Siz daim Peyğəmbərimizin (salallahu aleyhi və səlləm) bu hədisi haqqında fikirləşin: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol -deyilər..." (Əhməd 1661, Albani "həsən" deyib) Peyğəmbərimiz bizə qəzəbləndikdə ʺƏuzu billəhi minəş şeytanir racimʺ deməyi buyurmuşdur. Həmçinin bu məqaləni oxuyun: Qəzəblənmə! Əsl islam əxlaqına yiyələnmək üçün dini biliklərinizi daim artırın.