İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunub?

Şərhlər: 2
Baxılıb: 343
Paylaş:
Səs ver:
(səs: 0)
İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması ilə bağlı nəzər ayrılıqları vardır. Bəziləri Kərbəlada, bəziləri Nəcəfdə, bəziləri Mədinədə, bəziləri Dəməşqdə və hətta Qahirədə belə dəfn edildiyini iddia edirlər.
Qadınlar.biz deyerler.org-a istinadən bildirir ki, Seyyid ibni Tavus "Luhuf"da yazır: "Nəql edilir ki, İmam Hüseynin (ə) başını Kərbəlaya qaytardılar və Kərbəlada mübarək bədəni ilə birlikdə dəfn etdilər. Əhli-Beyt (ə) tayfası da dediyimiz bu mənanı qəbul edir". Bu kəlamdan belə başa düşmək olur ki, Əhli-Beyt (ə) davamçılarının əqidəsinə görə İmamın (ə) mübarək başı bədəni ilə birlikdə dəfn olunmuşdur.
Şeyx Təbərsi "Tacul məvalid" kitabında yazır: "Bəzi imamiyyə səhabələri deyirdilər: "İmam Hüseynin (ə) başı Şamdan gətirilmiş və Həzrətin Kərbəlada olan bədəninə qovuşdurulmuşdur"".
Qədimi kitablardan olan Əbu Reyhan Biruninin "Əsari-baqiyədə" oxuyuruq ki, İmamın (ə) mübarək başı səfər ayının 20-də cənazəsinə qovuşdurulmuşdur.
İbni Cuzi "Təzkirətul-xəvas" kitabında yazır: "Ən məşhur hədis odur ki, Hüseyn ibni Əlinin (ə) başı Mədinədən Kərbəlaya gətirilmiş və cənazəsi ilə birlikdə dəfn olunmuşdur".
Zəkəriyya ibni Muhəmməd Qəzvini "Əcayibi-məxluqat" kitabında yazır: "Səfər ayının birinci günü Bəni-Öməyyənin bayram günüdür ki, o gündə Hüseynin (ə) başını Dəməşqə daxil etdilər və səfər ayının 20-də Hüseynin (ə) mübarək başı Kərbəlaya qaytarıldı".
Bu mənbələrdən belə nəticəyə gəlmək olur ki, İmamın (ə) mübarək başı səfər ayının 20-də Kərbəlaya qaytarılmış və İmamın (ə) mübarək bədəni ilə birlikdə dəfn olunmuşdur.

loading...
(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
cox gozel bilgidir Allah razi olsun Allah yezide min lenet etsin insallah
23 oktyabr 2016 21:13
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
aLoNe AnGeL
bilirdim bunu tesekkurler
23 oktyabr 2016 08:18
1
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv