Əgər kişi ilə qadın zina edərsə, doğulan uşaq mütləq kafir ya münafiq olur?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 777
Səs ver:
(səs: 0)
Zinadan doğulan uşaq zinazadə hökmündədir. Lakin onun mütləq mənada kafir ya münafiq olacağına da hökm etmək olmaz. Əgər zinadan doğulan uşaq gözəl bir mühitə düşsə və yaxşı tərbiyə alsa, müsbət insan olması mümkündür. Əgər pis mühitə düşsə, azğınlığa düşmə ehtimalı da daha böyük olur. Çünki nütfəsi haramla qoyulduğu üçün, onda mənfiyə doğru təmayül daha güclü olur.

Məhz buna görə dünya tarixində ən mənfur cinayətləri törətmiş şəxslərin (o cümlədən, peyğəmbərlərlə və imamlarla düşmənçilik edənlərin) əksəriyyəti haramzadə olmuşlar (yəni zinadan doğulmuşlar). Zinadan doğulan şəxsin şəriət baxımından da hökmü bir qədər fərqlidir. Belə ki, məsələn, bu cür şəxsin imam-camaat olması, mərceyi-təqlid olması icazəli deyil.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri