Sözü üzə demək nə qədər yaxşıdır ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 717
Səs ver:
(səs: 1)
 

Açıq və səmimi olmaq bəzən yaxşı ola bilər, bəzən də yox. Ancaq bəzən dostlar və ya qohumlarla açıq danışmaq rabitələri daha da pisləşdirər. Bəs sözü üzə demək nə qədər yaxşıdır? (Tebyan) 

İnsan ətrafındakılarla yaxşı danışmağa çalışmalıdır. Bu Quranın əmridir. "İnsanlarla xoş dillə danışın”. ("Bəqərə” 83). Yaxşı danışmaq bu mənadadır ki, qarşı tərəfi danışan zaman təhqir etməyəsən, ya da söyüş söyməyəsən. Ya da haqq yerinə batil sözlər deyəsən.

Sözü üzə demək bəzən yaxşı nəticələr verir, ancaq bəzən də pis. Ancaq o yerdə ki, açıq danışmaq lazımdır, sözünüzün iffətini qoruyun. Açıq danışan zaman düz danımağa, ixlaslı olmağa diqqət edin. Belə olan zaman insan qəlbində olanları qarşı tərəf çatdıra bilir. Ancaq qəlbində olan hər şeyi bayıra tökmək də bəyənilmir. Çünki insan açıq danışan zaman istər-istəməz kinayəli sözlərlə qarşı tərəfi sancmağa çalışacaqdır.

Ona görə hər bir halda şəraiti ölçüb-biçib, sonra danışmaq lazımdır. O yerdə ki, sözü üzə demək məsləhətdir, kinayəli sözlər təsir qoyucudur, gülər üzlə sözünüzü deməyə çalışın. Ancaq bu zaman qarşı tərəfə hörmətsizlik etməyin.

Bəzən gündəlik həyatımızda elə anlar olur ki, bəzi insanların istəklərinə qarşı çıxırıq. Çünki bu istəkləri yerinə yetirmək ya bizim gücümüz çatacaq qədər deyildir, ya da ziyana gətirib çıxaracaqdır. Bəs belə olan zaman nə etməli? Bəziləri yalana müraciət edirlər. Halbuki, ədəbə riayət edərək, sözü açıq deyib, bu ziyandan xilas olmaq olar. Məsələn, əgər kimsə bizdən kömək istəsə, bizim də ona kömək etməyə imkanımız olmasa, qarşı tərəflə açıq olaq. Ona deyək ki, sənə kömək etmək istəyərdim, ancaq bu işi görməyə mənim gücüm çatmaz. Bu zaman qarşı tərəfə başqa yollar göstərək, onu hidayət etmək olar. Bu işi görmək yalandan daha yaxşıdır.

Peyğəmbərlər (ə) və İmamlar (ə) sözlərində həmişə qətiyyətli olmuşdular. Həzrət İbrahim (ə) insanlara qarşı çox mehriban idi. Ancaq xüsusi qətiyyətlə onlara deyərdi: "Tfu həm sizə, həm də ALLAHın yerinə ibadət etdiklərinizə! Heç düşünmürsünüz?!”. ("Ənbiya” 67). İslam Peyğəmbəri (s) görəndə ki, müşriklər onun sözünü qəbul etmirlər, qətiyyətlə onlara deyərdi:"(Ya Peyğəmbər!) De: "Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri), Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz, Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm””. ("Kafirun” 1-4).

İmam Əlinin (ə) həyatına nəzər salan zaman onun da düşmən qarşısında nə qədər qətiyyətli və açıq sözlü olduğunu görürük. İmamlar (ə) daima zalımları zülmünü üzlərinə demişdilər. İmam Əlinin (ə) əxlaqi sifətlərindən biri də açıq sözlü olması idi. İmamın (ə) xəlifə olduğu dövrə nəzər salan zaman hökumət işlərində və beytul-malın idarə olmasında nə qədər qətiyyətli olduğunun şahidi oluruq.

İmam Əli (ə) Əşəs ibni Qeysə buyurur: "(Beytul-maldan) sənin öhdənə olanı ver. Əks halda səni qılıncla vuracağam”. O, da öhdəsində olanları İmama (ə) verir.

İmam Əli (ə) Ziyad ibni Əbihə yazır: "ALLAHa and içirəm, düz and, əgər mənə xəbər çatsa ki, müsəlmanların sərvətinə xəyanət etmisən, az və ya çox, səni o qədər incidərəm ki, malın azalar. Ailənin gəliri çiyinlərində ağırlıq edər. Xar və pərişan olarsan”.

Bəzən biz qarşı tərəfdən elə sözlər eşidirik ki, narahat oluruq. Ancaq bəzən qorxudan, bəzən də incitməmək üçün cavabını vermirik. Öz nəfsimizi zəif və ləyaqətsiz hiss edirik. Bu məğlubiyyəti aradan qaldırmaq üçün qarşı tərəfin eybini axtarır və ya qeybətini edirik. Bunun özü böyük və xoşagəlməz günahdır. Mənası budur ki, mən bəzi insanlardan qorxuram, cavabını vermirəm. Ancaq Böyük ALLAHdan qorxmuram, Onun qəzəbinə etina etmirəm.

Bunu bilmək lazımdır ki, heç kim ALLAHdan böyük deyildir. Ondan başqa heç kimdən çəkinmək lazım deyildir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri