"Cənnət Anaların Ayaqlarının Altındadır"hədisinin mənası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 979
Səs ver:
(səs: 0)
Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

"Ana cənnət qapılarının ortasındadır." (İbn Hənbəl, V, 198);
"Cənnət anaların ayaqları altındadır." (Nəsai, Cihad, 6)

"Cənnət anaların ayaqları altındadır." tərcüməsindəki hədisin ifadəsi, bütün anaların cənnətə gedəcəyi mənasına gəlməz. Burada analardan çox, övladların analarına qarşı göstərmələri lazım olan hörmətə işarə edilməkdədir. Buna görə də, Allah'ın əmrlərinə zidd olmadığı müddətcə, bütün analara itaət etmək, hörmət göstərmək, cənnətin önəmli bir açarıdır və bu mənada cənnət bütün anaların ayaqları altındadır.
Necə ki, Loğman surəsində Allah belə buyurmaqdadır:

"Biz insana ata-anasına qarşı yaxşı davranmasını tövsiyə etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Süddən kəsilməsi də iki il ərzində olur. (Onun üçün biz insana): 'Mənə və valideynlərinə şükür et.' deyə tövsiyə etdik. Dönüş, ancaq Mənədir. "

"Əgər ana və atan, bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara itaət etmə. Ancaq onlarla dünyada yaxşı dolan. Mənə yönələnlərin yolunu tut. Sonra isə dönüşünüz yalnız Mənədir. O zaman mən sizə nə etdiklərinizi xəbər verəcəyəm." (Loğman, 31 / 14-15).

Göründüyü kimi, Rahman və Rahim olan Allah, övladını Allah'a şirk qoşmağa məcbur edən ana və ataya qarşı belə, hörmətli olmağa, dünyada qaldığı müddətcə onlarla yaxşı dolanmağa, onları incitməməyə dəvət etməkdədir.
Bu baxımdan deyə bilərik ki, İslam'a görə, bir qadının ana olaraq yeri ayrıdır, bir insan olaraq yeri ayrıdır. Bir insan olaraq yaxşı olar, pis olar, cənnətə gedər, cəhənnəmə gedər, əxlaqlı olar, əxlaqsız olur, dinsiz olar, dindar olur. Bu mövzuda kişi ilə bir fərqi yoxdur.

" Kişilər və ya qadınlardan kimlər mömin olaraq yaxşı işlər görərsə, onlar Cənnətə daxil olarlar. Və onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!." (Nisa, 4/124)

tərcüməsindəki ayədə bu həqiqəti, qul haqqı və qulluq hüququ baxımından bərabər olduqlarını görürük. (Bir kafir savadlı, işini yaxşı bilən həkim, mühəndis, məllim ola bilər)
Ancaq, qadın bir ana olaraq, kişi bir ata olaraq dinsiz olsun, dindar olsun fərq etməz; hər zaman övladları tərəfindən hörmət, sevgi və yardım görməyə haqqları vardır.
Loğman surəsində olduğu kimi, qeyd olunan hədisdə də xüsusilə analara -məlum bir ifadəylə- müsbət ayrı-seçkilik edilmişdir.
Xülasə olaraq, uşaqların ana-ataya qarşı məsuliyyəti dinlər üstü bir əlaqəyə dayanır. Ana-atanın Allah'a qarşı məsuliyyətləri isə, din çərçivəsində, qulluq əlaqəsinə dayanır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri