayın ki, o fahişəlik və pis yoldur.» (İsra, ayə 32) Hədis:
Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir
kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona qəzəblənər və onun bütün
əməllərini batil edər. Əgər öz ərinə xəyanət edərsə, ona qəbr əzabı
verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır.»
(Biharul-Ənvar, c.76,səh. 366, hədis 30)
İmam Əli (ə):«Qeyrəti olan, heç vaxt zina etməz.» (Nəhcül-Bəlağə, hikmət 305)
İmam Sadiq (ə):«Qiyamət günü ən şiddətli əzab, öz nütfəsini ona haram
olan rəhmdə yerləşdirən kişiyə veriləcəkdir.» (Biharul-Ənvar, c.79,səh.
26, hədis 28)
İmam Rza (ə):«Zina bu fəsadlara səbəb olduğuna
görə haram edilmişdir: İnsan qətli, əsl-nəcabətin aradan getməsi,
uşaqların tərbiyəsizləşməsi, irs, miras məsələsinin pozulması və bu kimi
fəsadlar.» (Biharul-Ənvar, c.79,səh. 24, hədis 19)
Zinanın nəticələri
Allahın Peyğəmbəri (s) :«Ey Əli! Zinanın altı nəticəsi var: üçü
dünyada, üçü axirətdə üzə çıxar. Dünyadakı nəticələri budur ki,
abır-həyanı aparar, ölümü tezləşdirər və ruzini kəsər. Axirət nəticələri
isə ağır və dəqiq hesabatın aparılması, Rəhman Allahın qəzəbi və
Cəhənnəm odunda əbədi qalmaqdan ibarətdir.» (Biharul-Ənvar, c.79,səh.
22, hədis 15)
İmam Əli (ə):«Zina yoxsulluq gətirər.» (Biharul-Ənvar, c.79,səh.23, hədis18)
İmam Baqir (ə):«Allahın Rəsulunun (s) kitabında belə yazıldığını
gördük:«Məndən sonra zina aşkarda olunacağına görə qəfil ölümlər
çoxalar.» (əl-Kafi, c.2,səh. 374, hədis 2)
İmam Sadiq (ə):«Zina geniş yayılanda zəlzələlər baş verər.» (Təhzibul-Əhkam, c.3, səh. 148, hədis 318)
Bədənin hər üzvünün zinadan bəhrəsi var
Məsih (ə):«Ətirlənib bayıra çıxan qadın, nə qədər ki, onun ətri
başqalarının burnuna yetişir, zinakardır və ona baxan hər bir göz zina
edir.» (Tənbihul-Xəvatir, c.1, səh. 28)
Məsih (ə):«Sənə məxsus
olmayan qadına gözünü dikmək olmaz. Çünki gözünü (naməhrəmə baxmaqdan)
saxlayanadək, heç vaxt zina etməzsən. Əgər naməhrəm qadının hətta
libasına baxmamağı bacarsan, belə et.» (Tənbihul-Xəvatir, c. 1,səh. 62)
Allahın Peyğəmbəri (s):«İnsanın bədən üzvlərinin hər birinə zinadan bir
bəhrə yazılmışdır ki, istər-istəməz ona yetişər. Məsələn, gözün zinası
(naməhrəmə) baxmaq, ayağın zinası günaha tərəf getmək və qulağın zinası
haram səslər eşitməkdir.» (Kənzul-Ummal,hədis 13026)
Mənbə: Mizanul-Hikmət
Zina və onun ziyan verici əsərləri haqqında hədislər
Allahın Rəsulu (s.a.a.) buyurur: "Tövratda belə yazılmışdır ki,
Allah buyurur: Mən qatillərin qatili, zina edənləri fəqir və pərişan
edən Allaham!” (Kafi 5/ 554)
İmam Sadiq (ə) buyurur: "Zina
edənin altı xüsusiyyəti vardır ki, üçü dünya da üçü də axirətdə şamil
olur. Dünyaya aid olanlar abırsızlıq, fəqirliq və ömrün qısalması,
axirtədə aid olanlarsa Allahın qəzəbinə düçar olmaq, hesabın çətinliyi
və əbədi olaraq cəhənnəm əzabında qalmaqdır”. (Kafi 5/ 541)
Allahın Rəsulu (s.a.a.) buyurur: " Ey cammat, zina etməyin, (əks halda)
qadınlarınız da zina edəcəkdir (hər günah etsən, onu müvafiq cəza
görəcəksən)”. (Kafi 5/ 554)
Allahın Rəsulu (s.a.a.) buyurur:
"Hər kəs haram yolla qadınla qol-boyun olsa, şeytanla birlikdə atəşdən
olan zəncirlə bağlanıb cəhənnəmə atılacaqdır”. (Mən la yəhzuruhul-fəqih
4/ 14)
Həzrəti İmam Sadiq (ə) buyurur: "İnsan hər hası yolla
(qanunsuz yolla) inzal etsə (məni, sperma xaric etsə) zina
hökmündədir”. (Kafi5/ 54)
Allahın Rəsulu (s.a.a.) buyurur: ”Məlundur o, kəs ki, heyvanlarla cinsi yaxınlıq edə”. ( Kafi 2/ 270)
Allahın Rəsulu (s.a.a.) buyurur: "Qadınların bir-biri ilə (cinsi
ehtirasla) bir yatağa girməsi zinadır”. (Kənzul-ummal 5/ 316)
Mənbə: Peyğəmbər (s) və Əhli-Beyt (ə) gülüstanından bir dəstə gül