Gözəl əxlaq - kamil orucun şərti

Müəllif: NoName
Şərhlər: 5
Baxılıb: 507
Paylaş:
Səs ver:
(səs: 2)
Mötəbər hədis və rəvayətlərdən məlum olur ki, Allahın ayı olan Ramazanın əzəmət və böyüklüyü insan ağlının bunu dəyərləndirmək bacarığından qat-qat ucadır.

İnsan təsəvvürü bu ayın ucalığını və bu ayın qaydalarına əməl edən şəxsin qazanacağı savabın miqdarını anlamağa qadir deyil. Elə buna görə Allahın Rəsulu (s) buyurmuşdur: "Əgər bəndə Ramazanda nə qədər dəyər olduğunu bilsə, hər ilin Ramazan olmasını istəyər" (Biharül-ənvar, 93-cü cild, səh. 346). Və elə buna görə cənnətin səkkiz qapısından birinin "rəyyan" adlandığı, bu qapıdan yalnız orucunu kamil şəkildə tutanların daxil ola biləcəyi söylənilir. "Oruc mənə görə tutulur və onun əvəzini mən verəcəyəm" hədisi-qüdsisi də kamil orucun təsəvvürəgəlməz savabı haqqında düşünməyə əsas verir. Bütün xeyir işlərin savabını əlbəttə ki, Allah-təala verir. Amma orucun savabının xüsusi qabardılması bu savabın ya kəmiyyət, ya da keyfiyyət baxımından tam fərqli olacağına işarədir.

Öz-özlüyündə aydındır ki, Ramazan ayı bu ayda Qurani-kərimin nazil olması səbəbindən Allah yanında uca məqama malikdir. Elə buna görə Ramazan ayının gündəlik duasında da Allahın başqa aylar içində bu aya daha çox əzəmət, kəramət, şərafət və fəzilət verdiyi qeyd olunur. Məşhur şəbaniyyə xütbəsində Peyğəmbərimiz günlərin ən yaxşısının, gecələrin ən üstününün məhz bu ayda olduğunu vurğulamışdı.

Lakin bununla yanaşı, hər kəs üçün Ramazanın böyüklüyü bu ayı necə yaşamasından asılı olaraq fərqlidir. Başqa sözlə desək, hər kəsin Ramazanı fərdidir, bənzərsizdir. Ramazanı insan üçün dəyərli edən, onu on bir ayın sultanına çevirən həmin insanın bu aydakı mənəvi-ruhani vəziyyəti, əxlaqı, əməlləridir. Orucluğun yalnız zahiri deyil, həm də batini qaydalarına riayət edən şəxs onun əsil ləzzətini duyar və duyduqca ucalar.

Orucluğa mənəvi rəng qatan dəyərlərdən ən mühümü "hüsni-xülq" adlandırılan dəyərdir. Dilimizə "gözəl əxlaq" kimi tərcümə olunsa da, hüsni-xülq daha çox həlimlik, insanlarla mehribanlıq, səmimiyyət, ətrafdakıları incitməmək mənalarına uyğundur.

Doğrudur, gərginliklərlə, streslərlə dolu həyatda aramlıq tapmaq və səbirli davranmaq çox çətindir. Həm maddi, həm də mənəvi problemlər insanı öz məngənəsində sıxır. Lakin insan bu çətinliklərə sinə gərməyi bacarmalı, batini tarazlığı əldən verməməli, davranışlarında gözəl əxlaq sərgiləməlidir.

Gözəl əxlaq orucla birbaşa bağlı olan bir dəyərdir. Allahın Rəsulu Ramazan ayının gəlişi ərəfəsində söylədiyi məşhur şəbaniyyə xütbəsində bu bağlılığı belə ifadə edirdi: "Ey insanlar! Sizdən hər kim bu ayda öz əxlaqını gözəlləşdirsə, hər kəsin ayağının əsdiyi sırat körpüsündən o, rahat keçər" (Üyunü əxbarir-Riza, 1-ci cild, səh. 296).

İmam Mühəmməd Baqir (ə) buyurmuşdur: "İman baxımından möminlərin ən kamili ən gözəl əxlaq sahibi olandır" (Əl-Kafi, 3-cü cild, səh. 256). Peyğəmbərimiz isə "mənim yanımda ən sevimli və qiyamətdə mənə ən yaxın olanınız ən gözəl əxlaq və təvazö sahibi olanınızdır. Məndən ən uzaqda olanlar isə təkəbbür sahibləridir" buyurmaqla, gözəl əxlaqın dünya və axirət həyatında nə qədər böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır (Biharül-ənvar, 68-ci cild, səh. 385).

loading...
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 507
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Ramazanin xeyiri bereketi savabi gozelliyi bizim uzerimizde olsun insallah
6 iyun 2016 16:27
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Barbaris
Sitat: Totu
Allah bizede qismet etsin oruc tutmaq.Amin İnsallah


Amin
6 iyun 2016 15:07
4
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
Totu
Allah bizede qismet etsin oruc tutmaq.Amin İnsallah
6 iyun 2016 13:56
3
Offline
BARBI
Gozel exlaq tekce orucluqda deyil her zaman olmalidir. Nefsimiz tox exlaqimiz gozel olmalidir
6 iyun 2016 09:12
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Narın Yağış
Hər il oruc tutmağa cəhd etsəmdə çox təəssüf ki, 3 gündən çox tuta bilmirəm mədəmə görə( Nə qədər müalicə alsamda xeyri yoxdu və ac qaldıqda ağrı olur uzağı 3 gün gücnən dözürəm onnan sonra yox.İnşAllah Allah günahımdan keçər.Bu gözəl ayda tutduğunuz orucları, etdiyiniz duaları Rəbbim qəbul etsin dua
6 iyun 2016 08:11
1
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv