Çağırış

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 873
Paylaş:
Səs ver:
(səs: 4)
Muhəmməd peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - Allahın ən sevimli dostu, Onun sonuncu peyğəmbəri və bütün bəşəriyyətə göndərdiyi elçisi, habelə ən abid, ən əxlaqlı, ən həlim, Allahı ən yaxşı tanıyan və Ondan ən çox qorxan bir insan olmuşdur. Allah onu ən gözəl əxlaq sahibi etmişdir. Peyğəmbərə iman gətirmək imanın altı əsasından biri sayılır. Ona iman gətirmək üçün isə onu tanımaq gərəkdir. Onu tanımadan ona iman gətirmək qeyri-mümkündür. Peyğəmbərimiz Muhəmməd miladi tarix ilə 571–ci ildə Məkkə şəhərində anadan olmuşdur. O, Muhəmməd ibn Abdullah ibn Abdulmuttalib ibn Haşimdir. Onun atasının adı Abdullah, anasının adı isə Əminədir. O hələ dünyaya göz açmamışdan əvvəl atası vəfat edir. Bir neçə ildən sonra isə anası dünyasını dəyişir. Bundan sonra o, babası Abdulmuttalibin himayəsində qalır. Babası vəfat etdikdən sonra əmisi Əbu Talib ona qəyyumluq edir. O, Məkkə şəhərində Allahın himayəsi altında təmiz bir həyat sürərək dürüst şəxsiyyət kimi böyüyür. O, həyatı boyu bir yalan belə söyləməmiş və heç kəsə pislik etməmişdir. Hətta, öz həmyerliləri onu "Muhəmməd Əmin”, "Etibarlı Muhəmməd” deyə çağırırdılar. İyirmi beş yaşına qədəm qoyduqda o, Məkkənin ən təmiz və ən zəngin qadınlarından olan Xədicə bint Xuveylid ilə evlənir və ondan altı övladı dünyaya gəlir. Qırx yaşına çatdıqda Uca Allah ona peyğəmbərlik bəxş edərək onu bütün bəşəriyyətə elçi olaraq göndərir və onun vasitəsilə Öz nurunu bütün dünyaya yayır. Peyğəmbərimiz Məkkədə İslam dinini üç il gizli, on il də açıq şəkildə təbliğ edir. O, insanları özlərinin və ata-babalarının ibadət etdiyi daşlardan və bütlərdən çəkindirərək yalnız Allaha ibadət etməyə, Ona heç bir şeyi şərik qoşmamağa çağırır. O, insanlara namaz qılmağı, zəkat verməyi, oruc tutmağı, doğru söz söyləməyi, əmanətə xəyanət etməməyi, qohumluq əlaqələrini qoruyub saxlamağı, qonşularla yaxşı münasibətdə olmağı əmr edir. Habelə, haram işlərdən, haqsız yerə qan tökməkdən, yalan və pis sözlər danışmaqdan, yetimin malını yeməkdən, namuslu qadınlara böhtan atmaqdan çəkindirir. Buna baxmayaraq Məkkə müşrikləri bu dini qəbul etmək və batil inanclarından əl çəkmək istəmirdilər. Həmin dövrdə Məkkədə və bütün Ərəbistan yarımadasında bütpərəstlik son həddə çatmışdır. Belə ki, Kəbənin içində 360-dan çox büt var idi. Hər qəbilə ibadət etdiyi bütü Kəbənin içinə yerləşdirir və vaxtaşırı onları ziyarət etməyə gəlirdilər. Məkkədə yaşayan və Kəbəyə baxan Qureyş qəbiləsi əsasən həmin ziyarətlərin hesabına gəlir əldə edirdi. Ona gərə də Peyğəmbəri qəbul etməməyin səbəblərindən biri iqtisadi maraqlar idi. Allahın dininə qarşı çıxan Məkkə müşrikləri Peyğəmbərin dəvətinin qarşısını almaq üçün hər cür vasitəyə əl atırdılar. Onlar Peyğəmbəri ələ salır, onu sehrbaz, kahin, dəli adlandırır, iman gətirən müsəlmanlara hər cür işgəncə və əzab-əziyyət verməkdən çəkinmirdilər. Hətta iş o yerə gəlib çatmışdır ki, Peyğəmbərin həyatına qəsd etməyə cəhd etdilər. Peyğəmbər və onunla bərabər müsəlmanlar on üç il Məkkədə müşriklərin əzab-əziyyətlərinə səbir edib dözdülər. Bundan sonra Allahın əmri ilə Peyğəmbər iman gətirənlərlə Mədinəyə hicrət etdi. Mədinədə olanların əksəriyyəti onu qəbul etdilər və mühacir müsəlmanlara sığınacaq verdilər. O, Mədinədə İslamı təbliğ etməyə davam etdi və nəticədə insanlar İslam dininə dəstə-dəstə daxil olmağa başladılar. Nəhayət, bütün Ərəbistan yarımadası İslamı qəbul etdi. Muhəmməd peyğəmbər on il Mədinədə yaşadıqdan sonra altmış üç yaşında vəfat etdi və Allahın rəhmətinə qovuşdu. İnsanları dünya və axirətdə səadətə, əmin-amanlığa qovuşduracaq İslam dini Qiyamətə qədər davam edəcəkdir. Uca Allah bizə Peyğəmbərin yolunu tutub getməyə və onun layiqli ardıcıllarından olmağa müvəffəq etsin!

loading...
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 873
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Allah razi olsun
23 aprel 2016 18:51
11
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
vipbetul
Amin insallah
11 mart 2015 02:12
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Wappuw
Mehemmed Es haqinda her zaman oxuyuram,,twk elinize saglik
25 fevral 2015 03:08
9
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
ece uslu
bu haqda yeterince melumatim var hemiwe de oxuyuram
25 fevral 2015 01:18
8
Offline
Sucan
Xeber ucun tssekkurumu bildirmek isteyirem cok sagol
24 fevral 2015 22:45
7
Offline
Qlamurr
Allah razı olsun,bu haqda məlumatım var və düşünürəm ki,Peyğəmbərimizin(s.a.s) həyatını hamımız bilməliyik və onun yaşamını həyatımıza tətbiq etməliyik....
24 fevral 2015 19:55
6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
efsane..
Allah razi olsun bu haqda oxumusdum melumatli idim eziz Peygemberimizin (s.a.s ) heyatini bilib onun getdiyi duzlerle getmek borcumuzdur Allah bu gozellikle getmeyi her kese nesib etsin
24 fevral 2015 15:20
5
Offline
BARBI
Mende hemise peygemberimiz ve onun gozellikleri haqda oxuyuram
24 fevral 2015 12:16
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
aziz a
Cox lazimli xeberdi ,melumatimiz olsada , tekraren oxumaqda fayda var, cox tesekkur
24 fevral 2015 12:08
3
Rebbim kömek olsun cümlemize Amin
Offline
Fialka
Peyğəmbərimiz haqqında onun həyatından bəhs edən kitab oxumuşam birazda olsa məlumatım var
xəbərə görə Allah razı olsun
24 fevral 2015 11:55
2
Offline
AYKA-ISI
xeber ucun tewekkurler Allah razi olsun
24 fevral 2015 11:35
1
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv