Fitrə kimə, nə qədər verilməlidir?

Şərhlər: 3
Baxılıb: 585
Paylaş:
Səs ver:
(səs: 1)
Ramazan Bayramında fitrə vermək də vacibdir. Ona görə də müsəlmanlar bu şərtə əməl etmək üçün ailə üzvlərinin sayına uyğun fitrə çıxmalıdırlar. Qeyd edək ki, ötən ildən fərqli olaraq bu il QMİ sədri H.A.Paşazadə adambaşına düşən fitrənin məbləğini də açıqlamadı. QMİ-dən bildirdilər ki, bu məbləğ üç kiloqram buğda, xurma, unun dəyəri ola bilər. Orta hesabla adambaşına üç manat fitrə çıxmaq olar: «Fitrə elə məbləğdə çıxılmalıdır ki, ayrılan fitrə hesabına xüsusi verildiyi adam evində bayram süfrəsi aça bilsin. Çünki fitrə sədəqə deyil. Fitrənin məramı odur ki, ayırdığın pulla hansısa sosial baxımdan çətinlik içərisində yaşayan insanın evində bayram süfrəsi açılsın».

Binəqədi Rayon Dini İcmasının sədri Mirpaşa Bayramov da fitrənin konkret hansısa məbləğdə çıxılmasının şərt olmadığını söyləyir. M.Bayramov deyir ki, şəriətə görə fitrə adambaşına 3 kq buğda, un, yaxud xurmanın qiymətini hesablamaqla çıxarılmalıdır: «Ola bilər ki, hansısa ailənin gəliri o qədər də yüksək deyil. Bu zaman həmin insan öz imkanına uyğun istər 3 kiloqram buğdanın, istərsə də eyni çəkidə unun dəyərində fitrə çıxa bilər. Fitrə çıxarkən bütün insanlar düşünməməlidirlər ki, onların verdikləri xüms hesabına hansısa imkansız ailə bayram süfrəsi aça bilməlidir. Çünki belə şəxslərə fitrə əksər hallarda bir yox, bir neçə insan tərəfindən verilir».

M.Bayramov maddi imkanı daha da məhdud olan insanların, hətta çox cüzi məbləğdə fitrə çıxmasının mümkün olduğunu söylədi: «Belə halda ailə sahibi evdəki adamların sayından asılı olmayaraq 1, yaxud 2 manat ayırıb həyat yoldaşına verə bilər. Həyat yoldaşı isə həmin pulu uşağına verməli, ailədə çox uşaq varsa, ayrılan fitrə beləcə bir-birinə ötürülməklə çıxarıla bilər».
İcma sədri bayram gecəsi evdə olan qonağın da fitrəsini verməyin ev sahibinin boynuna düşdüyünü söylədi.

O ki qaldı fitrənin kimlərə və nə vaxt verilməsinə, M.Bayramov deyir ki, fitrə ilk növbədə yaxın ətrafdakı imkansız insanlara verilməlidir. Əgər yaxında belə insan olmasa, kənardan imkansız və əlsiz-ayaqsız adam axtarmaq olar. Fitrə pulu isə bayram axşamı ayrılmalı, bayrama qədər imkansız insanlara çatdırılmalıdır.

loading...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 585
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
bu barede bilirem bayramin en gozel anlarindan biride odurki kimese el tutursan komeklik edirsen
19 iyun 2016 13:27
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Onun_Mələyi
fitre vermek vacibdir ama elsiz ayqsiz.iwliye bilmiyen insanlara verilmelidir.bezen ele olurku qaracilar qelir fitre isteyir eslen onlara.verilesi deyil .esasda kiwi dilenciler.nollub kiwesen de qet iwle .ayib deyilmi dilencilik edirsen,nervi oluram olara qapi qapi duwurler allahdan duadan daniwirlarr.onlar cox terbiyesiz utanmiyan insandirlar.onlara qore ayib deye bir wey yoxdu.dilencilik edirler ama ele.evleri ewiyleri var kiii...
19 iyun 2016 12:13
2
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Offline
Totu
Fitre vermek vacibdir hemde yaxşidir.
19 iyun 2016 10:27
1
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv