Şeir haqqında hədislər

Müəllif: Qlamurr
Şərhlər: 9
Baxılıb: 987
Paylaş:
Səs ver:
(səs: 3)
Peyğəmbər - sallallahu aleyhi və səlləm - şeir haqqında demişdir: "Şeir söz kimidir. Yaxşısı, yaxşı söz kimi, pisi də pis söz kimidir” (Ədəbul-Mufrəd, 865).
 
Digər hədisdə Peyğəmbər belə demişdir: "Şeirin bir qismi hikmətdir” (Səhih əl-Buxari, 6145).
 
Şeirin yaxşısı insanları haqqa və düz yola çağırır, pis olanı isə küfrü və günahları tərənnüm edir. Uca Allah Quranda haqq yoldan azmış şairləri belə vəsf edir:"Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şeir uydurur) və etmədikləri şeylərə aid söhbət açırlar? Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər” (əş-Şuəra, 224-227).
 
Əbu Hureyrə rəvayət edir ki, Rəsulullah demişdir: "Şair tərəfindən deyilmiş ən doğru söz, Ləbidin bu sözüdür: "Allahdan başqa nə varsa, fanidir.” Umeyyə ibn Əbu Səltə gəlincə, o, az qalmışdı ki, müsəlman olsun.” (əl-Buxari, 5795).
 
Ləbid ibn Əbu Rəbiə islamaqədərki dövrdə məşhur şair olmuş, sonradan İslamı qəbul etmişdir. O, müsəlman olduqdan sonra: "Mənə Quran yetər!”– demişdir. Ləbid hicrətin 41-ci ilində, yüz qırx yaşında vəfat etmişdir. Umeyyə ibn Əbu Səlt əs-Səqəfi isə İslam dininin gəldiyi dövrlərdə yaşamış, lakin Islamı qəbul etməmişdir. Buna rəğmən o, öz şeirlərində həqiqətləri əks etdirmiş və haqqı bəyan etmiş, etiqadı müsəlman əqidəsinə yaxın olmuşdur. Elə bu səbəbdən də Peyğəmbər onun barəsində bu sözü söyləmişdir. Həmçinin, rəvayət edilir ki, Şərid demişdir: "Mən Peyğəmbərin tərkində yol gedərkən, ona Umeyyə ibn Əbu Səlt əs-Səqəfinin şeirindən yüz beyt oxudum. Mən hər dəfə bir beyt oxuduqda, o mənə: "Davam et!”– deyirdi. Nəhayət, mən ona yüz beyt oxudum. Sonra Peyğəmbər mənə belə buyurdu: "O, az qala ki, müsəlman olacaqdı.”
 
Cundub ibn Sufyan əl-Bəcəli demişdir: "Döyüşlərin birində Rəsulullahın ayaq barmağı daşa dəyib yaralandı və ondan qan axmağa başladı. Onda Rəsulullah dedi: "Sən ancaq qanayan bir barmaqsan! Sənə üz vermiş bu müsibət Allah yolundadır!”
 
Cabir ibn Səmurə demişdir: "Mən Peyğəmbərlə birlikdə yüzdən çox məclisdə iştirak etmişəm. Bəzən məclislərdə onun səhabələri şeir deyər və öz şeirlərində cahiliyyət dövrünə aid olan şeyləri zikr edərdilər. Peyğəmbər isə sakitcə buna qulaq asar, hərdən də onlara təbəssüm edərdi.” (Tirmizi, 2854). Burada "cahiliyyət dövrünə aid olan şeylər” deyildikdə, həmin dövrdə söylənilmiş, həm də batil mənalar ifadə etməyən, bəyənilən şeirlər nəzərdə tutulur. Peyğəmbərin bu və digər səhih hədislərindən məlum olur ki, hikmətli şeir parçalarını həm demək, həm dinləmək, həm də tərif etmək olar. Ələlxüsus da İslam dinini yaymaq və ya onu müdafiə etmək məqsədilə münasib yerlərdə və uyğun məqamlarda şeir demək icazəli əməllərdəndir.

loading...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 987
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aziz a
"Mene Quranda yeter" ne gozel sozdu bu......
18 mart 2015 18:17
9
Rebbim kömek olsun cümlemize Amin
Offline
Nergizz
gozel maraqli ve lazimli xeberdi twk,
18 mart 2015 16:44
8
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
emis
gozel xeber geldi melumatim yox idi bu haqda tesekkur edirem
18 mart 2015 16:16
7
Offline
my_angel
Cabir ibn Səmurə demişdir: "Mən Peyğəmbərlə birlikdə yüzdən çox məclisdə iştirak etmişəm. Bəzən məclislərdə onun səhabələri şeir deyər və öz şeirlərində cahiliyyət dövrünə aid olan şeyləri zikr edərdilər. Peyğəmbər isə sakitcə buna qulaq asar, hərdən də onlara təbəssüm edərdi.” (Tirmizi, 2854).

Heç bir məlumatım yox idi.Təşəkkürlər 20
18 mart 2015 15:22
6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
SEVGI DENIZIM
bilmirdim
18 mart 2015 13:22
5
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Offline
vipbetul
mende eshtimishdim ki sairler seir yazmaq gunahdi
18 mart 2015 12:50
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Qlamurr
Xəbəri redaktə edənə təşəkkür..Həqiqətəndə hikmətli şeir parçalarını həm demək,həm dinləmək,tərif etmək olar,çünki bu parçalarda insanı kamilləşdirən,tərbiyələndirən,yaxşı mənada əxlaqına təsir edən fikirlər öz əksini tapır,nəinki boş,mənasız şeirlər,insanı sadəcə cəhalətə sürükləyir.
18 mart 2015 12:43
3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
BARBI
Duzunu desem evveller seirleri hec sevmirdim yasa dolduqca fikirlerde zowqlerde deyisilir daha cox satirik seirleri sevirem
18 mart 2015 12:42
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Həqiqətən şeir söz kimidi, yaxşısı da olur, pisidə və yaxudda heç elə olur ki, ona şeir demək günah olur buna misal Elzanın şeirlərini göstərmək olar. Ümumiyyətlə əsas şeirin məzmunu gözəl olmalıdı hansı vəzndə yazılmağından asılı olmayaraq...Təşəkkürlər.
18 mart 2015 12:33
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv