Şaban ayı sona çatır və 11 ayın sultanı, Mübarək Ramazan ayı başlayır.
Bu il Ramazan ayı bəzi ölkələrdə Miladi təqvimi ilə iyunun 6-da, bəzilərində isə, o cümlədən də Azərbaycanda, iyunun 7-də başlayır. Ramazanın ölkəmizə məhz iyunun 7-də qədəm qoymasına dair Qafqaz Müsəlmanları İdarəsinin müvafiq fətvası verilib. Eyni zamanda Azərbaycanın yerləşdiyi regionda Ayın görünməsi prinsipi də bu Mübarək ayın böyük ehtimalla məhz iyunun 7-də başlayacağını təsdiqləyir.
Bütün İslam aləmini Allahın rəhmət və bərəkət ayı – Ramazının başlanması münasibəti ilə təbrik edir. Həm iyunun 6-dan, həm də iyunun 7-dən Ramazan orucuna başlayan müsəlmanlara “Allah qəbul eləsin” deyir, bu ayın fəzilətindən maksimal dərəcədə yararlanmalarını diləyirik!