Mehr və kəbin haqqının ödənilməsi zərurəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 002
Səs ver:
(səs: 2)
Ailələr arasında baş verən səmimi danışıqdan sonra oğlan və qız İslam prinsipləri əsasında, ifrat və təfritə yol vermədən mehr haqqında razılığa gəlməlidirlər. Əlbəttə, mehr məsələsini nə qədər asanlaşdırıb onun miqdarını orta səviyyədə saxlasalar, bir o qədər Haqqın razılığına səbəb olar.
İslam övliyaları qız və oğlanların nikah məsələləri rahat həll olunması üçün mehr məsələsini çətinləşdirməməyi, ağırlaşdırmamağı tə᾽kidlə tövsiyə etmişlər.
Ailələr «mehr ağırdır» -deyə, ailə həyatlarının davam edəcəyini düşünməsinlər. Ağır mehrlərlə atası evinə qayıdan, xar olan çox qızlar müşahidə olunmuşdur!
Bu növ məsələlərdə Allahın lütf, rəhmət və inayətinə güvənin. İki tərəfdən birinin təhqir olunacağına səbəb olan məsələlərdən qəti şəkildə çəkinin.
Mehr məsələsində müəyyən razılıq əldə olunduqdan sonra əsl tərəflər, yə᾽ni qız və oğlan onun miqdarını tə᾽yin etməlidirlər. Nikah bağlandığı andan e᾽tibarən mehrin yarısını ödəmək kişiyə vacib olur. Qalan hissəsi isə toydan - bir yastığa baş qoyduqdan sonra şər᾽i bir borc olaraq kişinin boynuna gəlir. Əgər bu haqq nikah bağlandıqda ödənilərsə, bu zaman kişi öz borcunu ödəmiş, qadın da öz şər᾽i və qanuni haqqını almış olar.
Gənclər bu məsələyə diqqət yetirməlidirlər. Mehrin ödənilməsi onlar üçün bir zərurətdir. Əks təqdirdə, böyük bir günaha düşmüş olacaqlar.
Mehrin ödənilməsi elə bir həqiqətdir ki, Qur᾽anın «Bəqərə» surəsinin 236, 237, 241, «Nisa» surəsinin 4, «Qəsəs» surəsinin 27, 28 və «Əhzab» surəsinin 49-cu ayəsində açıqca bəyan edilmişdir. Mehr məsələsində heç bir şəxsin qadına azacıq da olsa, zülm etməyə haqqı yoxdur.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Qadının mehrini ödəməyən – beləliklə də ona zülm edən şəxs Allah yanında zinakar sayılır. Qiyamət günü Allah-təala ona xitab edər: «Ey mənim bəndəm! Mənimlə bağladığın əhd (kəbin) əsasında kənizimi sənə halal etdim. Mənimlə bağladığın peymana vəfa qılmadın. Ona zülm etdin». Sonra qadının haqqı qədərincə kişinin yaxşı əməllərindən götürüb, arvadının yaxşı əməlləri üzərinə qoyarlar. Əgər arvadının haqqını ödəmək qədərincə yaxşı əməli olmazsa, əhdinə vəfa qılmadığı üçün onu oda atarlar. Əhd-peyman (böyük) məs᾽uliyyətdir». (Bihar, 100-cü cild, səh-349.)
İmam Sadiq (ə) buyurur: «Oğrular üç zümrədən ibarətdirlər: Zəkat verməkdən boyun qaçıranlar, qadının mehrini yemək və qarət etməkdən çəkinməyənlər və borc alıb, onu qaytarmaq fikrində olmayanlar». (Həmən mənbə.)
Həzrət Rza (ə) ataları vasitəsi ilə Peyğəmbərdən (s) nəql edir ki, Allah-təala üç günahdan başqa bütün günahları bağışlayır. O üç günah qadının mehrindən boyun qaçırmaq, fəhlənin əmək haqqını verməmək və azad insanı satmaqdan ibarətdir. (Həmən mənbə, səh. 350-351)
Həzrət Sadiq (ə) buyurur: «Ən böyük günah günahsız insanı öldürmək, mehr ödəməkdən boyun qaçırmaq və fəhlənin əmək haqqını ödəməməkdir». (Həmən mənbə).
İslam övliyaları kəramət sahibi olan qadınlara tövsiyə edirlər: «Mehri bağışlamaq üçün münasib olan bir şərait gördükdə, səxavət nişanəsi olan bu əxlaqi əməli həyata keçirsinlər».
Həzrət Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə buyurulur: «Nikah zamanı, hələ əri ilə bir yastığa baş qoymayan hər hansı bir qadın öz mehrini ona bağışlayarsa, onun əməl naməsinə mehrin hər bir dinarının qarşılığında bir kölə azad etmə savabı qeyd olunur». Soruşdular: «Ya Peyğəmbər! Bu bəxşiş toy mərasimindən sonra baş versə, necə?» Rəsulullah buyurdu: «Toy mərasimindən sonra bağışlanan (halal olunan) mehr, məhəbbət və ünsiyyətin nəticəsidir». (Bihar, 100-cü cild, səh-351.)
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri