Hicri
təqvimlə cəmadiüs-sani ayının 20-si (bu il 30 mart) dünya və axirət
xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım
Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür. Həmin gün İslam aləmində
Qadınlar bayramı kimi də qeyd edilir.
Xanım
Fatimənin (s.ə) dünyaya gəldiyi gün İslam aləmində ən əlamətdar
günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyi o səviyyədədir ki,
Allah-taala xanım Fatimənin (s.ə) dünyaya gəlişi münasibətilə
Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-kərimin «Kövsər»
surəsini əta edir.Öz qısa, lakin mənalı həyatı ilə xanım Fatimeyi-Zəhra
(s.ə) hər dövrdən olan iman əhlinə, gələcək nəsillərə, ümumilikdə
bəşəriyyətə ibrət dolu bir irs qoyur.
Tərbiyə
etdiyi İmam Həsən və İmam Hüseyn, xanım Zeynəb və Ümmü Gülsüm kimi
övladları, xanım Zəhranın (s.ə) ilahi kamillik yolunun
nümunələrindəndir.
Allah-təala
insanları bu Xanıma xatir yaratdı. Arzumuz budur ki, insanlar və
xüsusən xanımlar bu Xanımı tanısınlar və onun yolu ilə getsinlər ki,
özləri nahəyət bir dərəcəyə yetişə bilsinlər.