Sirat körpüsü nədir?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1468
Paylaş:
Səs ver:
(səs: 5)
Sirat sözü aydın yol deməkdir. Sirat Qiyamət günü Cəhənnəmin üzərində qurulacaq körpüdür ki, əvvəlincilərdən axırıncılaradək bütün insanlar onun üzərindən keçəcəklər. Həmçinin, məhşərdəki cənnətliklər onun üzərindən keçib Cənnətə daxil olacaqlar. Quranda və səhih hədislərdə bu körpünün həqiqət olduğuna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur:
"İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik” (Məryəm, 71-72).
Burada Cəhənnəmə varid olacaq deyildikdə, Siratın üstündən keçmək nəzərdə tutulur. Həmçinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "...Bundan sonra Körpü gətiriləcək və Cəhənnəmin üzərində qurulacaqdır.” Soruşduq: "Yə Rəsulullah! O nə körpüdür elə?” Dedi: "Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar vardır. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən – kimisi bir göz qırpımında, kimisi şimşək tək, kimisi külək kimi, kimisi də ən bərk qaçan cins at və ya adi bir atlı kimi sürətlə həmin körpünün üstündən keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin axırda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Lap axırıncılar isə o Körpünün üstündən sürünə-sürünə keçəcəklər”.
Siratı vəsf edən bir çox dəlillər vardır. Onların məzmunu ondan ibarətdir ki, sirat tükdən nazik, qılıncdan iti və həm də sürüşkəndir. Uca Allahın sabitqədəm etdiklərindən başqa heç kəs onun üzərində dura bilməyəcək, zülmətdə insanlara onların imanlarına görə nur saçılacaq və az öncə qeyd etdiyimiz hədisdə göstərildiyi kimi, imanlarına görə onun üzərindən keçəcəklər.

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 1468
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv